|
Nəzər Nöqtəsi / 04.04.2008 09:54 «ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər öz milli maraqlarını güdürlər»
İlqar Qasımov: «Bəzi müxalifət partiyaları ABŞ və Rusiyaya gedib danışıqlar aparırlar ki, öz vahid namizədlərini müəyyənləşdirsinlər»
Bir müddət əvvəl mətbuatda «Azərbaycan Yolu» Siyasi Hərəkatının fəaliyyətinin dayandırdığını və qurumun rəhbəri İlqar Qasımovun Azərbaycanı tərk etdiyi barədə məlumatlar yayılmışdı. Həmin vaxt İlqar Qasımov Azərbaycanda olmadığından onun mövqeyini öyrənmək mümkün olmamışdı. Hazırda Bakıda olan AYSH lideri ANSPRESS-ə müsahibəsində bu və günün digər aktual məsələlərinə münasibət bildirib
- BMT Baş Məclisinin 62-ji sessiyasında Qarabağa dair qəbul edilən qətnaməyə Minsk Qrupu həmsədrliyində təmsil olunan dövlətlərin əleyhinə səs verməsini necə izah edərdiniz? - Bizdə müxalifət və iqtidar bir-birilə danışıqlar aparmaq üçün səfirliklərdən, ATƏT-dən və digər beynəlxalq təşkilatlardan vasitəçi kimi necə istifadə edirsə, ATƏT-in Minsk Qrupunun da fəaliyyətini bununla müqayisə etmək olar. Bunun nəticəsidir ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində belə bir vəziyyət yaranıb. Təbii ki, istənilən məsələdə vasitəçilik edən tərəf öz maraqlarından çıxış edir. Dağlıq Qarabağ münaqişəsinin həllində də Minsk Qrupunda təmsil olunan dövlətlər öz milli maraqlarını güdürlər. Bu münaqişənin həllində ABŞ və Rusiyanın öz maraqlarını Azərbaycan və Ermənistanın maraqlarından aşağı tutması absurddur. Odur ki, münaqişənin həllində yaranmış indiki vəziyyətin günahını özümüzdə axtarılmalıdır. Mən hələ üç il bundan öncə Kosova variantı barədə açıqlama verəndə buna diqqət yetirilmədi. Eləcə də ermənilərin Naxçıvana qarşı da iddia irəli sürəcəklərini bildirəndə buna biganə qaldılar. Hətta istehza ilə qarşılayanlar da oldu. İndi ermənilər Naxçıvanın da onların torpaqları olmasına dair beynəlxalq səviyyədə iş aparırılar.
-Bəs müxalifətlə iqtidarın vasitəçisiz bir masa arxasında oturub danışıqlar aparmamasının səbəbini nədə görürüsünüz?
-Müxalifətlə iqtidarın bir masa arxasında oturub danışıqlar aparmamasının səbəbləri çoxdur. Onlardan biri mətbuatda və telekanallarda bir-birləri barəsində təhqiramiz ifadələrin işlədilməsidir. Tutaq ki, hansısa bir müxalifət lideri və ya partiya seçkidə hakimiyyətin qeyd etdiyi kimi 16 faiz səs toplayıb. Əgər əhalinin 3,5 milyonu seçijidirsə və onlardani 16 faizi bir siyasi liderə və ya partiyaya səs veribsə bu 560 min seçiji deməkdir. Ölkənin başçısı öz vətəndaşı olan həmin 560 min seçijiyə hörmətlə yanaşmalıdır və onların seçdiyi siyasi lider barəsində təhqiramiz ifadələrə yol verməməlidir. Bu gün iqtidarla ənənəvi müxalifət arasında münasibətlər elə böhranlı səviyyəyə gəlib çatıb ki, onların bir masa arxasında oturub Azərbaycanın milli maraqları naminə danışıqlar aparmasına şübhə ilə yanaşmaq lazımdır. Onların bir-birlərini ciddi qəbul etməmələrinin səbəbi həm də pərdə araxası oyunlarda iştirakları ilə bağlıdır. Bunu müəyyənləşdirmək üçün geniş məlumata malik olmağa ehtiyac yoxdur. Bunu görmək üçün partiya liderlərinin maddi durumu ilə sıravi üzvlərin maddi durumuna və yaşam tərzinə baxmaq kifayətdir.
-Mətbuatda belə bir informasiya getmişdi ki, siz siyasi fəaliyyətinizi dayandırıb, ölkəni tərk edirsiniz.
- Əsilində mən bu vaxta qədər siyasi fəaliyyətlə məşğul deyildim. Çünki indiyə qədər heç bir seçkinin iştirakçısı olmamışam. Əgər qərara gəlsəm ki, aktiv siyasi fəaliyyətlə məşğul olum, o zaman hər kəs bunu hiss edəcək. Artıq bu barədə düşünürəm.
- Həmişə olduğu kimi, bu dəfə də müxalifət düşərgəsindən seçkiyə vahid namizədlə getmək təklifəlri səslənməkdədir. Sizin bu barədə mövqeyiniz necədir?
