BU GÜN05.07.2008
HAVA
BAZAR
NAMAZƏsr
18:58
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 29.04.2008 12:39
Filmin bitməyən sonu!
«Qafqaz Planı bu gün də qüvvədədir!» Vernitski öz filmini belə yekunlaşdırır. Bitməyən, bəlkə də və yəqin ki, başlayan bir yekunla...

    Rusiyanın 1-ci kanalı aprelin 22-də «Qafqaz planı» adlı sənədli film nümayiş etdirdi. Filmin müəllifi Rusiyanın özündə çoxdan «Kreml jurnalisti» adı ilə tanınan Anton Vernitskidir. Rusiya bununla daha bir dəfə qərb xüsusi xidmətlərini ifşa etməyə cəhd göstərdi. Heç demə, Çeçenistanda milli azadlıq hərəkatı getmirmiş. Sadəcə Birləşmiş Ştatlar, Türkiyə və Böyük Britaniya 90-cı illərin əvvəllərində Rusiyanı mərkəzi hakimiyyətə tabe olmayan kiçik hissələrə parçalamaq istəyirmiş. Onu deyim ki, yalnız xüsusi xidmət orqanlarının arxivinə çıxışı olan şəxsin əldə edə biləcəyi məxfi materiallara əsaslanan Vernitskini Rusiyada xüsusi tapşırıqlar jurnalisti kimi tanıyırlar. Onun sonuncu əl işi Qriqoriy Yavlinskini seksual azlıqlara, bizim dildə desək «qoluboylara» bağlayan film olub.

Film Berkan Yaşar adlı birisinin danışdıqları əsasında hazırlanıb. Əsl adı Əbubakrdır. Çeçen mənşəli Türkiyə vətəndaşıdır. Bir ara «Azadlıq» radiosunun çeçen redaksiyasında çalışmış bir jurnalistdir. Deyir ki, hələ 17 yaşında Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının əmri ilə adını dəyişərək Berkan Yaşar edib. Guya iyirmi il onu planlı şəkildə Çeçeçnistanda fəal hərəkətlərə hazırlayıblarmış. SSRİ-nin dağılması prosesinə qatılmasından həmişə qürur duyub. Birləşmiş Ştatların xüsusi xidmətinin Çeçenistanı Rusiyadan ayırmaq tapşırığını da özünəməxsus şərəflə yerinə yetirirmiş. Guya Türkiyənin yuxarılarına yaxın olub.

Əlbəttə filmin bütün məzmununu yazmaq niyyətim yoxdur. Amma mütləq bunu deməliyəm ki, soyuq müharibə dövrünün bütün qanunlarına uyğun olaraq çəkilmiş bu film heç də Rusiyanın xoş məramından irəli gələn ehtiyac deyil. Bütün film Qərbə, daha doğrusu Türkiyə, ABŞ, Böyük Britaniyaya və Azərbaycana qarşı yönəlib. Əvvəla müəllif filmdə çeçenlərin bütün azadlıq hərəkatını bir fırıldaq maxinasiyasına transfarmasiya etdirərək o boyda mübarizəni kriminal bir əhvalat səviyyəsinə endirir. Guya Cövhar Dudayev, sonradan Aslan Masxadov Berezovskinin almaz qaçaqmalçılığında iştirak edərək milyonlar qazanıblar və sair. Guya Çeçenistanda müharibə zamanı əldə edilmiş pulları mücahidlər Afrikanın almaz və qızıl mədənlərinin işlənməsinə qoyurmuşlar və bu gün də həmin pullar mücahidlərə gəlir gətirir. Oxşar kadrlarla dəxli olmayan hadisələrə məharətlə illüstrasiyalandırılmış filmin məzmununu belə yuvarlaqlaşdırmaq olar.

