|
Açıq poçt / 31.03.2008 10:51 "Bu gün dövlət qurumlarımızım bir çoxunda dövlət bayrağımız dalğalanmır"
"Dalğalananlar isə BŞİH-nin binasının üzərindəki kimi ya solğun, ya da ki, cırılmış vəziyyətdə dalğalanır"
Salam, Mən Amerikada, Harvard Universitetinin Kennedi İdarəçilik məktəbində ictimai-siyasət üzrə magistratura proqramında təhsil alan Azərbaycan vətəndaşıyam. Bu gün www.anspress.com saytında Bakı şəhər icra hakimiyyətinin üzərində Azərbaycan bayrağının təhqir edilməsi ilə bağlı xəbəri oxudum ve çox məyus oldum. Bir qrup gənc olaraq (ADDIM qrupu çərçivəsində), təxminən bir il əvvəl bu məsələni gündəmə gətirmişdik, təklif etmişdik ki, bütün dövlət qurumlarının qarşısında və ya üzərində Azərbaycan bayrağı dalğalansın. Lakin hər dəfə dövlət qurumları ilə danışanda bu sahədə ölkə prezidentinin sərəncamı olduğunu, bu sahədə müsbət işlər görüldüyünü dedilər. Bu gün də dövlət qurumlarımızım bir çoxunun üzərində və qarşısında dövlət bayrağımız dalğalanmır. Dalğalananlar isə Bakı Şəhər İcra Hakimiyyətinin binasının üzərindəki kimi ya solğun, ya da ki, cırılmış vəziyyətdə dalğalanır. Siz, ANS nümayəndələrinin üzərinə bu sahədə böyük məsuliyyət düşür. Sizin mətbuatda gücünüz var, bu məsələni gündəmə gətirib qısa zamanda boyuk dəyişikliklər edə bilərsiniz. Mən bu məsələni gündəmə gətirdiyinizə görə təşəkkür edir, məsələni gündəmdə saxlamağı xahiş edirəm.
Dərin hörmətlə, Bəxtiyar Hacıyev Boston, MA Amerika Birləşmiş Ştatları
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|