- Bəziləri hesab edir ki, vahid namizədi ABŞ, Rusiya müəyyənləşdirir. Ona görə də bəzi müxalifət partiyaları ABŞ və Rusiyaya gedib danışıqlar aparırlar ki, öz vahid namizədlərini müəyyənləşdirsinlər. Özünü vahid namizəd elan etmək hələ vahid namizəd olmaq deyil. Vahid namizədi xalq özü müəyyənləşdirməlidir ki, kimin ətrafında birləşsin. Hətta iqtidar belə özünə qarşı ən loyal qüvvəni vahid namizəd kimi müəyyənləşdirmək iqtidarında deyil. Azərbaycanda hələ heç bir siyasi oyunda iştirak etməyən, fəxri adlara, imtiyazlara satılmayan, 80-ci illərin sonunuda milli azadlıq hərəkatının iştirakçısı olmuş və bir çox siyasi oyunların şahidinə çevrilmiş çox güclü ziyalı təbəqəsi var ki, onlar hələ öz sözlərini deməyiblər. Amma bu sözə cəmiyyətin böyük ehtiyacı var.
- Bu il seçki ilidir. Ölkənin birinci şəxsi seçiləcək, sizcə bu seçkilər şəffaflığına və demokratikliyinə görə əvvəlkilərdən fərqlənəcəkmi?
- Hər bir seçki hakimiyyətin hüquqi təsdiqidir. Seçkidə hansı siyasi qüvvənin qalib gələjəyi jəmiyyətə önjədən müəyyən qədər bəlli olmalıdır. Ancaq Azərbaycanda seçki ilə bağlı anormal proseslər müşahidə olunur. Siyasi qüvvələr seçkiyə alver predmeti kimi yanaşırlar. Özünü müxalifət adlandıran bir siyasi blok boykot qərarı verir, digəri beş-altı yüz min dollar alıb seçkiyə demokratik don geyindirmək missiyasını üzərinə götürür. Düşünürəm ki, bu seçki əvvəlkilərdən daha pis şəraitdə keçəcək. Bunun bir sıra obyektiv səbəbləri var. Birincisi, beynəlxalq təşkilatların - Avropa Şurasının, ATƏT-in və eyni zamanda ABŞ Dövlət Departamentinin hesabatlarından da göründüyü kimi Azərbaycanda insan haqları, söz azadlığı ilə bağlı vəziyyət ürəkaçan deyil. Digər tərəfdən, iqtidarın da bu istiqamətdə hər hansı irəliləyiş əldə edəcəyinə ümid bəslənməməlidir. Çünki bu hakimiyyət istəsə də demokratik seçki keçirə bilməz. İndi bəzi müxalif qüvvələr seçki komissiyalarının paritet əsasda formalaşmasını tələb edir və əks təqdirdə seçkiləri boykot edəjəklərini bildirirlər. Hesab edirəm ki, hətta bu tələbin yerinə yetiriləjəyi təqdirdə belə seçkilərin obyektivliyini təmin etmək mümkün olmayajaq. Keçən seçkilərin acı təcrübəsi də göstərib ki, müxalifətin MSK-dakı nümayəndələri sonda protokollara imza ataraq nəticələrin legitimliyini qəbul ediblər. Odur ki, mən seçki komissiyalarının formalaşdırılması məsələsinin siyasiləşdirilməsinin əleyhinəyəm.
- Sizcə, seçicilərin öz səslərinin arxasında dayanması və sona qədər mübarizə aparması üçün nə etmək lazımdır?
- İlk növbədə seçkidə iştirak edən qüvvələr xalqın ümidini qırmamalı, onlara yalan vədlər verməməlidirlər ki, seçicilər də sona qədər onların arxasında dayansın. Hesab edirəm ki, Azərbayjan seçijisi yaxşı və ya pis deyil, pis və daha pis seçimi qarşısında dayanıb. Ona görə də analiz edilməlidir ki, nəyə görə Azərbaycan seçicisi nə iqtidara, nə də müxalifətə inanmır, onların heç birinin arxasında deyil. Ölkədə elə bir təbəqə var ki, onlar bu seçki ilindən nələrsə gözləyirlər. İstəməzdim ki, onlar 2008-ji il seçkilərindən sonra da ümidsizliyə düşsünlər və bir qədər də pessimist ovqata köklənsinlər. Odur ki, ilk növbədə müxalifət öz fəaliyyəti ilə xalqın inamını qazanmalı və daha sonra jiddi nətijələr əldə etmək haqda düşünməlidir. Lakin müxalifət bunun əvəzinə regionlarda üzvlərini yalnız seçkidən seçkiyə yada salır. Seçkiyə bir neçə ay qalmış yalan vədlər verərək bu gün-sabah hakimiyyətə gələcəklərini söyləyirlər. Seçkidən sonra isə həmin vədlər də, yerlərdəki fədakar üzvlər də unudulur.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|