BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZMəğrib
17:44
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Nəzər Nöqtəsi / 05.05.2008 18:25
«Azərbaycanda müstəqil mətbuat demək olar ki, yox dərəcəsindədir»
«Hesabat Mir Şahinlə»-nin qonaqları «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov və «Turan» agentliyinin direktoru Mehman Əliyevdir

- Mətbuatımız bu günə düşüb, yoxsa qalxıb?
- Bəxtiyar Sadıqov: Müstəqil Azərbaycan mətbuatı inkişaf edə-edə özününün müəyyən bir mərhələsinə gəlib çatıb. Bu mənada bizim uğurlarımız çoxdur. Həqiqi mənada müstəqil mətbuat yaranıb, senzuranın xofundan azad olub, mətbuat özü-özünü sübut edib. Eyni zamanda mətbuatın müəyyən problemləri də var. Onlar təxirə salınmadan öz həllini gözləyirlər.
- Mehman Əliyev: Demək olar ki, düşüb. Biz vəziyyətə baxsaq görərik ki, 90-cı illərdə tirajlar 200-300 min olub, indi 2-3 minə düşüb. Jurnalistərin maaşları yüksək olub. Qəzetlər gəlirli olub. Ona görə ora işləməyə gedənlər olub. İndi qəzetlərin gəlirləri azalıb, peşəkarlığın səviyyəsi düşüb, təyziqlər artıb. Mən hesab edirəm ki, mətbuatımız dərəyə düşüb.

- Pul barədə. Daha çox pul daha çox müstəqillikdir. Hansı dövlətin pulu var o daha müstəqildir. Bu gün mətbuat işçisi kimi Bəxtiyar Sadıqov daha çox müstəqildir, yoxsa Mehman Əliyev?

-B.S: Mən 40 ildir jurnalistikadayam. Həm Sovet dövründə, həm də müstəqillik dövründə işləmişəm. Mən deyim ki, mənim ürəyimdə qalan söz olmayıb. Həm o dövr, həm bu dövərdə. Mən həmişə cavan həmkarlarıma tövsiyyə edirəm ki, sözü demək cəsarətdirsə, deyə bilmək məharətdir. Mən özüm üçün elə bir məhdudiyyət hiss etmirəm. Özümü müstəqil jurnalist, qəzetimi isə müstəqil qəzet hesab edirəm.

- Mehman müəllim, siz özünüzü nə dərəcədə müstəqil hesab edirsiz? Sizin fəaliyyətinizə mane olan məhdudiyyətlər varmı?

- M.Ə: Siz dediniz ki, varlı dövlət müstəqil olur. Demokratik dövlət varlı olur. Varlı dövlət olanda müstəqillik də olur. Çünki varlılıq müstəqillikdən irəli gəlir. Dövlətdə bütün azadlıqlar nə qədər yüksək olursa, vətəndaşları da o qədər müstəqil olurlar. Nəzərə alsaq ki, mənim müstəqilliyin yaşadığım dövlətin müstəqiliyi ilə ölçülür, bu faktır ki, daxilimizdə də senzura var. Biz hər şeyi o qədər də yaza bilmirik. Mən hesab edirəm ki, Azərbaycanda tək-tük jurnalistlər var ki, mənim kimi müəyyən çərçivədə və daha çox mövzulara toxunurular və bundan çəkinmirlər.

-İndicə dediniz ki, daha çox demokratiya olan ölkə daha varlıdır. Bu gün Azərbaycan bölgədə olan Ermənistan və Gürcüstandan daha varlıdır. Bizdə demokratiya bu iki ölkədən daha çoxdur demək olar?

- M.Ə: Bəli. Onlarda müstəqil jurnalistlər və televiziya kanalları qalmayıb. Daha çox sıxıntı içindədirlər. Mən araşdırmışam ki, o da faktdır ki, onlarda vəziyyət daha da pisdir.

- Mehman müəllim, Mirzə Sakitin həbsdən azad olunmasına müddət etibari ilə nə qədər qalıb. Ona neçə il vermişdilər?

- 4 il vermişdilər. Çətindir demək.

- Deməli iki il yarım keçib, il yarım qalıb. Bu müddət ərzində insan öz səhvini, günahını başa düşə bilər. Əfv fərmanlarının ona şamil olunmasına nə mane olur. Yalnız ərizə yazmayıb ona görə?

- B.S: Bəli o mühüm şərtir.

- Bəs Eynulla Fətulayev ərizə yazmışdı axı?

