BU GÜN07.10.2008
HAVA
BAZAR
NAMAZGecə yarı
00:07
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Nəzər Nöqtəsi / 19.04.2008 20:24
"Hazırda ölkədə təqribən 4,4 milyon mobil telefon istifadəçisi mövcuddur"
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ANSPRESS forumun suallarına cavab verib

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ANS PRESS forumunun VİP qonağı olub və sualları cavablandırıb.

- İnternetin sürəti nə vaxt artacaq? Qiymətlər demək olar normaldır, sürət cox zəifdir. Bir irəliləyiş gözlənirmi?

- Sual bir qədər dəqiq deyil, bəlli deyil hansı növ qoşulma üzrə sürətdən söhbət gedir. Güman ki, zənglə qoşulmadan söhbət gedir, lakin müəllif bilməlidir ki, bu cür qoşulmanın fiziki məhdudiyyətləri mövcuddur. ADSL tipli qoşulmadan və ya fiziki birləşdirici tipli xətlə qoşulmadan söhbət gedirsə, bu zaman sürət istifadəçi tərəfindən tələbatına uyğun olaraq müəyyənləşdirilir.

- 2004-ci elektron imza və elektron sənəd haqqında qanun qəbul olunub. Lakin hələ ki, heç bir dövlət və özəl müəssisədə elektron imza ilə bağlı praktik iş görülməyib. Buna səbəb olaraq normativ sənədlərin, hüquqi əsasların hələ ki yaradılmamasını görürəm. Halbuki elektron imza və elektron sənəd sisteminin tətbiqinə artıq bir neçə ildir ki, ciddi ehtiyac duyulur. Hətta bəzi şirkətlər tərəfindən elektron imza vasitələri hazırlanmış və sınaqdan keçirilmişdir. Elektron sertifikasiya mərkəzlərinin yaradılması, elektron açarların sertifikasiyası, elektron imzanın əl imzası ilə eyni hüquqa malik olması və s. dövlət tərəfindən neçənci ilə planlaşdırılır?

- Doğrudur ki, “Elektron imza və elektron sənəd haqqında” qanun 2004-cü ildə qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, bu qanun həmin dövrdə öz konsepsiyasına görə MDB məkanında digər bəzi ölkələrin yanaşmalarına görə fərqlənirdi və daha qabaqcıl sayılırdı. Söhbət ondan gedir ki, Azərbaycanda bu qanun hazırlanarkən mövcud beynəlxalq təcrübə, Avropa Birliyinin Direktivi, BMT-nin model qanunu və digər aidiyyatı qanunvericilik aktları təhlil edilərək daha çox Avropa tələblərinə uyğun gələn qanun layihəsi işlənilmişdi. Bu qanun qəbul edildikdən sonra, onun reallaşdırılması üçün lazım olan qaydalar işlənilmişdir və bu iş ilk dəfə aparıldığı üçün müəyyən vaxt tələb etmişdir. Elektron imzanın istifadəsi təcrübəsinin öyrənilməsi məqsədilə nazirliyin əməkdaşları bir neçə xarici ölkədə olmuşlar. Aparılmış işlər sayəsində bu il elektron sertifikasiya mərkəzinin yaradılması və açıq açar infrastrukturunun qurulması həyata keçirilməsi planlaşdırılır. Tender proseduru keçirildikdən sonra icraçı bəlli olacaq və lazımı işlər görüləcəkdir.

- Dövlət tərəfindən sertifikasiya mərkəzləri yaradılmadan qabaq hər hansı bir müəssisə daxilində sertifikasiya mərkəzi yaradılar və elektron imza tətbiq edilərsə, burada istifadə olunan standartların və prinsiplərin gələcəkdə dövlətin sertifikasiya mərkəzi tərəfindən qeydiyyata alınıb-alınmayacağını necə təyin etmək olar. Bir sözlə dövlət elektron imza sistemini tətbiq etməzdən əvvəl hər hansı müəssisə bu işi özü üçün edə bilərmi?

- Yuxarıda qeyd etdiyim qaydalarda ölkəmizdə tətbiq edilə biləcək standartlar müəyyənləşdirilmişdir və qanunda korporativ, yəni müəssisədaxili və ya sahədaxili mərkəzlərin yaradılması və elektron imzadan istifadə edilməsinə icazə verilir. Məhdudiyyət yalnız dövlət orqanlarına müəyyənləşdirilmişdir ki, onlara sahədaxili sertifikasiya mərkəzi xidmət göstərməlidir.

- Hökumət artıq on ildən sonra informasiya texnologiyalarının satışından gələn gəlirlərin enerji resurslarının satışından gələn gəlirlərə bərabər olacağını iddia edir. Sizcə, bu, realdırmı?