Yaşar Berkan Çeçenistanda etdikləri və şahidi olduqları barədə Rusiyanın 1-ci kanalına məktub yazıb. Törətdiyi və törədilənlərə görə peşimançılıq keçirir. Putinin Rusiyanı birləşdirib qüdrətləndirdiyini və çeçenlərin indi etibarlı şəkildə müdafiə olunduğunu görəndən sonra öz niyyətindən daşınıb. Bir sözlə, ifşa olunmuş istənilən agentin aqibəti qarşımızdadır.
Rusiya özünün bu qədər maraqlı və qiymətli agentini şifrəsizləşdirir. Niyə? Bəlkə ona görə ki, Yeltsinin sərxoşlar kimi yıxılı-dura Rusiyasını idmançı Putin artıq ayaqda saxladı. Artıq güclənir. Bu ölkə özünü artıq başqa cür aparır. Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı xatırlayaq. «Abxaziya və Cənubi Osetiyaya qarşı hər hansı hərbi müdaxilə cavabsız qalmayacaq və Rusiya öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün cavab verəcək!».
Xatırladaq ki, söhbət müstəqil bir dövlətin ərazisində zorla Rusiyalılaşdırılan əslində Gürcüstan vətəndaşlarından gedir. Bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibinin müavini Valeri Semerikov İrəvanda təsadüfi olmayan tərzdə bəyan etdi ki, «müqavilədə dəqiq yazılıb: KTMT-nın hər hansı üzvünə təcavüz bütün təşkilata təcavüz kimi qiymətləndirilir və ona təşkilat hərbi-texniki yardım göstərəcək!».

Vernitskinin «Qafqaz planı» filmində adları çəkilən dövlətlərə qarşı bir kin, bir nifrət hissinin mövcud olduğu faktdır. Bu filmdə ilk baxışda çeçen mücahidlərinə yardım göstərənlərin adları çəkilir. Amma bu siyahıda Rusiyanın iri silah alıcılarının adları demək olar ki, yoxdur. Filmdə hərarət sıfırdan aşağıdır. Daha doğrusu soyuq müharibə ovqatı var.

Anton Sem dayı sözünü işlətməsə də kadrlar arxasındakı hədəfdə məhz o məşhur şlyapalı dayının durduğu şübhəsizdir.

Birləşmiş Ştatlar.

Kosova hadisəsindən sonra artıq barrikadalaşmış düşərgələrdə başqa hansı münasibətlər ola bilər ki? Britaniya,
London və Moskva arasında heç vaxt olmadığı tərzdə diplomatik savaş gedir. Rusiyanın axtarış elan etdiyi ünvanların böyük bir qrupu buradadır. Türkiyə. Özü də maraqlıdır ki, bu ölkə həm də Rusiya ilə mal dövriyyəsinə görə ikinci yeri tutur. Türkiyə və Rusiya arasında münasibətlər heç vaxt bu qədər isti olmamışdı axı. Bəs niyə belə soyuq?

Filmdən parça: «Berkam Yaşar: 1992-ci ilin yayında Türkiyə Silahlı Qüvvələrinin Baş Komanlanı Doğan Günəşlə Bakıya, o vaxt Azərbaycanın prezidenti Əbülfəz Elçibəylə məxfi görüşə uçduq. Biz görüşdə Çeçen respublikasına yardımın forma və üsulları barədə razılaşmalı idik. Deyəsən görüşdə o vaxt vitse-premyer işləyən Abbas Abbasov da iştirak edirdi. O təklif etdi ki, Bakıdan İstanbula çarter reysi təşkil edək!»

Filmdən parça: İstanbul. Məhz 90-cı illərin əvvəllərində məhz Türkiyənin bu şəhəri çeçen döyüşçülərinə kömək mərkəzi kimi tanınırdı. Əslində isə belə deyildi. İstanbul hərbi hərəkətlərə xərclənən maliyyə mənbələrindən biri idi.

Filmdən parça: Yəqin ki, yalnız Türkiyə açıq şəkildə pul verirdi. Birinci şəxslərin əli ilə. Tansu Çilər 1 milyon dollar vermişdi. Bu pul hökumətin pulu deyildi. Baş nazirin öz fondu olurdu, şəxsi xərcləri üçün. Pul o fonddan idi.

Filmdən parça: 1995-ci ildə mənim gözümün qabağında pulların 1 milon dollarının növbəti partiyası veriləndən sonra Şamil Basayevin Budyonnovska yürüşü təşkil edildi. Sonralar pul verilmələrində Türkiyənin indiki prezidenti Abdullah Gül də iştirak edirdi.

