|
Açıq poçt / 01.04.2008 10:16 "Qoy bayrağımız Bakının hər küçəsində hər tərəfdən nəzərə çarpıla biləcək dərəcədə dalğalansın"
Kamran Vahabzadə, Amerika Birləşmiş Ştatları, Kanzas
Salam, hörmətli ANS Şirkətlər qrupu və üzvləri! Mənim adım Kamran Vahabzadədir. Bu gün mən Amerika Birləşmiş statlarının paytaxtı rəsmi Vaşinqtonda oldum. Biz martın 31-də ( FLEX proqramı) paytaxtda bir sıra rəsmi yerlərdə, xüsusən də Kapitoliya binasında, Ağ Evdə ( amma içəri daxil olmağa icazə vermədilər) eləcə də bir sıra nazirliklərdə olduq. Olduqca yüksək rəsmi şəxslərlə görüş keçirildi. Görüşdə əsas mövzu hazırda Sovet ölkələrində medianın, azad mətbuatın, insan hüquqlarının nə dərəcədə təmsil olunması və onlara qarsı olan münasibətdən danışdıq. Azərbaycanı mən də daxil olmaqla 4 nəfər təmsil etdik. Biz xüsusən ANS televiziyasının həqiqi mənada Azərbaycan mediasında nə qədər böyük nüfuza ( eləcə də dünya çərçivəsində) hər an xəbəri və məlumatı yerində DƏQİQ, QƏRƏZSIZ, VİCDANLI catdırılmasında olan xidmətlərindən danışdıq. Mən ömrümdə düşünməzdim ki, bu mənim həyatımda nə qədər rəsmi və qeyri-adi bir görüş olardı. Ona görə də sizə və digər televiziyalara da dərin təşəkkür edirik. Mən demək olar ki, hər gün xəbərləri www.anspress.com-dan izləyirəm. Həmçinin Bayraqla bağlı. Mən Vaşinqtonu gəzəndə inandırım sizi ki, hər 10 metrdən bir böyük, təmiz Amerika bayrağının dalğalandığını görürdüm. Dəxli yoxdur nazirlikdir və ya rəsmi binadır. Bakıda həmçinin rayonlarımızda isə Azərbaycan bayrağına rast gəlmək məncə qeyri-adidir. Özü də rast gələndə də cırıq və solğun halda..... Məncə hökumətimiz bu barədə düşünməyə başlaya bilər. Axı bu ki çətin bir iş deyil. Qoy tariximizin, ənənələrimizin, səviyyəli vətəndaşlarımızın rəmzi olan bayrağımız Bakının hər küçəsində hər tərəfdən nəzərə çarpıla biləcək dərəcədə dalğalansın. Mən yenə də sizə dərin minnətdarlığımı bildirirəm. Kamran Vahabzadə Amerika Birləşmiş Ştatları, Kanzas
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|