BU GÜN07.10.2008
HAVA
BAZAR
NAMAZZöhr
13:33
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 24.02.2008 21:17
Təzə dərd
Serblərin evində Kosovanı xatırladan çoxlu xatirə var

    Qəflətən Serbiyaya yazığım gəldi. Bilirsiniz nə vaxt? Kosovonun öz müstəqilliyini birtərəfli qaydada elan etməsinə bir-iki gün qalmışdı. Artıq hamı intuitiv olaraq başa düşürdü ki, Kosovonun müstəqilliyinə heç nə mane ola bilməyəcək. Serbiya öz tərkib hissəsini qoruyub saxlaya bilməyəcək. Bir-iki istisnaları çıxsaq dünya Kosovonun qolundan tutmuşdu. Serbiyanın isə hamı ayaqlarına baxırdı. Və indi də gəlirəm məni Serbiyaya acıdan ana. Dediyim kimi hər şey gün və ya ABŞ-ın iradəsi kimi aydın idi. Kosova gedirdi. Elə bu zaman Serbiya dövləti hərbi təlimlərə başladı. Bütün dünya qarşısında tək-tənha qalmış Serbiyanın bu bəlkə də dövləti kişiliyinin son dalğası idi ki, emosiyalar üzərində şahə qalxırdı. Bax elə onda, o hərbi təlimlər fonunda Serbiyaya yazığım gəldi.  Hamının bildiyi və artıq çoxdan razılaşdığı aqibətlə sən həm razılaşmaq istəmirsən, həm də razılaşmağa məcbursan…
Kosovo artıq öz müstəqilliyini elan edib. Onu tanıyan dövlətlər var və onların sayı tədricən artır. Serbiya ordusunun hərbi təlimləri isə zəif, yazıq bir xox-dan uzağa getmədi.  Doğrudur bu gün Belqradda həyəcan baş alıb gedir. Minlərlə serbin qəzəbi Kosovonu bir dövlət kimi etiraf edən dövlətlərin bu ölkədəki səfirliklərin binalarına, dükanların vitrinlərinə çırpılır. İnsanlar, sərf edəndə xalq, sərf etməyəndə vandal, azğın kütlə adlandırılan toplu bədənlərnindən kəsilən əzalarının ağrısını özlərini daşa-divara vurmaqla nümayiş etdirirlər. Və ən dəhşətlisi də bilirsiniz nədir, dünya sanki başsağlığı verirmiş kimi deyir: ' Tədricən sakitləşərlər… Serblər bütün dünyaya müharibə elan etməyəcəklər ki.' Yəni torpağın üzü soyuqdur, ölənlə heç kim ölmür və sair. Birləşmiş Ştatlar, Xorvatiya, Türkiyə və Serbiyanı tanıyan daha bir neçə  dövlətin səfirlikləri hücuma məruz qaldı. Polisin bütün cəhdlərinə baxmayaraq serblər sakitləşə bilmir. Əlbəttə onları başa duşmək olar. Dərd təzədir. Evdə Kosovanı xatırladan çoxlu xatirə var. Onları belə tez unutmaq asan deyil və olmayacaq. Bu ölkədə Birləşmiş Ştatları xatırladan hər şey qəzəb hədəfidir. Buşun müqəvvasından tumuş Makdonaldsa qədər hər şey. Amma Serbiyanın əlindən alınmış Kosovonun yeni, müstəqil həyatı üçün lazım olan arayışlar toplanır, prosesə beynəlxalq hüquqi don geyindirilir. Serbiya ağrılı olsa da anlayır ki, o bu saat heç nəyə nail olmaq iqtidarında deyil. Müttəfiqlər isə ən yaxşı halda Rusiyanın Yuqoslaviya haqq-hesabında və NATO-nun bombardmanları zamanı özünü apardığı kimi aparacaq. Serbiyanın öz ekspertləri belə Belqradın gec-tez Qərblə inteqrasiyaya boyun əyməyə məhkum olduğunu yazır, bunu etməsə Serbiyanın özünün bir dövlət kimi məhv olacağını qeyd edir… Son seçkilər göstərdi ki, serblərin 65 faizi  öz gələcəklərini Avropa İttifaqı ilə bağlayır. Belqrad qaynayır, küçələr barrikadaları xatırladır. Amma bütün bunlar siyasi böhran kimi qələmə verilmir. Başlıcası isə Kosovonun Serbiyadan ayrılmasının mümkünləşməsinin babalı Belqradın öz boynuna qoyulur. Yəni bildirilir ki, Miloşeviç  devriləndən sonra idarəçiliyə başlayan demokratlar ölkənin başlıca problemlərini həll edə bilmədilər, Serbiya əhalisinin 21 faizi işsizdir.  Adambaşına düşən umumdaxili məhsula görə isə bu ölkə Avropanın ən kasıblarındandır.  Serb qəzetlərinə istinadən yazan Qərb mətbuatına görə isə bu gün gənc serblər Kosovonu yaxşı işə, iqtisadi sabitliyə dəyişməyə hazırdırlar.
