BU GÜN25.07.2008
HAVA
BAZAR
NAMAZƏsr
18:53
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Nəzər Nöqtəsi / 11.05.2008 22:20
Səfər Əbiyev: "Azərbaycan Ordusu həm maddi-texniki, həm də döyüş hazırlığı baxımından Ermənistan silahlı qüvvələrindən üstündür" (Eksklüziv)
"Ermənistan ordusunda bu günkü vəziyyətin necə olmasından yaxşı xəbərdarıq"

Salam cənab nazir. Necəsiniz, əsgərlərimiz, zabitlərimiz necədir?

-Hər şey yaxşıdır. Zabitlərimiz, əsgərlərimizin çoxu səngərdədir, döyüş şəraitindədir. Döyüş hazırlığı çox ciddi gedir və bütün qoşunlar hər an verilən əmri yerinə yetirməyə hazırdırlar.

-Dövlətin qayğısından razısınızmı? Nəzərə alsaq ki, ordunun pulu 2 milyard dollara catıb. Ön cəbhədə düşmənlə üz-üzə dayanmış əsəgərimizin bu gün daxili və xarici siyasəti necə izah edərdiniz?

-Siz yaxşı bilirsiniz ki, 2003-cü ildə Azərbaycan müdafiə nazirliyinin büdcəsi cəmi 435 milyon manat idi və 2004-cü ildə bu rəqəm 30 faiz elədi. 2004-də təxminən 65 % , 2006-da 100, 2007-də isə təxmini 30 faiz artım oldu. 2008-ci ildə isə təxminən 42-43 faiz artım olub. Bu o deməkdir ki, Azərbaycan Ordusunun imkanları qat-qat artır. Təminat sahəsində vaxtı ilə mövcud olan problemlər tamamilə aradan qaldırılıb, texnika- sursat problemləri var idi. Bu gün demək olar ki, Azərbaycan Ordusunun problemi yoxdur. Azərbaycan Ordusunun büdcəsi artırılandan sonra bütün sahədə təminat yaxşılaşıb. Azərbaycan Ordusu günü -gündən inkişaf edir. Bizim təlim, texnika imkanlarımız artıqca Azərbaycan Silahlı Qüvvələrinin də imkanları artır.

Cənab general, bütün bunlar bizi vətəndaş olaraq sevindirir. Amma bunu da nəzərə alaq ki, biz NATO standartlarına keçirik və bu bura gələn ekspertlərin rəyinə görə çox sürətlə, effektiv gedir. Təbii ki, çətinliklər də var. Sovet silahı və NATO standartı. Bunlar arasında mübarizə bizə hansı problemləri təqdim edir və biz bu problemləri necə həll edirik.?

-Biz NATO ilə sıx əməkdaşlıq edirik. Ordunun içində olmayan şəxslər elə bilirlər ki, bu bir ayın və ya iki həftənin işidir. Ancaq illər lazımdır ki, bu keçid gerçəkləşdirilsin. Biz əməkdaşlığa 1994-cü ildə başlamışıq. Umummill liderimiz o vaxt NATO-nun baş katibinə tərəfdaşlıq planını təqdim elədi və o təsdiqləndi. O gündən də biz çox əməkdaşlığa başlamışıq. Misal üçün bu il planlaşdırdığımız 170-ə yaxın tədbirdə 1000-dən artıq zabitlərimiz iştirak edəcək. Mən bu gün "bütün texnika dəyişilməlidir" deyənlərlə razı deyiləm. Hesab edirəm ki, bu düzgün deyil. NATO dövlətlərinin silahlı qüvəllərində çox sovet silahları var ki, onlar bu günə kimi ondan istifadə edirlər. Düzdür gələcəkdə planlarımızda bir neçə müddətdən sonra texnikanın yenisi ilə əvəz olunması da var. Bu gün demək olar ki, Azərbaycan Ordusunun bütün növləri NATO standartlarına keçib və bütün təlimlər NATO standartlarına uyğun keçirilir. 2007-ci ildən başlayaraq Azərbaycan Ordusunda keçmiş sovet standartları demək olar ki yox səviyyəsindədir. Amma buna baxmayaraq, biz o sistemdən tamamilə imtina etmək fikrində deyilik. Hansı sistem NATO standartlarına uyğyn deyil, biz onlardan sözsüz ki, imtina edirik.


Azərbaycan NATO-ya üzv olacaq?

-Bu barədə danışmaq hələ tezdir. Bunu vaxt göstərəcək.

Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi dövlətlər və bu dövlətlərin Azərbaycanla münasibətlərini, tutaq ki, kollektiv təhlükəsizlik müqaviləsi imzalayan dövlətlərin bir-biri ilə münasibətlərini müqayisə edə bilərkimi? Misal üçün sabah (allah gösrtəməsin) Azərbaycanın hansısa yardıma ehtiyacı olarsa, KTM-ə üzvü olan dövlətlərin yardımı kimi bizim də belə bir yardımla təmin olunacağımıza zəmanət var?.

-Bu gün Azərbaycan Silahlı Qüvvəlləri təxminən 50 ölkənin silahlı qüvvəlləri ilə əməkdaşlıq edir. Türkiyə, ABŞ, Pakistan, Böyük Britaniya, Almaniya, Macarıstan, Bolqarıstan da daxil olmaqla 24 ölkə ilə hərbi sahədə əməkdaşlığa dair saziş imzalamışıq. Sazişlər bağlanarkən tərəflər öhdəliklər götürür. Bu gün MDB ölkələrində birlik yoxdur. Siz Rusiya və Ermənistan münasibətlərinin necə olmasında xəbərdarsınız. Bu da bizi məcbur edir ki, bu tandemə qarşı tədbirlər həyata keçirək.

-Cənab nazir, Ermənistan ordusu haqqında hansı məlumatlara maliksiniz? Hər halda bizim əks kəşfiyyatımız bu barədə lazımı məlumatlar əldə edir.

-Bəli bu sözsüz. Kəşfiyyat işləməsə, bizim məlumatımız olmasa, düşmənə qarşı necə tədbirlər həyata keçirmək olar? Bizdə bütün məlumatlar var, biz o məlumatlardan istifadə edirik. Hər gün daimi olaraq məlumatları alırıq. Biz o məlumatları açıqlamaq istəmirik, onlar hələ bizə lazım olacaq. Ermənistan ordusunda bu günku vəziyyətin necə olmasından yaxşı xəbərdarıq.

-Rusiya ilə Azərbaycanın eyni zamanda bir müştərək hədəfi də var. Mən Qəbələ RLS-i nəzərdə tuturam. Son zamanlar Qəbələ RLS ətrafında çox ciddi, fəal münasibətlər formalaşdı. Bu vəziyyət indi hansı mərhələdədir.?

-Azərbaycanın iştirakı olmadan Qəbələni müştərək istifadə etmək mümkün deyil. Çünki Qəbələ RLS Azərbaycanın mülkiyyətidir.

Rusiya-ABŞ. Sizcə bu danışıqlar hansı vəziyyətdədir? Harda dayanıblar?

-Hələlik o danışıqlar yox dərəcəsindədir.

-Cənab general Mən sizi cəbhədən tanıyıram. Sizin iştirak etdiyiniz döyüş hərəkətlərində çəkiliş qrupumuz iştirak edib. Bu atəşkəs daha çox ilin hansı mövsümlərində, son zamanları da götürsək hansı zamanlarda daha çox pozulur. 5 il bundan qabaqmı, 3 il qabaqmı? Yoxsa son zamanlar və bu cəbhənin daha çox hansı istiqamətlərində özünü göstərir və sizcə bu nə ilə bağlıdır?

-Atəşkəs dövründə Azərbaycan Ordusu çox inkişaf edib. Bu gün Azərbaycan Ordusu erməni tərəfindən açılan atəşə cavab verir. Mən bunun hansı istiqamətdə çox, hansı istiqamətdə az və bunun hansı mövsümlərdə olmasını demək istəmirəm. Əslində bütün cəbhə boyu atəşkəs pozulur. Azərbaycan -Ermənistan sərhədində, işğal olunmuş torpaqlarda. Təmas xətti bir-birinə yaxındır, əsgər əsgəri görəndə atəş açır. Erməni ordusu əsasən də gecə atəşi dayandırmır. İndi özünüz nəticə çıxarın. Bunıar gecə atəşi niyə dayandırmırlar?.

-Yaxın keçmişdə Rusiya Ermənistana 1 milyardlıq silah vermişdi. Bu böyük bir məbləğdir. İndi o fərq qalıbmı arada? Onlar yenə də1 milyard dollarlıq silahla bizdən qabaqdılar. Yoxsa artıq biz o balansı bağlamışıq.?

-1993- 96-cı illərdə Rusiya qanunsuz olaraq Ermənistana 1 milyarddan çox silah-sursat, texnika verdi. Siz özünüz dediniz keçmişdə qaldı. Biz o fərqi çoxdan bağlamışıq və gün demək olar ki, o fərq Ermənistanın deyil, Azərbaycanın xeyrinədir. Azərbaycan Ordusu həm maddi-texniki, həm də döyüş hazırlığı baxımından Ermənistan silahlı qüvvələrindən üstündü.

