|
Nəzər Nöqtəsi / 01.05.2008 10:30 Bu gün «İnterfaks-Azərbaycan» agentliyinin yaradılmasından 5 il ötür
Aleksandr İvanov: «İlk gündən bütün dünyada qəbul olunmuş beynəlxalq standartlarla işləməyə adət etmişik»
Bu gün «İnterfaks-Azərbaycan» agentliyinin yaradılmasından beş il ötür. Bu ərəfədə ANS PRESS agentliyin baş direktoru Aleksandr İvanovdan müsahibə alıb.
-Aleksandr Alekseyeviç, icazə verin ilk növbədə sizi və kollektivinizi yubiley münasibətilə təbrik edək. Bu, ilk yubileyinizdir və ümid edirik ki, sonuncu olmayacaq. «İnterfaks-Azərbaycan» agentliyi necə yaradılıb? Məlum olduğu kimi, o vaxt agentliyin yaradılması ideyasını prezident Heydər Əliyev də dəstəkləyib.
- Bizim informasiya agentliyi 1 may 2003-cü il tarixdə yaradılıb. Müstəqil informasiya agentliyinin yaradılmasının mənbəyində Heydər Əliyev dayanırdı. O, hələ SSRİ-nin mövcudluğu dövründə «İnterfaks» beynəlxalq informasiya agentliyi ilə sıx əməkdaşlıq edirdi. Heydər Əliyev SSRİ Kommunist Partiyasından istefası (o, həmin vaxt İttifaq əhəmiyyətli təqaüdçü idi və ətrafında ciddi informasiya blokadası mövcud idi) barədə bəyanatı «İnterfaks» agentliyinə şəxsən özü gətirmişdi. Bu, rəhbərlik və jurnalistlə arasında böyük vəlvələ yaratmışdı ki, Siyasi Büronun keçmiş üzvü gələrək, partiyadan çıxdığını bəyan edib. O, oraya gəlmişdi və əmin idi ki, mötəbər və obyektiv agentlik SSRİ KP MK-nin təşviqat-təbliğat şöbəsindən çəkinməyəcək və «İnterfaks» bunu etdi. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olduğu dövrdə mənim vasitəmlə siyasi fəaliyyəti və Naxçıvanın informasiya blokadası ilə bağlı məlumatları işıqlandırılması üçün göndərirdi. O, şəxsən «İnterfaks»ın jurnalistlərinə zəng vururdu. «İnterfaks»da əfsanələr gəzirdi-bu səviyyənin adamı şəxsən zəng edir… Rusiya Federasiyası prezidentli ilə görüşlərindən biri zamanı onlar Azərbaycanda vahid informasiya strukturunun yaradılması barədə razılığa gəliblər. Beləliklə, ümummilli liderin əli ilə «İnterfaks»ın postsovet məkanında sayca dördüncü regional strukturu yaradıldı. O vaxta qədər «İnterfaks» MDB ərazisində Belarus, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərirdi. Keçmişdə bizdə Heydər Əliyev barəsində kitab nəşr etmək ideyası yaranmışdı. Orada konkret şəxsi xatirələr yoxdur. Bu kitabda «İnterfaks»ın informasiya lentlərinin mətn və şrifti saxlanılıb. Onun Naxçıvanda, Bakıda və bütövlükdə Azərbaycandakı fəaliyyəti ilə bağlı hər şey ətraflı yazılıb. Xüsusilə, Naxçıvandakı iqtisadi və siyasi fəaliyyəti barədə. Bu kitab Heydər Əliyev Fondunun Leyla Əliyevanın rəhbərlik etdiyi Moskva təmsilçiliyinin iştirakı ilə nəşr olunub. Yeri gəlmişkən, kitabın ön sözünü də Leyla Əliyeva yazıb.
- Agentliyin fəaliyyətə başlamasından beş il ötür. Bu müddət ərzində hansı uğurları qeyd edə bilərsiniz?
