BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZƏsr
15:48
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 30.03.2008 21:13
Molodes!
Qanlı qələbəsindən sevincək olan Sarkisyan seçkiləri udduğuna görə xalqa yox, Rusiyaya minnətdar olduğunu açıq etiraf etdi

Ermənistanın yeni prezidenti Serj Sarkisyan Rusiyadan başladı. Və onun dövlət başçısı olaraq ilk adımını Moskvaya atmasında maraqlı bir şey görməzdik. Amma bir sıra xırda ştrixlər olmasaydı. Əvvəla Serj prezident qoyulması münasibətilə onu birinci təbrik edən Rusiyanı seçməklə bu ölkənin misilsiz dəstəyinə əhəmiyyət verdiyini sübut etdi. İkincisi Azərbaycanın Qarabağ uğrunda apardığı barışmaz diplomatik mübarizə fonunda Ermənistan bu səfər zamanı Rusiyada həm də Kollektiv Təhlükəsizlik Müqaviləsinə bir il ərzində rəhbərlik edəcəyi barədə məsləhətləşmələr aparacaqdı. Xatırladaq ki, dinc insanların kütləvi şəkildə qırılması ilə yadda qalan Xocalı əməliyyatının müəllifi Sarkisyanın indi MDB Ordusunun başına keçməsi bir az maraqlı məsələdir. Yəni bu komandanlıq təzə deyil. Artıq Serjin 1992-ci ilin fevralında bu qüvvələrin sələfi olan ordunun 366-cı motoatıcı polkuna rəhbərlik etməsi və Xocalıya girməsi tək bir təcrübəsi var. İndi isə bütün MDB ordusu Sarkiyanın əlində olacaq. Mən Azərbaycan əskərini qorxutmaq niyyətində deyiləm və yəqin NATO standartlarına uyğun olaraq formalaşan, döyüşən və hətta şəhid olmaqdan belə çəkinməyəan hərbçilərimiz köhnə sovet şinelində yerində addımlayan MDB soldatlarının mövcudluğundan əndişələnmirlər də. Və Heç ona görə də yox ki, bir yandan Azəbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı BMT qətnaməsinə səs verən, digər tərəfdən isə həmin işğalçının rəhbərliyi altında KTM-də döyüşəcəyini rəsmiləşdirən və bununla da Qurumun nəzəri hədəflərindən biri ola biləcək Azərbaycanla barrikadanın düşmənə aid hissəsində dayanan Özbəkistan kimi müttəfiqlər bizdən ötrü çox ciddi rəqiblər ola bilər. Yəqin elə bu səbəbdəndir ki, biz Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi türkdilli qardaşlarmızın igidliyin doqquzu səbəbindən adətən bizim yanımızda olmamasına heç vaxt əhəmiyyət verməmişik. Adətə görə Rusiya-Ermənistan müttəfiqliyi də bizdə təəccüb doğurmayıb. Bölgədə Rusiyanın fövqəladə və səlahiyyətli nümayəndəsi olan Ermənistan Levon Ter Petrosyanın rəhbərliyi altında başlayan, sonra isə ümummilli azadlıq hərəykatına çevrilən hadisələrin əslində Rusiyaya qarşı çevrildiyini anladığından ən qəti hərəkətlərə keçdi və sadə camaat nahaq yerə öz hakimiyyətini rusun əmri ilə əhalini qırmaqda ittiham etmir. Bu baxımdan Sarkisyan Moskvaya həm də kök bir «Molodes!» üçün də getmişdi. Deyəsən aldı da. Həm Putinlə, həm Medvedyevlə görüşən Serj xidmətlərinin müqabilində tapmacalı rus qəlbinə daxil olduğuna tam əmin olduğuna inandı və Kremli əmin etdi ki, Ermənistan bundan sonra da Rusiya ilə əməkdaşlığı dərinləşdirəcək. Elə buradaca mənə elə gəlir ki, balaca bir quş buraxdı. Yəni Serj Medvedyevə təşəkkür etdi ki, Rusiya Ermənistana heç vaxt olmayan dəstəyi göstərib. Bu cümlənin bir mənası o ola bilər ki, mövcudluğuna görə gərək ömrünün sonunadək Kremlin ayaqlarına düşəsi Ermənistan əslində Rusiyanın indiyədək ona göstərdiyi yardımı kifayət hesab etmirmiş. Ya da Ermənistana ona qədər rəhbərlik etmiş şəxslərə edilən yardımlar kov deyilmiş. Sarkisyan eksklüziv olaraq ona edilmiş köməyi xüsusi qiymətləndirir. Seçkidən əvvəl və seçkidən sonra Kremlə, sadə erməni camaatının təbirincə desək, öz sədrindən təlimatlar almağa yollanmış Serj həm də kartları açmış oldu. Heç demə erməni xalqının müstəsna səlahiyyəti olmalı olan seçki hüququ əslində başqa bir ölkənin proseslərə müdaxiləsini ört-basdır etməyin bir yolu imiş. Beləliklə Sarkisyan öz təşəkkürü ilə erməni xalqının şübhələndiyi, amma konkret faktlara malik olmadığından o qədər də birbaşa dilinə gətirmədiyi gerçəyin üstünü açdı. Serj hakimiyyətə gəldiyinə görə erməni xalqına yox, Rusiyaya minnətdarlıq ifadə etdi. Sevincək Sarkisyan bir az da irəli gedərək Moskvaya söz verdi ki, respublika hökuməti ölkədə sabitliyi təmin etmək üçün hər şeyi etmək əzmindədir. Bax belə. İndi mən bilmirəm bu yeni prezidentin səhvi, yoxsa Kremlə daha dərinə, daha dibədək girməyin ifrat yolu idi. Amma Medvedyev belə açıq-saçıq minnətdarlığı, ifşa riskini gözləmədiyindən diplomatik təmrinə əl atmalı oldu. Sadəcə qeyd etdi ki, Rusiya-Ermənistan münasibətləri hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq inkişaf edəcək. Amma Medvedyevin etmədiyini Rusiyanın Baş naziri Zubkov etdi. O da elə Sarkisyan kimi açıq şəkildə söz verdi ki, Ermənistan bundan sonra da Rusiyanın dəstəyinə bel bağlaya bilər. Bu da belə. Sarkisyanın Moskva səfəri İrəvanda kütləvi həbslərin davamı və repressiya tədbirlərinin intensiv və ekstensiv şəkil alması ilə müşayiət edildi. Maraqlıdır ki, indi bu həbslərin hədəfləri müxalifət liderləri deyil. Küçədə sadəcə gəzib dolaşanlar, şahmat olmayanlar, iki bir-üç bir toplaşanlar-bütün bunlar hamısı bir anda həbsxanalara atıla bilərlər. Bir yandan baxanda bu bəlkə də sadə erməninin xeyrinədir. Evində oturub acından ölməkdənsə həbsxanada heç olmazsa gündə 3 dəfə pulsuz yemək imkanı var. Həm də bu indi Ermənistanda təhlükəsiz yaşamağın nadir yollarından biridir. Artıq müxalifət liderləri Ermənistanda terror hadisələrinin, parlayışların proqnozlarını verir. Həbsxanada isə artıq sənin əlindən heç kəsin ala bilməyəcəyi azadlıq var…

