|
Hərb / 15.05.2008 10:52 Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələri mayın 14-də saat 10:50-dən başlayaraq bu gün səhər saatlarına qədər fasilələrlə atəşkəs rejimini pozub. Belə ki, erməni ordusu Ermənistanın Berd rayonunun Çinarlı və Mosesqex kəndlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxa Nəbi kəndi, Ağdam və Gədəbəy rayonları ərazisindəki mövqelərini, həmçinin Tərtərin adsız yüksəklikləri, Xocavəndin Kuropatkino kəndi, Ağdamın Yusifcanlı kəndi, eləcə də, Füzulinin adsız yüksəklikləri, Qərvənd və Aşağı Veysəlli kəndləri sahəsində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susudurulub, itki yoxdur. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|