BU GÜN07.01.2009
HAVA
BAZAR
NAMAZFəcr
06:08
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 23.03.2008 22:14
Ermənistanın cəsarət problemi
Robert Koçaryanın hədə-qorxusu

Finlandiya Skandinaviya ölkəsi tək öz soyuqqanlığı ilə seçilir. Deyilənlərə görə, bu ölkədə adamlar öz ürəklərini açmağa hazırlaşandan 5 il sonra eşq elan edirlər. Ola bilər ki, heç belə də deyil. Amma hər zarafatda bir az zarafat da var. ATƏT-in fəaliyyətdə olan sədri Kanervadan biz burada oturub Qarabağ probleminin həllini gözləyirik. Amma qoçağımız orada daha ciddi işlərlə məşğul olurmuş. Heç demə, cənab Kanerva 29 yaşlı məşuqəsi- striptiz-klub rəqqasəsi Yoxana Tukiaynenə nə az nə çox, 200-dən artıq intim SMS göndərib. Doğrudur, öz hisslərinin əlində qaldığını üzvü olduğu partiyanın liderinə etiraf edən və az sonra publik olaraq üzr istəyən ATƏT sədri indi özünü rahat hiss edir. Amma o qazın daxili vəziyyəti barədə bir şey bilmirik.

Kosovonun müstəqilliyini ikiəlli dəstəkləyənlərin onun doğuracağı fəsadları təsəvvür etmədikdiklərini söyləmək sadəlövhlük olardı. Bu, heç kəs üçün sirr olmasa da, əksər dünya ölkələri Balkanlarda separatçılığı dəstəkləməklə çox təhlükəli bir presedentin əsasını qoydular. Necə deyərlər artıq, Cin şüşədən buraxılıb. Kosovo kabusu bütün dünyanı dolaşmaqdadır. Son Balkan Pandorasının yeşiyindən çıxan separatizm bəlası isə dünyanın müxtəlif nöqtlərində hər gün yeni - yeni Kosovolara meydan açır.

Gözlənildiyi kimi, bundan ilk ilham alanlar Gürcüstan ərazisindəki separatçı rejimlər oldu. Artıq martın əvvəlindən Kosovo albanlarının suverenlik xəyallarının gerçəkləşməsindən ilhama gələn Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlər müstəqil dövlət kimi tanınmaqla bağlı dünya ictimaiyyətinə müraciət etdilər. Maraqlıdır ki, bu müraciətdən dərhal sonra Kosovonun separatçı rejimlər üçün presedent olacağı ilə bağlı hamıdan əvvəl həyəcan təbili çalan, polietnik tərkibə malik və bununla da separatizmə yoluxmaya ən çox meylli olan dövlətlərdən Rusiya məhz Cənubi Osetiya və Abxaziyaya qarşı iqtisadi sanksiyaları aradan qaldırmaqla tanınmamış rejimlərə dəstək nümayiş etdirdi. Ticarət və maliyyə məhdudiyyətlərini ləğv etmək barədə qəbul edilmiş qərar Rusiyanın indiyə qədər postsovet məkanındakı tanınmamış respublikalara münasibətdə atdığı ən təsirli addım idi. Amma bu, son olmadı. Ötən həftə Rusiyanın Dövlət Duması prezident və hökumətə müracəit edərək Gürcüstandakı separatçı rejimlərin müstəqilliynin tanıması imkanlarını nəzərdən keçirməyi tövsiyə edib. Yəni Moskvanın əlindəki bu domokl qılıncı istənilən vaxt Gürcüstanı yaralaya bilər.

Amma separatizm təhlükəsi Rusiyadan da tam sovuşmayıb. 90-cı illərin əvvəlində Moskvanın iki qanlı müharibə apardığı Şimali Qafqaz bu gün də barıt çəlləyini xatırladır. Bu, Rusiyaya qarşı rəqib mövqeyində dayanan ölkələr üçün də ciddi arqumentdir. Amerika prezidentliyinə ən real namizədələrdən biri Con Makkeyn bu günlərdə böyük britaniyalı jurnalistlərə müsahibəsində Rusiyanın Kosovonun müstəqilliyni tanımayacağı təqdirdə, Birləşmiş Ştatların da Şimali Qafqazın müstəqilliyi ilə bağlı düşünməli olacağı haqda xəbərdarlıq edib. Son iki gündə məhz Şimali Qafqazdan olan və əsasən qaynar bölgələrdən materialları ilə tanınan iki nüfuzlu jurnalistin qətlə yetirilməsi və bu iki nəfərin də adının salındığı iddia olunan arzuolunmaz şəxslərdən ibarət müəmmalı siyahının ortaya çıxması bu regionda da qurdun quzu ilə otlamadığını deməyə əsas verir.