-Ordunun kadr hazırlığı barədə bir balaca danışdınız. Mən istərdim ki, bu barədə daha ətraflı danışaq və eyni zamanda hazırlaşdığımız paradla bağlı mövqeyinizi soruşum. Çünki cəmiyyətdə qəribə bir gözlənti, bir intizar var ki, biz ordumuzu nəhayət gözümüzün qarşısında görəcəyik.

-1997-ci ildə NATO standartlarına uyğun hərbi kadr hazırlaşdırmağa başladıq. Yeni standartlara uyğun hazırlanmış zabitlərin ilk buraxılışını 2001-ci ildə Heydər Əliyev etdi. Bu gün mövcud olan ali hərbi məktəb, ali hərbi təyyarəçilik məktəbi, ali hərbi dənizçilik məktəbi var, təlim-tədris məktəbləri, akademiyamız var. Simulyasiya mərkəzi də var. Bu mərkəzdə təlim xüsusi proqramlarda kompüterlərdə keçirilir. Bu mərkəzdə bütün silahlı qüvvələri planlı şəkildə təlimə cəlb etmək mümkündür. Azərbaycan 20 ölkədə öz hərbi kadrlarını hazırlayır. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda kadr problemi yoxdur.

Azərbaycan Silahlı Qüvvələri Ordumuzun 90 yaşına xüsusi hazırlaşır. Azərbaycanin Ali Baş Komandanı İlham Əliyev dedi ki, çox möhtəşəm bir parad olacaq. Necə hazırlaşırsınız? Hansı qoşun növləri və nə qədər şəxsi heyət cəlb olunacaq?


-Cənab İlham Əliyevin göstərişi ilə biz ciddi hazırlığa başlamışıq. Paradda bütün növ silahlı qüvvəllər iştirak edəcək. Mən paradda hansı texnikanın iştirak edəcəyini deməyəcəm. Bunu vaxtı gələndə görəcəksiniz. /HESABAT/

 