- B.S: Onlar imitasiya edirlər. Guya ərizə yazıblar. Ərizənin müəyyən tələbləri var, forması var. Ərizə yazıb kimi isə ittiham etmək olmur. Ərizədə xahiş edirlər.

-Siz ərizəni görmüsüz?

-B.S:Mən görməmişəm. Mətbuatdan tanışam.
- M.Ə: mən dəqiq deyə bilmərəm ki, orada nə yazılmışdı. Ancaq o əfvlə bağlı prezidentə müraciət eləmişdi. Deyəsən orada o qeyd eləmişdi ki, özünü günahkar hesab eləmir.

- Günahkar hesab etmirsə, o necə əhv olunmasının istəyirdi?

- M.Ə: Azadlığa buraxılmanın bir yolu var. O da əhvdir. Çünki o bütün məhkəmə instansiyalarından keçib. Yalnız Avropa Məhkəməsi qalıb. O da bu il baxmalıdır. Mən elə hesab edirəm ki, Avropa Məhkəməsi ədalətli qərar çıxaracaq.

- Rusiya, Amerika, Fransa, Britaniya kimi dövlətlərlə müqayisədə Azərbaycan balaca dövlətdir. Sizə elə gəlmir ki, biz xırda məsələlərdən yapışaraq böyük problemlər yaradırıq. Məsələn, mənə şəxsən xoş deyil ki, Corc Buş Azərbaycan prezidenti olmamasına baxmayaraq, Azərbaycanı mətbuatın təbiri ilə desək jurnalistələrin həbsxanası adlandırsın.

- B.S:Bəri başdan deyim ki, mən nəinki jurnalistlərin, insanların həbsdə qalmasının tərəfdarı deyiləm. İnsanlar nə qədər çox ailələrinin, uşaqlarının yanında olsalar, cəmiyyət üçün də, özləri üçündə faydalıdır. Buş bu məsələni hansısa kağızdan oxuyub. Prezidentin özü məsələni araşdırmır ki. Onun üçün bunu yazıb verənlər var. Burada erməni barmağı olduğuna mənim zərrə qədər də şübhəm yoxdur. Erməni iş adamları, pullu ermənilər tərəfindən kifayət qədər maliyyələşdirilən, eyni zamanda Azərbaycanda müəyyən qrantlar ayrılan layihələrə pul buraxılan an beynəlxalq təşkilatlar var. Məsələn, bir insan kimi mənim ürəyimə gəlir ki, bəlkə o təşkilatlar onlara deyiblər ki, siz burada oturun özünüzü yormayın, çıxmayın. Bizim üçün Azərbaycan bir fakt olsun. Qəribə bir fakt var. Beynəlxalq qurumların mətbuatla bağlı nümayəndələrinin Azərbaycana gəlmək ərəfəsində, məsələn Mikloş Haraşti gələndə, jurnalistlər başladılar içəridə və çöldə aclıq etməyə. Ombusman, hüquq müdafiəçiləri, müxtəlif siyasətçilər müraciət etdilər ki, aclıq jurnalistin silahı deyil, jurnalistin silahı qələmdir, tribunadır. Bunlar dayanmadılar. Elə ki, Haraşti gəldi, onlarla görüşdü, faktı qeyd etdi, onlara dedi aclığı dayandırın. O saat dayandırdılar. Bu fakt nə deyir?

- Mehman müəllim, doğurdanmı Azərbaycanda jurnalistlərin bir qrupu ayrı-ayrı hadisələrdə və situasiyalarda
özlərini idarə olunanlar zümrəsi kimi aparırlar ki, diqqəti daha çox cəlb etsinlər. Belə şey mümkündürmü?
-M.Ə: Bu idarə edilmək deyil. Söhbət ondan gedir ki, onlar sadəcə olaraq beynəlxalq təşkilatların və cəmiyyətin diqqətini bu problemə cəlb etmək istəyirlər ki, bu problem var və biz israralıyıq ki, o həll olunsun. Jurnalistlərə qarşı təyziqlər bitsin.
-B.S: Cənab Buş və Mehman müəllim unudub ki, 10 jurnalist həbsxanada idi. Onlardan 7-i əfv olunub. Yəni bu faktın özünün mövcudluğu Azərbaycan iqtidarının iradəsini ortaya qoyur. Azərbaycan iqtidarıd a müraciət olanda, vaxtı çatanda onları azad edir. Faktlar göstərib ki, Azərbaycanda jurnalisti tutmaqdan, həsbə salmaqdan çox azadlığa buraxmaq meyli var.
_ M. Ə: Onları həbs etmək, sonra buraxmaq nəyə lazımdır?
- B.S: Biz jurnalistin hüququndan danışanda vətəndaşın da hüququnu unutmalı deyilik. Vətəndaş niyə jurnalistilərin haqsız hücumlarına məruz qalmalıdır? Mətbuat Şurasına şərəf və ləyaqətinin təhqir olunması, böhtana məruz qalma ilə bağlı nə qədər müraciətlər olub. Bunlar bizim gündəlik araşdırdığımız məsəsələrdir.
-M.Ə: Mən sizinlə razıyam. Ancaq Mətbuat Şurası ona görə yaranıb ki, bunu ictimai qınaq və s. yollarla həll etsin. Bunu həbsxanalara atmaqla həll etmək mümkün deyil. Bu, yoll deyil. Mən hesab etmirəm ki, bu praktika haradasa uğur qazanıb.