Qonşu Ukraynada da artıq separatçı meyllər güclənməyə başlayıb. Martın 20-də bir qrup tatar Krım muxtar respublikasının parlamentinin qarşısına toplaşaraq «Xalqa torpaq», «Evlərimizi qaytarın», «Torpaqları boşaldın» kimi şüarlarla aksiya keçiriblər. Qeyd edək ki, Ukrayna Krımın şimalında və mərkəzi rayonlarında tatarlara torpaqlar ayırsa da, onlar Simferopolu öz tarixi yerləri adlandıraraq məhz burada torpaq sahəsi istəyirlər və yarımadaya xüsusi statusun verilməsi tələbini irəli sürürlər. Amma bu, Ukrayna üçün yeganə problem deyil. Əsrin əvvəlində müstəqil respublika, bir neçə ilə sonra Polşanın tərkib hissəsi və nəhayət 1939 -cu ildə Ukraynaya birləşdirilmiş Qalitsiyada da separatçı meyllərin baş qaldırması istisna edilmir.

Amma Kosovo presidentindən ən çox ehtiyatlanan dövlət Çin idi. Rəsmi Pekin daha çox 1949-cu ildən Pekinə qarşı itaətsizlik nümayiş etdirən Tayvanın tanınması istiqamətində fəaliyyətinin güclənəcəyindən, eləcə də müstəqilliyə can atan Tibetdə separatçı meyllərin artacağından çəkinirdi. Çin rəsmiləri buna görə də qətiyyətlə Kosovonun müstəqilliyinin əleyhinə çıxırdı. Bu narahatlıqların səbəbsiz olmadığı artıq ortadadır. Bir həftədir ki, Tibetin mərkəzi Lhasa şəhəri qanlı toquşmalara səhnə olur. Bu toqquşmaların nəyə gətirib çıxaracağı isə qeyri-müəyyəndir. Tayvan da hələlik Çin üçün itirilmiş sayılır. Ötən gün bu regionda yeni prezident seçkiləri də keçirilib. Seçkilərdə məhz Tayvanı Çindən ayrıran Homindan partiyasının namizədinin qalib gəlməsi Pekin üçün heç də yaxşı xəbər deyil. Çin üçün yeganə təsəlli isə seçkilərlə paralel bölgənin məhz Tayvan adı ilə BMT-yə üzv olması ilə bağlı keçirilən referendumun iflasa uğramasıdır.

Kosovonun müstəqilliyni əldə etməsi ilə Balkanlarda da nəhayət sabitliyin bərqərar olacağa haqda proqnozlar vermək də hələ tezdir. Kommunist rejiminin süqutundan sonra ölkənin müstəqil dövlətlərə parçalanması ilə pərən - pərən düşən serblər artıq köhnə Yuqoslaviyanın ərazisi, bu gün isə müstəqil respublikalarda kompakt yaşadıqları ərazilərdə muxtariyyat uğrunda mübarizəyə qalxırlar. İlk bu cür meyllər əsasən müsəlmanların məskunlaşdığı Bosniyada özünü göstərib. Makedoniyada isə bu dəfə əhalinin 20 faizini təşkil edən albanlar muxtariyyat xəyalına düşüblər. Bu isə Kosovonun fəsadlarının hələ davam edəcəyini söyləməyə əsas verir.

Nəhayət, gələk öz problemimizə. Ermənistan hələlik Kosovonun müstəqilliyini tanımağa cəsarət etməsə də, Priştina presedenti onlar üçün də istinad nöqtəsi olub. Həm Xankəndində, həm də İrəvanda separatçı respublikanın müstəqillinin tanımasına Kosovodan daha çox haqqının olduğunu bəyan edirlər. Bu günlərdə hətta Ermənistan prezidenti Robert Koçaryan Azərbaycanın Dağlıq Qarabağla bağlı beynəlxalq səviyyədə indiki kimi fəaliyyəti davam etdirəcəyi təqdirdə Dağlıq Qarabağı müstəqil respublika kimi tanıyacağı ilə bağlı hədə-qorxu da gəlib.