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
25.07.2008
16:12 Olimpiya oyunlarında iki boksçumuz iştirak edəcək (FOTOSESSİYA)
15:42 Lənkəranda ilk dəfə olaraq böyrək köçürülməsi əməliyyatı həyata keçirilib
15:24 Keşlə kollektorunun nasaz hissəsi müəyyənləşdirilib
15:13 «Bu ilin birinci yarısında daha çox məişət zəminində, qəsdən adam öldürmə halları çox olub»
14:56 «Ermənistanda keçiriləcək 1 avqust mitinqi həlledici mərhələnin başlanğıcı olacaq»
14:16 "Ermənistanla danışıqlara baxmayaraq biz, Türkiyə olaraq Qarabağ probleminə biganə qala bilmərik"
13:45 Ankarada “Qafqaz Qartalı” Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr Təliminin ilkin və planlaşdırma konfransı keçiriləcək
13:42 Bakı-Sumqayıt yolunun başlanğıcında Kamaz aşıb
13:36 TQDK IV qrup ixtisasları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb
13:34 Hüquq-mühafizə orqanları qiymət artımına qarşı mübarizə aparmalıdırmı?
13:33 Çində məscid uçub
12:41 Suraxanıda yol-nəqliyyat hadisəsi baş verib
12:36 “Azercell”dən yeni endirim
12:02 Bu gün amerikalı və almaniyalı diplomatlar Abxaziyaya səfər edəcəklər
11:44 Azərbaycan çayçılığı hazırda maddi cəhətdən sərfəli sayılmır
11:29 Xaçmazda VAZ 2106 Mercedeslə toqquşub
11:21 Abituriyentlərin ixtisas seçimi başlayır
11:03 Azərbaycan tərəfinə keçmiş erməni əsgər Qarabağın Azərbaycan ərazisi olduğunu deyir
10:58 Çində məscid uçub
10:57 Ukraynada iki azərbaycanlı biri-birini öldürüb
10:53 İraq yığmasının Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub
10:32 Beynəlxalq Qılıncoynatma Federasiyası muşketyorların yeni reytinq sıralamasını dərc edib
10:08 Güzdəkdəki kərpic zavodunun işçiləri bir-birini bıçaqlayıb
10:05 Rusiyanın Xabarovsk şəhər məhkəməsində azərbaycanlılara hökm oxunacaq
09:52 Ermənistan Ordusu bu gecə də Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
02:01 BMT-nin insan hüquqları üzrə yeni ali komissarı təyin edilib
01:46 İngiltərədə din xadimləri yoxsulluğa qarşı yürüş keçirib
00:45 ABŞ Pakistana 230 milyon dollarlıq yardım edəcək
00:33 Azərbaycanın ÜTT-yə üzvlüyü qurumun rəhbəri tərəfindən də dəstəklənir
00:08 Gələn həftə ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr olacaq
24.07.2008
23:46 İlyas İsmayılovun prezident seçkilərində iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib
22:21 Bərdə rayonunun daha bir kəndinə təbii qaz kəməri çəkilib
21:35 Rusiyada qiymət artımını prokurorluq araşdıracaq
21:15 ARDNŞ-ə aid Kulevi terminalından 200 min ton neft məhsulu göndərilib
20:43 Türkiyədə iki azyaşlı uşaq terrorçuların quraşdırdığı minaya düşərək ölüb
19:20 Dünya birjalarında neftin və qızılın qiyməti ucuzlaşıb
18:12 Pekin 2008: Azərbaycanın şərəfini qoruyacaq idmançılar (FOTOSESSİYA, hissə 5)
17:40 Bu gün Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin Türkiyə hissəsinin təməlqoyma mərasimi keçirilib(FOTOSESSİYA)
16:57 QHT-lərə Dəstək Şurası quruma daxil olan layihələri təqdim edib
16:29 Fransada ağır atletika üzrə yeniyetmələr arasında Avropa Birinciliyi keçirilir
16:28 İki şahmatçımız Qran-pri turnirinin ikinci mərhələ yarışlarına hazırlaşır
16:27 Aqil Xəlil ölkəni tərk edə bilib
16:11 Üçüncü mikrorayonda əxlaqsızlıqla məşğul olan beş qadın saxlanılıb
16:03 Müsavat Partiyiası avqustun 1-də etiraz aksiyası keçirmək niyyətindədir
15:54 Keşlə qəsəbəsində əsas Keşlə kanalizasiya kollektorunda çökmə baş verib
14:58 Könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun əsgəri Paruyr Stepanyan Vətənə qayıtmaqdan imtina edib
14:43 Azərbaycan Milli Ordusunun əsgəri çayda batıb
14:36 Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin Türkiyə hissəsində təməlqoyma mərasimi keçirilib
13:40 "Jurnalistlərin dostu" mükafatının qailibi seçildi
13:35 «Türkiyə və Ermənistan arasında əməkdaşlıq mümkündür».
13:12 Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Balakəndə ictimai dinləmələr aparıb
12:56 Türkiyə prezidenti Abdulla Gül və Azərbaycan prezidenti İlham Əliyev Qars şəhərində görüşüb
12:34 Cəlilabadda ev quşları naməlum xəstəlikdən tələf olur (yenilənib)
12:13 Quba -Xınalıq yolunda sürüşmənin nəticələri aradan qaldırılıb
12:06 Yaponiyada güclü zəlzələ olub
12:05 Ağcəbədidə 5 ayaqlı buzov doğulub
12:01 Bu gün Bakının bəzi rayonlarında qaz olmayacaq
11:52 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
11:48 İki ildir cibində marixuana gəzdirən şəxs tutulub
10:42 Siyəzəndə iki uşaq atası intihar edib
10:26 Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb
10:17 Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsahibə başa çatıb
10:07 Bu gündən ölkə ərazisində anomal isti hava şəraiti gözlənilir
01:27 Gələn il Moskvaya yarım milyon əcnəbi işçi lazım olacaq
01:23 Müxalifət avqustun 1-də Serj Sarkisyanın istefasını tələb edəcək
01:16 Bu gün Bakı-Tiflis-Qars nəqliyyat dəhlizinin Türkiyə hissəsinin təməlqoyma mərasimi keçiriləcək
00:32 2008-ci ildə ilk dəfə ötən ay avtomobil bazarında qiymət artımı qeydə alınıb
23.07.2008
23:32 “Cəmiyyət Qarabağ probleminin həllinə çarə tapa bilməz”
22:38 Həbsdəki erməni müxalifətçi xəstəxanaya köçürülüb
22:19 USAİD Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi sabah Bakıya gələcək
22:03 Bəstəkar Şəfiqə Axundovanın oğlu vəfat edib
21:31 “Rəsmi İran İsraildən başqa bütün ölkələrlə müzakirələr aparmağa hazırdır”
21:09 Azərbaycanda 270 minə yaxın sahibkarlıq faliyyəti göstərən fiziki şəxs var
20:45 Azərbaycanın İrana olan elektrik enerjisi borcu oktyabrda başa çatacaq
19:54 «Frans Press»in əməkdaşı İrandan qovulur
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^