- Amerika Azərbaycanda seçki ilində niyə 3 milyon dollar ayırıb?

- B.S: Niyə ayırdığını mən deyə bilmərəm. Bu mənim üçün çətindir. Ancaq Azərbaycan iqtidarı çalışır ki, ölkədə son dərəcə demokratik və çox ədalətli seçki keçirilsin. Mən buna əminəm ki, bu, belə olacaq. Bu, bu il bizim üçün son dərəcə vacibdir. Mən 2008-ci ilin Azərbaycan- Dağlıq Qarabağ-Ermənistan münaqişəsinin həlli ilə bağlı əhəmiyyətli il olduğu üçün qeyd edirəm. Mən inanamaq istəyirəm ki, Amerikada bu 3 milyonu belə xeyirxah bir niyyətlə, yəni, seçkilərin demokratik, şəffaf keçirilməsinə xərcləyəcək.
- M.Ə: Ümumiyyətlə bu, çox böyük pul deyil axı. Birinci növbədə oliqarxlar, nazirlər eşidirlər ki, Amerika 3 milyon dollar ayırıb. Mən belə hesab edirəm ki, onların ayırdıqları milyarda gəlib çıxacaq. Bunu şişirtmək lazım deyil. 3 milyon məbləğin adıdır. Söhbət vətəndaş cəmiyyətinin müəyyən dərəcə aktivləşdirməkdən, vətəndaş cəmiyyətinin seçkilərə nəzarət funksiyasını həyata keçirməsinə yardım etməkdən gedir. Bu, bir vətəndaş kimi onun hüququdur və bu hüququ təmin etmək üçün onlar yardım edirlər və düz edirlər. Mən burada bir qəbahət görmürəm.

-Yəni burada qəzetlərin reklamı üçün nəzərdə tutulan vəsait ola bilər?

-M.Ə:Ola bilər ki, orada sosial reklam getsin. Ancaq mən hesab etmirəm ki, qəzetlərin vəziyyətini nə isə dəyişiklik edə biləcək.

- Reklamla bağlı vəziyyət necədir? Mən bildiyimə görə, mətbuatda requlyar olaraq bu məsələ həmişə gündəlikdədir.

-M.Ə: Mən bu yaxında bununla bağlı çıxış etmişəm. Reklamın səviyyəsi ilə bağlı vəziyyət son beş ildə ağır olaraq qalır. Reklam səviyyəsi ilə bağlı vəziyyət kifayət qədər aşağıdır. Adambaşına cəmi 300 dollar düşür. Bu da çox azdır. Məsələn Macarıstanda bu 200 dəfə çoxdur.

- Bəs mətbuat bu gün nə ilə dolanır?

- M.Ə: Ordan-burdan. Böyük hissəsi iqtidardan. Qeyri-leqal pul axını var. 95 faizi hesab edirəm ki, bu yolla, 4 faiz müxalifət mətbuatı isə hansısa mənbələrdən pul alır. Müstəqil mətbuat Azərbaycanda demək olar ki, yox dərəcəsindədir.

- Bəs siz "Turan" agentliyi olaraq əməkdaşlarınıza məvacibi nəyin hesabınıza verirsiz?

- Biz məlumatlar satırıq. Ancaq onun hesabına. Mən onu qeyd etmək istəyirəm ki, 17 ildir ki, işləyən agentlikdə məvaciblər təzə yaranmış agentliklərdən nisbətən üç dəfə aşağıdır.

-Sizdə vəziyyət necədir?

- B.S:Biz də də vəziyyət çox çətindir.