- Güman edirəm ki, realdır. Hələ bir neçə il bundan əvvəl Ümumdünya Ticarət Təşkilatı nəzdində olan mərkəz tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, ölkəmizdə belə potensialın olduğu bildirilmişdir. İndi isə doğrudan da elə bir şərait yaranmışdır ki, Azərbaycan şirkətləri həm regional miqyasda kompüter avadanlığı istehsalı və satışı, proqram məhsulların satışı və ofşor proqramlaşdırma xidmətləri yerinə yetirirlər, hətta həm də beynəlxalq miqyasa da çıxa biliblər. Bütün bunlar doğrudan da ölkəmizin malik olduğu imkanlardan xəbər verir.

- Nəyə görə ölkədə ADSL internet xidmətlərinin tarifləri bu qədər yüksəkdir? Demək olar ki, regiondaki ən bahalı internet tarifləri bizdədir. Ölkədəki mobil operatorların qiymət monopoliyasına nə vaxt son qoyulacaq?

- Mütləq şəkildə belə söyləmək düzgün deyildir, çünki hər bir ölkənin İnternetə çıxış və istifadə imkanları müxtəlifdir. Regionda Ermənistanda İnternetə çıxışın qiymətlərinin 1 kbs ilə ölçüldüyünü, 1 Mb qiymətinin 4000$ ətrafında olduğunu, Qazaxıstanda təqribən 3000$ olduğunu heç kim yada salmaq istəmir. Hesab edirəm ki, həmişə özümüzü qamçılamaq və yarımçıq stəkanı boş görmək olmaz. Hətta son 1 ay ərzində ölkəmizdəki qiymət dəyişikliyinə diqqət yetirmək lazımdır. İnternet provayderlərin bu addımı güman ki, istifadəçilərin sayının artmasına səbəb olacaqdır. Nəticədə yenə də qiymətlərin azalmasına imkan yaranacaqdır.
Ölkədə 4 özəl mobil operator fəaliyyət göstərir və onlar arasında rəqabət mövcuddur. Bunu aydın görmək olur, həyata keçirilən çoxsaylı kampaniyalar bunu sübut edir. Hesab edirəm ki, istifadəçilərin seçim imkanı mövcuddur və daha müvafiq gələn operatoru seçim edə bilər. Bu da öz sözünü qiymətlərdə deyə bilər. Məlumat üçün bildirim ki, hazırda ölkədə təqribən 4,4 milyon mobil telefon istifadəçisi mövcuddur.

- Məktəblərə kompyuterlərin paylanması çox gözəl haldır. Bəs bu fənni tədris edən müəllim azliğını necə aradan götürməyi düşünürsünüz? Demək olar ki, bu sahəni bilən çox az müəllim var.

- Təhsil Nazirliyi bu istiqamətdə tədbirlər görür. Həm informatika müəllimlərinin sayının və səviyyəsinin artırılması, həm də digər fənn müəllimlərinə kompüter biliklərinin öyrədilməsi həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu prosesə bizim nazirlik də köməklik göstərir. Keçən il Goranboyda 75 müəllimlə təlim keçirilmişdir, bu il Tərtərdə 35 məktəbdən 70 müəllim bu təlimlər təşkil edilmişdir. İnformasiya texnologiyaları İnstitutunun əməkdaşları tətil dövründə bu müəllimlərlə məşğələlər keçirir və nəticələr müsbətdir.