Ermənilərdən fərqli olaraq azərbaycanlı ekspertlər Dağlıq Qarbağdakı separatçı rejimi Kosovo ilə yox, Serb Krainası ilə müqayisə edirlər ki, onun da taleyi çoxlarına məlumdur. Xatırladaq ki, 1990 -cı ildə Xorvatiyadakı serb azlığı özünü Xorvatiyanın tərkibində muxtar vilayət elan edib. Artıq dekabr ayında Xorvat parlamenti bu qərarı təsdiqləsə də, bununla qane olmayan serblər qərardan 3 ay sonra Serb Krainasının dırnaqarası müstəqilliyini elan ediblər. Rəsmi Zaqreb isə Serb Krainasının rəhbərliyi ilə uzun sürən səmərəsiz danışıqlardan sonra məsələnin hərbi yolla həllindən başqa bir çıxış yolu görmür və nəhayət vur- tut 4 gün davam edən «Tufan» əməliyyatı ilə oyuncaq dövlətin varlığına son qoyulur. Amma bütün bunlar dünya birliyinin susmaqla razılığı qarşısında baş verdi. Artıq Azərbaycanda da hadisələrin inkişafı bu cür finalı yaxınlaşdırır. Bir qalır ikili standartlarla hərəkət edən beynəlxalq birliyin görməməzliynə nail olmaq. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
07.01.2009
01:32 2008-ci ildə Azərbaycanda 284 aptekin fəaliyyəti dayandırılıb
01:10 Bu gün Aşuradır
06.01.2009
23:10 Türkiyədə kütləvi həbslər həyata keçirilib
22:31 Qazaxıstan xüsusi xidmət orqanları baş redaktoru həbs edib
22:05 Rusiyanın Qərb xəttindən Türkiyəyə verilən təbii qaz kəsilib
21:24 Avropanın ən zəngin iş adamlarından biri özünü öldürüb
20:57 Naxçıvanda son bir neçə gündə 40 santmetrədək qar düşüb
19:44 Ukraynada ehtiyat yanacaq kimi mazutdan istifadə olunacaq
19:20 Cənubi Qafqazı Rusiya ilə birləşdirən magistral bağlanıb
17:34 Dövlət Yol Polisinin sabiq əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən “vəkil”in məhkəmə baxışı başlayıb
16:57 «20 yanvar» faciəsinin 19-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
16:54 Çində bir qadın quş qripindən ölüb
15:55 Ərdoğan: "Gürcüstan üçün verilən reaksiya Qəzzaya qarşı nə üçün göstərilmir?"
15:47 Aşura günü Bakının bir neçə məscidində qanvermə aksiyası keçiriləcək
15:37 “İbrus" teatrında “İvan Buninin axırıncı döyüşü” tamaşası nümayiş etdiriləcək
15:09 Mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub
15:05 İsraildə 70 min iranlı tələbə kamikadze olmaq istəyir
14:58 Azərbaycanda məskunlaşan 70 min Axıska türkünün 40 mini geri dönmək üçün müraciət edib
14:56 Filippində bir qrup aksiya iştirakçısı Qəzzada törədilən qırğınlara öz etirazlarını bildiriblər
14:52 Avropa komissarı Qəzzadakı humanitar vəziyyətin faciəvi olduğunu bildirib
13:45 Qvatemalada 34 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsi baş verib
13:30 “Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək”
13:19 Neft dünya birjalarında 48 dollara satılıb
13:16 Türkiyə hökuməti şair Nazim Hikmətin vətəndaşlıq hüququnu bərpa etdi
12:49 Fransa hərbi-dəniz donanmasının Ədən körfəzində keçirdiyi əməliyyat nəticəsində 19 dəniz qulduru tutulub
12:40 Bu gün BMT Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar iki günlük müzakirələrə başlayacaq
12:25 Türkmənistan-Çin yeni magistral qaz kəmərinin tikintisi ilə bağlı işlər sürətlənib
12:23 Rusiya Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya qaz nəqlini dayandırdı
12:12 Aşura mərasimi ilə əlaqədar olaraq Lənkəranda qanvermə aksiyası keçirilib
11:58 Bu ildən magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək
11:51 Dakar Rallisinin növbəti yarış günü pilotlar 695 km-lik məsafədə yarışıblar
11:32 10 gün sonra internet xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş rəqəmsal kanallardan istifadə tarifləri aşağı salınacaq
11:28 Bu il Azərbaycanda inflyasiya 15-17 faiz təşkil edəcək
11:24 İsrailin Qəzzada apardığı quru əməliyyatında 26-sı uşaq olmaqla 100 nəfər ölüb (Fotoreportaj)
11:16 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:53 Bu gün Türkiyə Böyük Millət Məclisində Qəzzadakı vəziyyət müzakirə ediləcək
10:28 İsrail tankları Xan Yunis şəhərinə giriblər
10:24 Azərbaycan filmləri Almaniyada nümayiş etdiriləcək
10:20 Bu gecə Nəsimi rayon ərazisində ana və azyaşlı qızı bıçaqlanıb (Yenilənib)
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^