- Yaradıcılıq baxımından ardıcıl olaraq ««İnterfaks» agentliyinin innovasiyasına görə» mükafatına aldığımız son iki ili qeyd edə bilərəm. Bu illər ərzində 2 dildə-rus və azərbaycan dillərində saytımız yaradılıb. Naxçıvanda nümayəndəliyimiz qurulub və iki ildir fəaliyyət göstərir. Agentliyimizin yaradılmasının 5 illiyi münasibətilə Gəncədə nümayəndəliyimiz açılıb. Prezident İlham Əliyevin xeyir-duası ilə bu il Lənkəran nümayəndəliyi (ölkənin cənub bölgəsini əhatə edəcək) açılacaq. Sonrakı addım isə şimal bürosunun (Quba-Qusar-Xaçmaz) yaradılmasıdır. - Yalnız sizdə olan nə ilə iftixar edirsiniz və digər informasiya agentliklərindən nəylə fərqlənirsiniz? Məsələn, «Xəbərlər-Azərbaycan» agentliyindən…
- Mən heç kimi rəqib sayiıram və görmürəm. Bizim agentliyin müsbət tərəfi informasiyanın-gecə və gündüz işləyən jurnalistlərimizin məhsulunun obyektiv və düzgün ötürülməsidir. Biz informasiya mənbəyini müfəssəl şəkildə yoxlayırıq, sonra xəbəri ötürürük. Bizim informasiyaların müsbət cəhətlərindən biri də budur ki, biz yalnız müsbət hadisələr barədə xəbər vermirik, həm də ölkədə, cəmiyyətdə baş verənlərin hamısı barədə, o cümlədən, müxalifətdən məlumatlar yayırıq. Həm də şərhsiz. Biz ilk gündən bütün dünyada qəbul olunmuş beynəlxalq standartlarla işləməyə adət etmişik. Digər müsbət cəhət- bizim informasiyalar kənarda qalmır, dərhal əsas silsiləyə çıxır və onu dünyanın 100-dən artıq ölkəsində alırlar. Ona görə də öz işimizdə qürur duyuruq. İnformasiya agentliyimizin fəaliyyətinin yekunları ölkə rəhbərliyi tərəfindən də qiymətləndirilib. Martın 19-da prezident İlham Əliyev «İnterfaks» beynəlxalq qrupunun baş direktoru Mixail Komissarı qəbul edib. Onun Azərbaycana ilk səfəri tanışlıq xarakteri daşıyırdı. İlham Əliyev «İnterfaks-Azərbaycan»ın fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan rəhbərliyi SSRİ Kommunist Partiyasının rəhbərliyindəki bəzi mühafizəkar dairələrin Heydər Əliyevi blokadaya salmağa, cəmiyyətdən təcrid etməyə çalışdığı bir vaxtda «İnterfaks»ın ona tribuna verən yeganə informasiya strukturu olduğunu xatırlayır.
- Agentliyin yaradıcı kollektivi böyükdürmü? Hadisələri işıqlandırmağı çatdırırsınızmı? - Düşünürəm ki, operativlik məsələsində bizim heç bir probelmimiz yoxdur. Jurnalistlər vicdanla, fədakarlıqla, işin həcminin böyüklüyünə baxmayaraq keçirilən bütün tədbirləri əhatə edir. Bizim geniş, operativ və kifayət qədər hazırlıqlı komandamız var və mən bununla iftixar duyuram. Biz yəqin ki, yeganə jurnalist strukturuyuq ki, müxbirlərimiz şəhər və ölkə kənarındakı tədbirlərdə prezidentin yanında olur. Bu, bir daha informasiyamızın keyfiyyəti və səhihliyindən xəbər verir. - Hansı mövzulara daha çox üstünlük verirsiniz-siyasi, iqtisadi, maliyyə, yoxsa agentliyiniz üçün əsas və ikinci dərəcəli sahə yoxdur? - Bizim nəyə prioritet verdiyimizi söyləmək çətindir. Bir daha deyirəm ki, biz ölkədə baş verən proseslərin obyektivliyinə diqqət veririk. «İnterfaks»ın iqtisadi bloku fərqlənir. Müsbət göstəricilərdən biri də bir çox elektron KİV-də və qəzetlərdə agentliyimizə çoxsaylı istinadların olmasıdır. Xüsusilə son iki il ərzində. Bizim ANS-lə isti peşə əlaqələrimiz var. Sıx şəkildə, eləcə də, doğru və vicdanla əməkdaşlıq edirik. Əgər biz ANS-dən informasiya götürürüksə, mütləq istinad edirik. Bu, Azərbaycandakı problemlərdən biridir. Bizdən kobud desək, «oğurlanmış» informasiyalarla tez-tez rastlaşırıq. ANS Şirkətlər Qrupu bu illər ərzində bizim abunəçimizdir. ANS Azərbaycanda aparıcı KİV kimi tanınıb və abunəçilər səhih məlumat almaq istəyir. Bizim üçün ANS-in simasında abunəçi görmək başqa maraqdır. Mən inanıram ki, bizim fəaliyyət sahəmiz genişdir. Saytımızda dövlət başçısı ilə, ölkənin birinci xanımı Mehriban Əliyeva ilə, yaradıcı ziyalılarla, siyasətçilərlə, diplomatlarla, iş adamları ilə eksklüziv müsahibələr olur. - Və sonda ənənəvi sual: gələcək üçün planlarınız hansılardır? - Ölkədəki hadisələrin işıqlandırılmasında daha fəal işləmək, bölgələrdə müxbir şəbəkəsinin genişləndirilməsi. Digər planlarımız isə «İnterfaks» agentliyi ilə birgə işlərimizdir. - Müsahibəyə görə sağ olun. Bir daha yubiley münasibətilə sizi təbrik edirik və yaradıcılıq uğurları arzulayırıq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|