Filmdən parça: Qroznı-Bakı. Təyyarə burada dayanacaq edir. Sonra Birləşmiş Ərəb Əmirlikləri-Dubay, sonra Ciddə, sonra isə Küveyt…

Filmdən parça: Qronzdan təyyarələr nəzəri cəhətdən xaricə uça bilməzdilər. Amma aviadəstə 1992-ci ildə belə bir icazəni Bakıya ala bildi. Elə bu da kifayət idi. Almaz, qızıl və başqa qaçaqmalı ilə yüklənən təyyarələr Qroznıdan Bakıya doğru uçurdular. Amma yerə enmir. Sadəcə olaraq Bakı aeroportunun dispetçerinin məsuliyyət zonasına düşmək üçün aşağıdan uçur. Yəni təyyarə elə havadaca dövləti mənsubiyyətini dəyişir. Bakı dispetçerlərinin səyi, Bakı aeroportu rəhbərliyinin göstərişi ilə Azərbaycan təyyarəsinə çevrilir və yoluna davam edir.
Anton Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədən də müsahibə alıb. Bir növ sözünə qüvvət kimi.

Filmdən parça: Qafqazda ən nüfuzlu dini liderlərdən biri olan Şeyxulislam Hacı Allahşükür Paşazadə bizimlə öz iqamətgahında danışır. O təsdiq edir ki, xarici xüsusi xidmət orqanlarının işi Dağlıq Qarabağda münaqişəni qızışdırmaqla başladı. Onlar fəal sürətdə Qafqaz ərazisinə soxuldular.

Hacı Allahşükür Paşazadə: «Mən elə düşünürəm ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Fəal sürətdə "soxuldular" demək yumşaq demək olardı. Söhbət Rusiyanı parçalamaqdan, ona təcavüz etməkdən gedirdi…»

Bizə müsahibəsində isə Şeyx fikirlərinin təhrif olunduğunu söylədi. Dedi ki, o əvvəl Qarabağ, daha sonra isə Sovet İttifaqı barədə danışıb. Yəni Şeyx xarici xüsusi xidmət orqanlarının SSRİ-nin dağılması prosesində iştirakını nəzərdə tuturmuş. Dini zəmində müharibələr barəsində dedikləri isə ənənəvi dinlə radikal dindarlar arasında gedən mübarizə zəminində söylənilib.

Filmdə ən sərt ittihamlara məruz qalan Türkiyənin açıq şəkildə mücahidlərin sponsoru kimi təqim olunan tikinti şirkəti ENKA xüsusi bəyantla çıxış edib. «Biz bəyan edirik ki, 2008-ci il, aprelin 22-də Rusiyanın Birinci kanalında «Qafqaz Planı» adlı verilişdə bizim şirkətlə bağlı olan bütün məlumatlar başdan ayağa əsassızdır və həqiqətə uyğun deyil! Biz bu ittihamları rədd edirik». Çeçenlərin Qafqaz-Center saytı isə bu filmə deyəsən o qədər də ciddi yanşmayıblar. Elə ENKA şirkəti ilə bağlı sadalanan fikirlərə açıqladıqları reaksiyanı götürək. Bu filmin pulunu Rusiyanın tikinti-inşaat oliqarxları veriblər ki, meydandan rəqiblərini, Soçi Olimpiya tenderinə iddialı olan türk şirkətini meydandan çıxarsınlar. Ağlabatan fərziyyəyə niyə də oxşamasın?! Axı ENKA Rusiya ərazisində ən müvəffəqiyyətlə çalışan türk şirkətlərindəndir.

«Qafqaz planı» filmi artıq xeyli şübhələrə əsas verir. Berkam Yaşar və digər həmsöhbətlər müsahibəsində adını çəkdiyi dövlətləri yəqin ki, tərifləmək üçün sadalamır. Amma Yaşar elə nüfuz sahibi də deyil ki, ona inansınlar. Türkiyədəki çeçen diasporası arasında uğursuz jurnalist və dələduz kimi tanınan bu adam, habelə Qafqaz planında fikirlərinə səxavətlə yer verilmiş Şemsaddin Yusif sadəcə çilingər kimi dövriyyədədir. Onların dediklərini isə Anton Vernitskinin qərəzli müşahidələri müşayiət edir. Film əsaslı tənqidə dözmür, xüsusilə onun sonu. Berkam Yaşar Putinə az qala abidə ucaldandan və öz peşimaçılığını etiraf edəndən sonra onun obyektivliyinə kim inanar ki?
Elə Vernitskinin Rusiyalı həmkarları bu filmi tamaşaçının peysərinə Amerika Rusiyanı partladır demək məqsədilə endirilən ideoloji külüng adlandırırlar. Maraqlıdır, görəsən Rusiya niyə birdən-birə belə açıq oynamağa başlayıb? Axı filmdə səslənən faktlardan sonra bu ölkələr öz səfirlərini heç olmazsa izahat üçün geri çağırmalıdırlar.