Serbiyada baş verənlərin maraqlı dövlətərin xüsusi xidmət orqanları ilə hər hansı əlaqəsi olduğunu rədd edən Qərb mətbuatı hətta Kremli də iğtişaşlardan uzaq tutur. Guya Moskva özünün maraqları olan yerdə fəaldır. Baxmayaraq ki, biz Putinin Kosovanın tanınacağı təqdir üçün Rusiyanın ev tapşırığının olduğu barədə bəyanatını ununtmamışıq. Birləşmiş Ştatların rolunu isə nə kiçiltmək, nə də şişirtmək istərdik. Nə qədər təəccüblü səslənsə də ekspertlərin bir qrupunun belə bir qənaəti ilə razılaşmağa məcburuq ki, Kosova məsələsinin bu şəkildə həlli əslində Ağ Evin İraq dalanı ilə birbaşa bağlıdır. Qoşunlarını İraqdan çıxarma möhlətini Kosova məsələsi ilə arxa plana atan Ağ Ev fürsətdən məharətlə yararlandı. Yoxsa onun Kosova nəyinə lazım idi ki… Təsadüfi deyil ki, prezidentliyə Respublikaçıların namizədi və Buşçu Con Makkeyn artıq ciddi irəliləyişlərə nail olub. Düzdür, çıxmayan Cana ümid çoxdur.  Bəlkə elə buna görə də Serbiyanın lideri Koştuniça 'biz bu mübarizədə tənha deyilik. Putin bizimlədir!' deyə qürrələnir. Amma bu olduqca zəif təsəlliyə bənzəyir. Ölümcül xəstəni xəstəxanadan evə buraxan həkim  allahın möcüzəsinə inam hissi aşılayır. Amma eyni zamanda xəstənin yaxınlarına, qohumlarına hər ehtimala qarşı tədarük görməyi də məsləhət bilir. Serbiyada baş verən son hadisələr də elə bir tədarük söhbətidir. 

Mir Şahin 

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
07.10.2008
01:25 Misir prezidenti müxalifətçi jurnalisti əfv edib
00:26 Beynəlxalq Memarlar günü Bakıda ilk dəfə qeyd edilib
06.10.2008
23:59 Zaur Tağızadə əməliyyat olunub
23:20 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işləri ilə bağlı qaydaları sərtləşdirəcək
23:15 İlin 8 ayı ərzində MDB-də orta inflyasiya 17% təşkil edib
22:52 Yəməndə terrorçu qrup ifşa edilib
22:25 Bakıda intihar hadisəsi baş verib
22:04 Seçiciıərin 98,9 faizi şəxsiyyət vəsiqələri ilə təmin olunub
21:47 Macarıstanda qatar qəzası baş verib
21:12 Gözdən əlillərin prezident seçkilərində iştirak etməsi üçün bülletenlər hazırdır
20:28 İSESKO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu münaqişənin tezliklə sülh yolu ilə həllini gözləyir
20:00 Kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib
19:42 İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib
19:33 Mərkəzi Univermağın dələduzluqda təqsirləndirilən satıcısı azadlığa buraxılıb
18:58 «Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir»
18:37 Əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı bəyanat yayıb
18:03 Seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Sabirabad sakini məhkəmə zalında həbs olunub
18:02 Kişilərdə Rafael Nadal, qadınlarda Yelena Yankoviç 1 nömrədi
17:28 Xəzər dənizinin Azərbaycan sektorunda sahil zolağında 1027 monitorinq keçirib
17:27 Azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi keçirilib
17:27 İlham Əliyev Qırğızıstan prezidentinə başsağlığı verib
17:12 Qızlardan ibarət Azərbaycan U-17 milli komandası sabah İtaliya yığması ilə qarşılaşacaq
17:10 Rəşad Haşımov patriotik mahnıya klip çəkdirib
17:06 Cəlilabada həşərat yağışı düşüb
17:05 Pulların həyatı
17:03 Nizami rayonunda məktəb soyulub
16:45 Sabah UEFA kuboku qrup mərhələsinin püşkü atılacaq
16:42 Dollar bahalaşıb
16:26 Ukraynanın səfiri Məzahir Pənahovla görüşüb
16:20 Qərbi Azərbaycan ziyalıları seçkiqabağı təbliğatla bağlı mətbuat konfransı keçiriblər