Müsahibəni daha ətraflı forumda oxuya bilərsiniz.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
07.10.2008
21:54 Bu gün Bakıda Azərbaycanın ərzaq keyfiyyəti ilə bağlı layihənin təqdimatı keçirilib
21:11 İlham Əliyev Vladimir Putinə zəng vurub
20:50 ABŞ hərbi təyyarəsi İranın hava sərhəddini pozub
20:23 Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin təməli qoyulub
19:51 "Ermənilər hazırda müharibəni təbii sərvətlərə ziyan vurmaqla aparır"
19:22 «Qalatasaray», «Benfika» və «Herta» komandaları ilə səfərdə qarşılaşacaq
19:05 "Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Avropaya inteqrasiya xəttidir"
18:36 ANS PRESS forumunun qonağı "Neftçi" komandasının baş məşqçisi Hans Yürgen Gededir
18:25 Prokurorun Bakı Şəhər İcra Hakimiyyətinin sabiq hüquq məsləhətçisi barəsində kassasiya protesti təmin edilməyib
17:39 "Real Madrid"in heyətində məşq keçəcək 4 azərbaycanlı futbolçu məlum oldu
17:38 Hyustonda 18-ci Beynəlxalq Türk Festivalı keçirilib
17:35 Türkiyə İraqın şimalında “bufer zonası” yarada bilər
17:21 19 il əvvəl törətdiyi cinayətə görə təqsirləndirilən Ağcabədi rayon sakininin məhkəməsi başlayıb
17:08 Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti İstanbulun Bələdiyyə başçısı olacaq
16:47 "Bankların kreditləri dayandırması sahibkarlara güzəştli kreditlərin verilməsinə təsir etməyib"
16:24 “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi Tallində fəxri fərmanla təltif edilib
16:01 Kiyevdə Avropa Şurası ölkələrinin gəclər nazirlərinin konfransı keçiriləcək
15:56 UEFA kuboku qrup mərhələsinin püşkü atıldı (CƏDVƏL)
15:40 "Əgər stadionlara azarkeş gəlməsə, Azərbaycana lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”
15:34 Mingəçevir Şəhər Elektrik Şəbəkəsinin əməkdaşlarına hökm oxunub
15:31 «Dünya Bankının Azərbaycanda apardığı tədqiqatların nəticəsinə görə, mülkiyyətin qeydiyyatı sahəsində Azərbaycan 54 pillə irəliləyib»
15:21 İlham Əliyev Biləsuvar rayonuna səfər edib
15:20 Bakıda müsəlman dövlətlərində təhsilin səviyyəsi müzakirə olunub
14:54 Pan Gi Mun Gürcüstana dair yeni hesabat təqdim edib
14:49 Prezident seçkisində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatdırılıb
14:37 “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov azadlığa buraxılıb
14:18 Daniel Quiza: "Luis Araqones Fənərbaxçadan göndərilsə bu mənim üçün fəlakət olar"
14:07 Həmyerlisini qətlə yetirən Göyçay sakininə 11 il iş istənilib
13:47 “Kiçik sahibkarlığın inkişafı yolları” mövzusunda konfrans keçirilib
13:00 İranda qadınlar üçün xüsusi avtomobil hazırlanır
12:38 PKK əleyhinə əməliyyatda 23 terrorçu öldürülüb
12:15 Premyer-Liqa klublarının 17 yaş komandaları arasında keçiriləcək turnir start götürür
12:03 «Dövlət və din» ictimai fikir toplusunun yeni sayı çapdan çıxıb
12:01 Bakıda sahibkarlığın inkişaf yolları mövzusunda konfrans keçirilir
11:42 Oktyabrın 8-də qoşunların təmas xəttində monitorinq keçiriləcək
11:41 Ze Roberto "Bavariya"dan gedir
11:27 "Korrupsiya və inhisarçılıqla mübarizənin yenilənməsi kiçik və orta biznesin inkişafına böyük xidmət göstərir".
11:13 Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
10:52 Bakıda gecə klubunda işləyən barmen, xadimə tərəfindən bıçaqlanıb
10:50 «Qafqazdakı vəziyyətdə İrəvan öz zəifliyini və həssaslığını başa düşür, buna görə də Qarabağ probleminin tezliklə həllini istəyir».
10:48 “Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək
10:38 Azərbaycanla Moldovanın Dövlət Sosial Müdafiə Fondları arasında saziş imzalanıb
10:30 Bu gündən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yeni sərnişin aviareysləri həyata keçiriləcək
10:29 Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub
10:19 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub
01:25 Misir prezidenti müxalifətçi jurnalisti əfv edib
00:26 Beynəlxalq Memarlar günü Bakıda ilk dəfə qeyd edilib
06.10.2008
23:59 Zaur Tağızadə əməliyyat olunub
23:20 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işləri ilə bağlı qaydaları sərtləşdirəcək
23:15 İlin 8 ayı ərzində MDB-də orta inflyasiya 17% təşkil edib
22:52 Yəməndə terrorçu qrup ifşa edilib
22:25 Bakıda intihar hadisəsi baş verib
22:04 Seçiciıərin 98,9 faizi şəxsiyyət vəsiqələri ilə təmin olunub
21:47 Macarıstanda qatar qəzası baş verib
21:12 Gözdən əlillərin prezident seçkilərində iştirak etməsi üçün bülletenlər hazırdır
20:28 İSESKO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu münaqişənin tezliklə sülh yolu ilə həllini gözləyir
20:00 Kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib
19:42 İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib
19:33 Mərkəzi Univermağın dələduzluqda təqsirləndirilən satıcısı azadlığa buraxılıb
18:58 «Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir»
18:37 Əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı bəyanat yayıb
18:03 Seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Sabirabad sakini məhkəmə zalında həbs olunub
18:02 Kişilərdə Rafael Nadal, qadınlarda Yelena Yankoviç 1 nömrədi
17:28 Xəzər dənizinin Azərbaycan sektorunda sahil zolağında 1027 monitorinq keçirib
17:27 Azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi keçirilib
17:27 İlham Əliyev Qırğızıstan prezidentinə başsağlığı verib
17:12 Qızlardan ibarət Azərbaycan U-17 milli komandası sabah İtaliya yığması ilə qarşılaşacaq
17:10 Rəşad Haşımov patriotik mahnıya klip çəkdirib
17:06 Cəlilabada həşərat yağışı düşüb
17:05 Pulların həyatı
17:03 Nizami rayonunda məktəb soyulub
16:45 Sabah UEFA kuboku qrup mərhələsinin püşkü atılacaq
16:42 Dollar bahalaşıb
16:26 Ukraynanın səfiri Məzahir Pənahovla görüşüb
16:20 Qərbi Azərbaycan ziyalıları seçkiqabağı təbliğatla bağlı mətbuat konfransı keçiriblər
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^