Qəzəb göz qabağındadır. Qəzəbli başda isə ağıla yer qalmır. Əlbəttə axtarsan təsəlli üçün də yer tapmaq olar. Məsələn, Rusiyada bu baş verənlər yol ayrıcında meydana çıxır. Medvedyev hələ prezident deyil. Putin isə gedir. Dünya Rusiyanın aralıq vəziyyətinə düşüb. «Qafqaz Planı bu gün də qüvvədədir!» Vernitski öz filmini belə yekunlaşdırır. Bitməyən, bəlkə də və yəqin ki, başlayan bir yekunla...

Mir Şahin

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
05.07.2008
15:15 Prezident İlham Əliyev artıq Qazaxıstandadır
15:09 Pekin Olimpiadasına lisenziya qazanmış idmançılarımızın yarışa hazırlığı xüsusi proqram üzrə aparılır
14:57 Bu gün "Neftçi" İntertoto kubokunun ikinci mərhələsində"Jerminal"la qarşılaşacaq
14:52 Xocavənd rayonunda əkin sahəsini şumlayan traktor minaya düşüb
14:51 «Daşnaksütun» partiyası erməni-türk komissiyasının yaradılmasına etiraz edib
14:39 İlin sonuna qədər Bakı, Sumqayıt və Abşeronda poçt şöbələri maliyyə-bank xidmətləri göstərəcək
14:08 «Ermənistan hazırkı rejim üzündən beynəlxalq arenada həmişə güzəştə getməli olacaq»
13:24 Azərbaycan hakimləri Ermənistanda keçiriləcək toplantıda iştirakdan imtina ediblər
13:14 Prezident İlham Əliyev Qazaxıstana yola düşüb
13:05 Ermənistan müxalifəti ölkənin hazırkı prezidenti Serj Sarkisyana ultimatum verib
12:52 Bu gündən qılınc oynadanlarımız Avropa Çempionatının medalları uğrunda mübarizə aparacaqlar
12:39 Avstraliyalı futbolçu Harri Kyuell artıq İstanbuldadır
12:25 Azərbaycan və Ermənistan şahmat yığmaları qarşılaşa bilər
12:17 Hitler yenə aranı qarışdırıb
12:06 Xəzər Dəniz Gəmiçiliyi yeni tankerlər alacaq
11:52 Musiqili Komediya Teatrı «Arşın mal alan» tamaşasının məşqlərinə başlayıb
11:38 “Bakıelektrikşəbəkə” paytaxt sakinlərinə iyulun 10-na qədər vaxt verib
11:29 Prezident bəzi rayonların qazla təminatını sürətləndirmək üçün sərancam imzalayıb
11:27 Ufa beynəlxalq hava limanında namaz otağı açılıb
11:26 Zülfiyyə Xanbabayeva bu ay Türkiyəyə gedəcək
11:18 Dövlət Neft Şirkətinin proqnozlarına görə, 2008-ci ildə Azərbaycanda 50 milyon ton neft çıxarılacaq
11:13 "Türkiyə Konstitusiya Məhkəməsinin qərarından sonra qiyamət qopacaq"
11:03 Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
10:53 Yay Olimpiya Oyunları zamanı Çində Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək
10:48 Bu il ölkənin taxıl zəmilərindən 2 milyon 300 min ton taxıl yığılması gözlənilir
10:44 Ucqar rayonlarda 1500-2000 ali təhsilli tibb mütəxəssisinə ehtiyac var
10:31 Tarif Şurası dəmiryolu nəqliyyatında tarifləri dəyişməyi planlaşdırmır
10:27 “Ergenokon” əməliyyatına maraqlı adamlar cəlb edilir
10:17 Ermənistanda ölkə müxalifətinin razılaşdırılmamış mitinqi baş tutub
10:02 Bu gün prezident İlham Əliyev Qazaxıstana yola düşür
00:09 İrəvanda müxalifətçilərlə polislər arasında toqquşmalar başlayıb
04.07.2008
23:01 Ermənistan müxalifəti yürüşə başlayıb
