|
Ordan-Burdan / 14.05.2008 01:57 Çində baş verən zəlzələ ekoloji vəziyyəti də gərginləşdirib
Sıçuan əyalətində yerləşən 2 kimyəvi zavod dağılıb və 80 tona qədər ammiak havaya yayılıb
Çində baş verən yeraltı təkanlar ölkədə ekoloji vəziyyəti də gərginləşdirib. Sıçuan əyalətində yerləşən 2 kimyəvi zavod dağılıb. Havaya yayılan 80 tona qədər ammiak həmin ərazilərdə problemlər yaradıb, minlərlə insan ərazini tərk etmək məcburiyyətində qalıb. Çinin kütləvi informasiya vasitələri isə bu cür hadisələrin daha böyük miqyasda baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd edək ki, Çində böyük kimya zavodları yaşayış məntəqələrinin yaxınlığında yerləşir. Təbii fəlakətdən 10 gün qabaq Sıçuan əyalətinin administrativ mərkəzi Çenqdunun yaxınlığında yeni və böyük kimyəvi zavodun tikilməsinə etiraz əlaməti olaraq yüzlərlə insan mərkəzi meydana toplaşmışdı. Məhz bu səbəbdən də Çində ətraf mühitin qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri bu məsələni gündəlikdə saxlayıblar və Çin hökumətini tənqid edirlər. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|