BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZGecə yarı
00:01
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 17.02.2008 22:36
Sabah sükut, birisi gün isə səs günüdür
Kiminin səsinin əvvəl, kiminin səsinin sonra çıxacağı isə tezliklə bəlli olacaq

İki gündən sonra Ermənistanda prezident seçkiləri keçiriləcək. Prezidentlik postu uğrunda baş nazir Serj Sarkisyan, eks prezident Levon Ter-Petrosyan, parlamentin keçmiş spikeri, Orinats Yerkir partiyasının lideri Artur Baqdasaryan, Daşnaksütün Ermənistan İnqilabi Federasiyasının rəhbəri Vaan Ovanisyan, Milli Birlik Partiyasının lideri Artaşes Geqamyan, Xalq Partiyasının rəhbəri Tiqran Karapetyan, Milli Demokratik İttifaqın sədri Vazgen Manukyan, Milli Barışıq Partiyasının rəhbəri Aram Arutyunyan və nəhayət separatçı Dağlıq Qarbağ rejiminin keçmiş xarici işlər naziri Arman Melikyan mübarizə aparır. Təbliğat kampaniyası dövründə ən kəskin çıxışlar Levon Ter-Petrosyana məxsus olub. Hakimiyyətin korrupsiyaya qurşandığını deyən prezidentliyə namizəd Sarkisyan-Koçaryan cütlüyünü keçmiş baş nazir və spikeri aradan götürməkdə ittiham edib.
Serj Sarkisyan isə diplomatik görüntü yaratmaqla necə deyərlər həccə gedir: "Bu siyasət iqtisadi inkişafın davamından, Avropa ailəsinin üzvü olmaqdan, qonşularla münasibətləri normallaşdırmaqdan və Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmaqdan ibarətdir"

Namizədlər Qarabağ kartından bu dəfə də geninə-boluna istifadə ediblər. Hətta reklam çarxlarında da Dağlıq Qarbağın işğalında iştirak etmələrini fəxrlə nümayiş etdirərək bununla əlavə xal qazanmağa çalışıblar. Bu taktikadan ən çox istifadə edən isə millətçi Daşnaksütyun partiyasının lideri, prezidentliyə namizəd Vaan Ovanisyan olub.

Digər namizəd Orinats Yerikirin lideri Artur Baqldasaryanın əsas tənqid hədəfi hakimiyyət olub. Yerdə qalan rəqiblər isə çıxışlarını daha çox Levon Ter-Petrosyanı tənqid üzərində qurublar. İddiaçılar arasında Sarkiyan, Ter-Petrosyan və Baqdasaryan daha şanslı hesab olunarlar. Həm Levon Ter-Petrosyan, həm də Serj Sarkisyan və onların tərəfdarları öz namizədlərinin elə birinci turda qələbə qazanacağı düşünürlər. Son rəy sorğularına görə Erəmnistan əhalisinin 75 faizi Levon Ter-Petrosyana səs verməyə hazırdır. Eks prezidentin ötən gün paytaxtda 230 min tərəfdarını iştirakı ilə keçirdiyi seçki kampaniyasının ən izdihamlı mitinqi də bu statistikanın ağlabatan olduğunu deməyə əsas verir. Etiraz aksiyasında Artur Baqdasaryanın rəhbərlik etdiyi Orinats Yerkir Partiyasının minlərlə üzvü Levon Ter-Petrosyanın rəhbərlik etdiyi hərəkata qoşulub. Amma Artur Baqdasaryanın düşərgəsində düşünürlər ki, birinci turda prezidentin kimliyi müəyyənləşməyəcək. İkinci tura isə Serj Sarkisyanla Artur Baqdasaryan keçəcək. Bəzi analitiklərə görə, hakimiyyət də seçkinin azad və demokratik keçirilməsi ilə bağlı görüntü yaratmaq məqsədilə ikinci tura eks spiker Artur Baqdasaryanın keçməsinə şərait yaratmaq niyyətindədir. İkinci turda isə Serj Sarkisyan 'ədalətli qələbə' qazanacaq.

Elə hakimyyət meylli sorğular da artıq bu ssenarinin kifayət qədər ağlabatan olduğunu deməyə əsas verir. Məsələn, Sosio Ermənistan sorğu xidmətinin apardığı sorğunun nəticələrinə görə, respondentlrin 53.1 faizi Serj Sarkisyana səs vermək niyyətlərini açıqlayıblar. Sonrakı yerləri isə 12.6 və 11.3 faiz səslə Orinas Yerkir partiasının lideri, eks-spiker Artur Baqdasaryan və Ermənistanın birinci prezidenti Levon Ter- Petrosyan tutur.