-Siz də başqa qəzetlərlə müqayisədə reklamıçının atasına rəhmət oxuya bilərsiz. Ən azı ona görə ki, nekrolaqları sizin qəzet çap edir?

- B.S:Elə o rəhmətin hesabına gəlir bir az çoxdur. Biz reklamı daha çox müxtəlif tarixi günlərdə təbriklər formasında əldə edirik. Müxalifət deyir ki, guya dövlət tərəfindən bölünür və özlərinə sarı yönəldirlər. Belə bir fakt yoxdur. Müxalifət qəzetləri təbrik reklamlarını vermir. Onları da müxalifət qəzetlərində heç kimin yerləşdirmək niyyəti olmur. Bir fərq burdadır. Amma KİV-in inkişafına dövlət dəstəyi barədə bir konsepsiya hazırlanır. Mehman müəllim də o komisyanın üzvidir. Dövlət bu işdə maraqlıdır. Bu konsepsiyanın təsdiq olunacağına dair mənim daxili inamım var. Çünki başqa cür çətin olacaq. Bu halda bizə elə gəlir ki, qəzetlər üçn reklam bazarı yaranmalıdır./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
15:55 Ərdoğan: "Gürcüstan üçün verilən reaksiya Qəzzaya qarşı nə üçün göstərilmir?"
15:47 Aşura günü Bakının bir neçə məscidində qanvermə aksiyası keçiriləcək
15:37 “İbrus" teatrında “İvan Buninin axırıncı döyüşü” tamaşası nümayiş etdiriləcək
15:09 Mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub
15:05 İsraildə 70 min iranlı tələbə kamikadze olmaq istəyir
14:58 Azərbaycanda məskunlaşan 70 min Axıska türkünün 40 mini geri dönmək üçün müraciət edib
14:56 Filippində bir qrup aksiya iştirakçısı Qəzzada törədilən qırğınlara öz etirazlarını bildiriblər
14:52 Avropa komissarı Qəzzadakı humanitar vəziyyətin faciəvi olduğunu bildirib
13:45 Qvatemalada 34 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsi baş verib
13:30 “Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək”
13:19 Neft dünya birjalarında 48 dollara satılıb
13:16 Türkiyə hökuməti şair Nazim Hikmətin vətəndaşlıq hüququnu bərpa etdi
12:49 Fransa hərbi-dəniz donanmasının Ədən körfəzində keçirdiyi əməliyyat nəticəsində 19 dəniz qulduru tutulub
12:40 Bu gün BMT Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar iki günlük müzakirələrə başlayacaq
12:25 Türkmənistan-Çin yeni magistral qaz kəmərinin tikintisi ilə bağlı işlər sürətlənib
12:23 Rusiya Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya qaz nəqlini dayandırdı
12:12 Aşura mərasimi ilə əlaqədar olaraq Lənkəranda qanvermə aksiyası keçirilib
11:58 Bu ildən magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək
11:51 Dakar Rallisinin növbəti yarış günü pilotlar 695 km-lik məsafədə yarışıblar
11:32 10 gün sonra internet xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş rəqəmsal kanallardan istifadə tarifləri aşağı salınacaq
11:28 Bu il Azərbaycanda inflyasiya 15-17 faiz təşkil edəcək
11:24 İsrailin Qəzzada apardığı quru əməliyyatında 26-sı uşaq olmaqla 100 nəfər ölüb (Fotoreportaj)
11:16 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:53 Bu gün Türkiyə Böyük Millət Məclisində Qəzzadakı vəziyyət müzakirə ediləcək
10:28 İsrail tankları Xan Yunis şəhərinə giriblər
10:24 Azərbaycan filmləri Almaniyada nümayiş etdiriləcək
10:20 Bu gecə Nəsimi rayon ərazisində ana və azyaşlı qızı bıçaqlanıb (Yenilənib)
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
11:50 Əfqanıstan və Pakistanda zəlzələ olub
11:37 Səməd Vurğun adına Rus Dram Teatrında yanvar ayında nümayiş etdiriləcək tamaşalar
11:34 Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi buzda sürüşərək dünyasını dəyişib
11:31 Azərbaycan millisinin iki futbolçusu Almaniyaya gedir
11:23 "Azərreyl" Lüksemburq millisini məğlub edib
11:11 İsrailin hərbi əməliyyatları nəticəsində 500-dən çox fələstinli həlak olub (Fotoreportaj)
11:06 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:40 Azərbaycan millisi bu gün Belarusla qarşılaşacaq
10:16 Paytaxtda quldurluq edən iki qardaş tutulub
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^