15:25 Bu gün islam ölkələrinin ali təhsil və elm tədqiqat nazirlərinin IV beynəlxalq konfransı başlayıb
15:21 Rusiya qoşunları Gürcüstan ərazisindəki məntəqələrindən geri çəkilməyə başlayıblar
14:52 Azərbaycan A milli futbol komandasının heyəti açıqlanıb
14:46 Manana Sevda Ələkbərzadə ilə duet oxuyacaq
14:27 Prezident İlham Əliyev Peter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:01 Azərbaycan U-19 milli komandası gürcü həmyaşıdları ilə qarşılaşacaq
13:32 Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsahibədə iştirak etmək üçün sənəd qəbulu başa çatıb
13:24 "ANS TV yeganə kanaldır ki, seçki ilə bağlı balansı qorumağı bacarır"
12:49 Azərbaycan millsinin 2 futbolçusu "Real Madrid"də oynayacaq
12:28 Azərbaycan Dövlət Opera və Balet Teatrının afişası
12:28 «Avropa Birliyi Azərbaycana böyük önəm verir»
12:25 Mustafa Yılmaz da Azərbaycan futbolçuları ilə bacarmadı...
12:24 Azərbaycan premyer liqası əvəzedici komandalarının çempionatı VII tur (CƏDVƏL)
12:19 Çinin şimal-qərbində zəlzələ baş verib
12:18 İraqın şimalında PKK-ya qarşı hava əməliyyatı keçirilib
12:07 «Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan prinsipial məsələləri razılaşdırmaq hələ də mümkün olmayıb»
11:48 Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın olub
11:28 Qubada "Niva" markalı maşın dərəyə aşıb
11:22 Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb
11:08 Azərbaycan premyer-liqasında VII tur matçlarına yekun vuruldu (CƏDVƏL)
10:40 Yasamal rayonunda naməlum kişi meyiti tapılıb
10:34 Piter Semnebi Bakıda səfərdədir
10:26 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:21 Qırğızıstanda güclü zəlzələ qeydə alınıb
05.10.2008
18:03 203 saylı marşrutun sürücüsü sükan arxasında dünyasını dəyişib
17:14 ABŞ-ın dövlət katibi Qazaxıstandadır
16:40 Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilər Aralıq dənizindədir
15:54 Ankara rəsmi Bağdada xəbərdarlıq edib
15:06 ABŞ prezidenti Corc Buş 700 milyardlıq xilas paketinin təsdiqindən sonra radio ilə xalqa müraciət edib
14:42 “Korrupsiyanın vəziyyəti ilə bağlı reytinqlər seçki öncəsi Qərb ölkələrinin siyasi maraqlarını həyata keçirmək üçün təzyiq vasitəsidir”
13:34 Bakının Yasamal rayonundakı çoxmərtəbəli binalardan birində yanğın baş verib
13:20 Rusiya banklarında əmanət saxlayan soydaşlarımız ehtiyatlı və narahat olmalıdır!
12:34 Həştərxanda Xəzəryanı ölkələrin Birinci Hökumətlərarası İqtisadi Konfransı başa çatıb
12:27 Finlandiya-Azərbaycan matçı: proqnozlar, fikirlər, ümidlər...
11:48 2008-ci ildə Rusiyada milli zəmində öldürülənlərin əksəriyyəti azərbaycanlılardır
11:32 Bu gün Beynəlxalq Müəllimlər Günüdür
10:57 Azərbaycanda Tatarıstanın mədəniyyət günləri keçirilir
01:16 Keçmiş kürəkəni Nursultan Nazarbayevi ittiham edib
00:18 Dörd Avropa ölkəsi banklara yardım göstərmək barədə qərar qəbul edib
04.10.2008
23:52 ATƏT Türkiyədəki PKK terrorunu pisləyib
23:05 Misirdə müsəlmanlar və kopt xristianları arasında dava düşüb
22:20 Mühacirlər Romada aksiya keçirib
20:59 Fransa, İtaliya, Almaniya və Böyük Britaniya dövlət başçıları Parisdə toplaşıb
20:48 Rəsmi Ankara İraq hakimiyyətinə xəbərdarlıq edib
20:04 Misir Mərdanov: "Son 5 ildə şagirdlərin sayı 219 min nəfər azalıb, müəllimlərin isə sayı 11 min nəfər artıb"
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^