22:45 MSK-nın iclası olub
22:27 “Torpaqlarımızı güc yolu ilə azad etməyimiz istisna deyil”
21:59 «Şimal-Şərq» İnkişaf Layihəsinin dəyəri 25 milyon dollardan çoxdur
21:50 Azərbaycan Ukraynadan taxıl almaq istəyir
21:25 Ermənistanda oturaq tətil başlayır
20:28 9 rayonun qazla təminatı yaxşılaşdırılacaq
19:37 «Taliban»çılara yönəlmiş aviazərbələr 22 dinc sakinin ölümünə səbəb olub
19:10 Ermənistan futbolçularına Kiprdə oğru kimi baxırlar
19:08 İlham Əliyev Corc Buşu təbrik edib
18:44 Xaçmazda istirahət mərkəzində adam boğulub
18:07 Qalatasaray transfer bombasını partlatdı
18:04 Palmali Şirkətlər Qrupu daha iki iri tonnajlı tanker alıb
18:03 Fransanın Azərbaycandakı səfirliyi «insafa gəldi»…
17:59 Prezident İlham Əliyev üç ölkənin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
17:56 Biləsuvar sakini küçədə dünyasını dəyişib
17:55 Rusiya və Türkmənistan prezidentlərinin təkbətək görüşü 1 saatdan şox davam edib
17:38 Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
17:37 İlham Əliyev bu gün Çexiyanın xarici işlər nazirini qəbul edib
16:56 Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb
16:50 Təhsil İdman Mərkəzində üzgüçülük üzrə açıq yay çempionatı keçirilir
16:46 "Dalğa" Gənclər Hərəkatının aksiyası zamanı saxlanılan 4 üzvü buraxıldı
16:43 Türkiyə Baş naziri əsəbləşdi
16:32 Son beş gündə 61 nəfər qidadan zəhərlənib
15:43 Doğma bacı və qardaşına seksual zorakılıq göstərən İçərişəhərli erməni mühakimə olunacaq
15:41 Levon Ter-Petrosyanın ailəsi Ermənistanı tərk edib
15:37 Milli Məclis Fransa səfirliyindən narazıdır
15:31 Qənimət Zahid türmədə ingilis dilini öyrənir
15:24 İyulun 6-də Qazaxıstanda dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək
15:19 Çexiyanın xarici işlər naziri: "Azərbaycanın ərazi bütövlüyünün qorunmasını da dəstəkləyirik"
15:13 Brüsseldə DAK-ın Avropa üzrə Daimi Nümayəndəliyi fəaliyyətə başlayıb
15:08 «Rəsmi Bakı Rusiya prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirir»
15:05 İyulin 8-də I qrup ixtsası üzrə imtahanların keçirilməsi üçün Bakıda 50, Sumqayıtda 7, Naxçıvanda 2 bina ayrılıb
15:03 «Əl Qaidə» ilə əməkdaşlıqda ittiham edilən dəstənin qapalı məhkəmə istintaqı başa çatıb
14:11 Qarşıdan gələn şənbə-bazar günləri dağ rayonlarına istirahətə getmək istəyənlər ehtiyatlı olmalıdır
14:00 Tanınmamış Cənubi Osetiya Respublikası Gürcüstanı hədələdi
13:45 Dmitri Medvedev Bakıya nə ilə gəlib, nə ilə getdi?
12:47 «Qafqaz günləri» və «Paris günləri» ekranlaşdırıla bilər
12:46 Avqustda metronun «İçərişəhər» stansiyasında təmir başa çatacaq
12:44 Dövlət Sərhəd Xidməti 9 gəmini saxlayıb
12:42 Türkiyədə hakim partiyaya qarşı açılan dava tezliklə yekunlaşır
12:27 Rusiya prezidenti Azərbaycandan getdi
12:18 Şəkidə sel nəticəsində bir çox evi su basıb
12:13 Müslüm Maqomayev jurnalistlərdən narazıdır
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^