Mir Şahin

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
13:45 Qvatemalada 34 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsi baş verib
13:30 “Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək”
13:19 Neft dünya birjalarında 48 dollara satılıb
13:16 Türkiyə hökuməti şair Nazim Hikmətin vətəndaşlıq hüququnu bərpa etdi
12:49 Fransa hərbi-dəniz donanmasının Ədən körfəzində keçirdiyi əməliyyat nəticəsində 19 dəniz qulduru tutulub
12:40 Bu gün BMT Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar iki günlük müzakirələrə başlayacaq
12:25 Türkmənistan-Çin yeni magistral qaz kəmərinin tikintisi ilə bağlı işlər sürətlənib
12:23 Rusiya Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya qaz nəqlini dayandırdı
12:12 Aşura mərasimi ilə əlaqədar olaraq Lənkəranda qanvermə aksiyası keçirilib
11:58 Bu ildən magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək
11:51 Dakar Rallisinin növbəti yarış günü pilotlar 695 km-lik məsafədə yarışıblar
11:32 10 gün sonra internet xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş rəqəmsal kanallardan istifadə tarifləri aşağı salınacaq
11:28 Bu il Azərbaycanda inflyasiya 15-17 faiz təşkil edəcək
11:24 İsrailin Qəzzada apardığı quru əməliyyatında 26-sı uşaq olmaqla 100 nəfər ölüb (Fotoreportaj)
11:16 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:53 Bu gün Türkiyə Böyük Millət Məclisində Qəzzadakı vəziyyət müzakirə ediləcək
10:28 İsrail tankları Xan Yunis şəhərinə giriblər
10:24 Azərbaycan filmləri Almaniyada nümayiş etdiriləcək
10:20 Bu gecə Nəsimi rayon ərazisində ana və azyaşlı qızı bıçaqlanıb (Yenilənib)
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
11:50 Əfqanıstan və Pakistanda zəlzələ olub
11:37 Səməd Vurğun adına Rus Dram Teatrında yanvar ayında nümayiş etdiriləcək tamaşalar
11:34 Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi buzda sürüşərək dünyasını dəyişib
11:31 Azərbaycan millisinin iki futbolçusu Almaniyaya gedir
11:23 "Azərreyl" Lüksemburq millisini məğlub edib
11:11 İsrailin hərbi əməliyyatları nəticəsində 500-dən çox fələstinli həlak olub (Fotoreportaj)
11:06 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:40 Azərbaycan millisi bu gün Belarusla qarşılaşacaq
10:16 Paytaxtda quldurluq edən iki qardaş tutulub
10:03 Binə qəsəbəsində avtomobil iki nəfəri vurub
04.01.2009
18:25 Hadisə, “Fənərbaxça”nın ispan futbolçusu Daniel Qüiza ilə mesajlaşdığı barədə şayiələrə aydınlıq gətirib
17:37 David Vilya: "“Valensiya”da qalacam!"
17:01 Aşağı və yuxarı ətrafların travması diaqnozu ilə xəstəxanalara 36 paytaxt sakini müraciət edib
16:50 “Azərreyl” Avstriya millisini məğlub edib
16:35 BMT İsrailin Qəzzada həyata kecirdiyi əməliyyatlarla bağlı bəyanat qəbul edə bilmədi
16:23 Vayn Bridge “Çelsi”ni “Mançestr Siti”yə dəyişdi
16:09 Yardımlı rayonunda məscid yanıb
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^