Moskvanın da bu seçkilərdə kimə dəstək verəcəyi də, erməni ictimaiyyətini az düşündürmür. Seçki kampaniyasının ilk vaxtlarından Rusiyanın yüksək rütbəli dövlət rəsmilərinin bir -birinin ardınca Ermənistana səfər etmələri yalnız bu ölkədə yox, Ermənistanın hüdularından kənarda da rəsmi Moskvanın hakimiyyətin namizədini dəstəklədiyi haqda fikir formalaşdırıb.
Rusiyanın kütləvi informasiya vasitələri də xüsusilə baş nazir Viktor Zubkovun seçki kampaniyasının qızğın vaxtı İrəvana səfərini Moskvanın Serj Sarkisyana çıddi dəstəyinin nümayişi kimi qiymətləndirdilər. Eks-prezident Levon Ter-Petrosyan Rusiya amilini nəzərə alıb. Moskva təfərrüatları o qədər də açıqlanmayan səfər, kremlin gələcək sahibi Medvedyevlə görüşdən sonra Ter-Petrosyan belə görünür: "Rusiya Ermənistanı özünün mühüm tərəfdaşı kimi görür. Amma bu tərəfdaşın kimliyi heç də Moskva üçün az əhəmiyyət daşımır. Rusiyada Ermənistan dövləti ilə Ermənistan administrasiyasını yaxşı ayırd edirlər. Moskvaya öz xalqının etimadını qazanan namizəd lazımdır. Rusiya hazırkı administrasiyanın belə olmadığını düşünür. Amma fevralın 19 -da ümumxalq səsverməsi nəticəsində seçilmiş namizəd məhz bu cür olacaq. Həmin namizəd sizin sadiq bəndənizdir".

Sabah sükut, birisi gün isə səs günüdür. Kiminin səsinin əvvəl, kiminin səsinin sonra çıxacağı isə tezliklə bəlli olacaq. /ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
22:31 Qazaxıstan xüsusi xidmət orqanları baş redaktoru həbs edib
22:05 Rusiyanın Qərb xəttindən Türkiyəyə verilən təbii qaz kəsilib
21:24 Avropanın ən zəngin iş adamlarından biri özünü öldürüb
20:57 Naxçıvanda son bir neçə gündə 40 santmetrədək qar düşüb
19:44 Ukraynada ehtiyat yanacaq kimi mazutdan istifadə olunacaq
19:20 Cənubi Qafqazı Rusiya ilə birləşdirən magistral bağlanıb
17:34 Dövlət Yol Polisinin sabiq əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən “vəkil”in məhkəmə baxışı başlayıb
16:57 «20 yanvar» faciəsinin 19-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
16:54 Çində bir qadın quş qripindən ölüb
15:55 Ərdoğan: "Gürcüstan üçün verilən reaksiya Qəzzaya qarşı nə üçün göstərilmir?"
15:47 Aşura günü Bakının bir neçə məscidində qanvermə aksiyası keçiriləcək
15:37 “İbrus" teatrında “İvan Buninin axırıncı döyüşü” tamaşası nümayiş etdiriləcək
15:09 Mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub
15:05 İsraildə 70 min iranlı tələbə kamikadze olmaq istəyir
14:58 Azərbaycanda məskunlaşan 70 min Axıska türkünün 40 mini geri dönmək üçün müraciət edib
14:56 Filippində bir qrup aksiya iştirakçısı Qəzzada törədilən qırğınlara öz etirazlarını bildiriblər
14:52 Avropa komissarı Qəzzadakı humanitar vəziyyətin faciəvi olduğunu bildirib
13:45 Qvatemalada 34 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsi baş verib
13:30 “Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək”
13:19 Neft dünya birjalarında 48 dollara satılıb
13:16 Türkiyə hökuməti şair Nazim Hikmətin vətəndaşlıq hüququnu bərpa etdi
12:49 Fransa hərbi-dəniz donanmasının Ədən körfəzində keçirdiyi əməliyyat nəticəsində 19 dəniz qulduru tutulub
12:40 Bu gün BMT Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar iki günlük müzakirələrə başlayacaq
12:25 Türkmənistan-Çin yeni magistral qaz kəmərinin tikintisi ilə bağlı işlər sürətlənib
12:23 Rusiya Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya qaz nəqlini dayandırdı
12:12 Aşura mərasimi ilə əlaqədar olaraq Lənkəranda qanvermə aksiyası keçirilib
11:58 Bu ildən magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək
11:51 Dakar Rallisinin növbəti yarış günü pilotlar 695 km-lik məsafədə yarışıblar
11:32 10 gün sonra internet xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş rəqəmsal kanallardan istifadə tarifləri aşağı salınacaq
11:28 Bu il Azərbaycanda inflyasiya 15-17 faiz təşkil edəcək
11:24 İsrailin Qəzzada apardığı quru əməliyyatında 26-sı uşaq olmaqla 100 nəfər ölüb (Fotoreportaj)
11:16 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:53 Bu gün Türkiyə Böyük Millət Məclisində Qəzzadakı vəziyyət müzakirə ediləcək
10:28 İsrail tankları Xan Yunis şəhərinə giriblər
10:24 Azərbaycan filmləri Almaniyada nümayiş etdiriləcək
10:20 Bu gecə Nəsimi rayon ərazisində ana və azyaşlı qızı bıçaqlanıb (Yenilənib)
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^