BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZGünəş
08:03
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Redaktordan / 14.02.2008 01:34
Milli Məclisdə DƏM QAZI
Bu STANDARTSIZ ƏZRAİLLƏRİ ölkəmizə KİM gətirir?

    Mənə elə gəlir ki, acın toxdan xəbəri olmadığı kimi, millət vəkillərimizin də onlara etimad götərib seçən xalqın çəkdiklərindən xəbərləri yoxdur. Hörmətli millət vəkillərimiz, söhbət xalqın çəkdiyi siqaretin markasından getmir a, onları həyatdan bezdirən problemlərdən gedir. O problemlərdən birini siz parlamentin ötən iclasında qaldırdınız.

QAZ PROBLEMİ

    Amma nədənsə, QAZı buraxıb onun dəmindən danışdınız. Nədəni hamıya, həmçinin seçicilərinizə də məlumdur. Hörmətli millət vəkillərimizdən Fazil Qəzənfəroğlunun oğlu və qaynı dəm qazından zəhərlənərək vəfat etdi. Bu hadisəyə Fazil Qəzənfəroğlunu yaxından tanıyan bir şəxs kimi, mən də çox üzüldüm. Səmimi deyirəm, atamın timsalında övlad itkisinin nə demək olduğunu başa düşdüyüm üçün Fazil Qəzənfəroğlunun halına çox yandım.

    Amma məni düşünüdürən odur ki, niyə millət vəkillərimiz 149 nəfər dəm qazından boğulub öləndə, 200-dən çox şəxs zəhərlənib xəstəxanya düşəndə bu barədə danışmadılar? Gözləyirdilər ki, İran sobasının dəmi onlara da toxunsun, dəm qazından ölənlərin sayı 151 olsun? Heç kəs inciməsin məndən, amma belə çıxır. Belə olmasaydı 149 nəfər dəm qazından boğulub öləndə məsələ qaldırardılar ki, İrandan gətirilən istilik sobaları standartlara cavab vermir, gəlin araşdıraq görək, bu STANDARTSIZ ƏZRAİLLƏRİ ölkəmizə KİM gətirir. Yoxsa sizə məlum deyil, o sobaları gətirən iş adamlarının kimliyi?! Bilmirsiz ki, bu məmləkətdə hər yerindən duran gedib İrandan və ya başqa bir ölkədən bu cür standartsız şeyləri gətirə bilməz?!

    Kiminsə düşdüyü fəlakətdən öz mənafeləri üçün istifadə edən "biznesmen" millət vəkillərimizin bu məsələnin arxasında duran maraqlarından bəhs edib qaysaqlamamış yaranı qanatmaq fikrində deyiləm. Amma bəlkə bu problemi vaxtında qaldırsaydınız, inanın ki, İran sobası da sizi bu qədər yandırmazdı.

    Hələ mən demirəm ki, niyə dövlət məmurlarımızdan birinin bu barədə tənqidi bəyanatlarından sonra parlamentdə İran sobalarının standartsızlığından dınışırsınız? Mən sizi nə o məmurla ortaq maraqlarınızın olduğunda ittiham etmək fikrindəyəm, nə də onun sifarişi ilə Milli Məclisi dəm qazı ilə doldurduğunuzu iddia etmək. Amma başa düşə bilmirəm ki, prolemin kökünü qoyub quyruğundan niyə yapışırsınız?! Yoxsa, bilmirsiniz ki, problem İran sobalarında yox, əhaliyə sırınan qazdadır?!

    Üzr istəyirəm, Siz bilməyə bilərsiniz. Axı, Sizin mənzillərinizdə nə istilik problemi var, nə qaz, nə işıq, nə də su. Biz qara camaatıq bu problemlərin əziyyətini çəkən, Siz yox.

    Hörəmtli deputatlarımız, bəndəniz sizin bu SOS siqnalından sonra, problemin kökündə nəyin durduğunu bilə-bilə bir neçə QAZ mütəxəssisi ilə danışdım. Onlar problemi sobada yox, əhaliyə verilən qazın təzyiqində və stabil olmamsında görürlər. Yəni əslində sizin dediyiniz o sobalar standartlara cavab verir. Amma bizim əhaliyə, "Azəriqaz"ın dili ilə desək, obonentlərə verilən qazın standartlarına, yəni təzyiqinə uyğun gəlmir. O sobaların normal işləməsi üçün ən azından əhaliyə verilən qazın normal təzyiqi olmalıdır. Bu olmadığına görə, camaat İran sobalarını bizim standartlara uyğunlaşdırmaq məcburiyyətində qalır. Nəticədə Sizi də yandırır, bizi də.

    Və yaxud da gecəyarısı qaz kəsilir və səhərə yaxın yenidən verilir.... Az olub belə faktlardan əziyyət çəkənlər, həyatını itirənlər?!

Niyə bundan danışrımısınız?!

    Heç olmazsa 5 illik fəaliyyətinizdə bircə dəfə də olsun özünüzün yanmamağınız üçün xalqı yandıran problemlərdən danışın. Cavabdeh şəxslərin yaxasından tutub silkələyin ki, bu millətə niyə qaz verilmir, niyə havalar bir az soyuyan kimi gün ərzində şəhərin göbəyində 7-8 saat işıq olmur? Ölkənin qışa hazır olması ilə bağlı bizi də, prezidenti də aldatdığınız yetər! Bircə dəfə də olsa, yumruğunuzu masaya çırpıb deyin ki, bəsdi "Azəriqaz", camaatı qazladın! Bəsdi camaatın kürəyinə samovar bağlayıb nahaqdan cərimələdin! Niyə bu barədə danışmırsınız?! Ona görə ki, sizin belə bir probleminiz yoxdur?!

Axı niyə danışasınız?

    Məgər «Azəriqaz»ın hansısa nümayəndəsi hər gün qapınızı döyüb deyir ki, Sizin mənzilinizdə samovar olub, biz gəlməmişdən qabaq götürmüsüz, filan qədər borcunuz var, ödəyin qaz verək. Gözləyirsiniz ki, bu hadisə Sizin də başınıza gəlsin, ondan sonra səsinizi çıxarasınız?!

    Ehtiyatlı olun, «Azəriqaz»ın samovarı kürəyinizi yandırmasın...

Zülfüqar Xeyirxəbər

P.S. Yazı hazırlanan ərəfədə bölgə müxbirimiz xəbər verdi ki, Astarada bir ailənin üç üzvü dəm qazından boğulub. Hörmətli millət vəkillərmiz, siyahını artırın: İndi dəm qazından ölənlərin sayı 151 deyil, 154 nəfərdi. Demə o bədbəxtlərdə İran sobasından istifadə edirmiş. Allah hamınıza rəhmət eləsin!

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
11:50 Əfqanıstan və Pakistanda zəlzələ olub
11:37 Səməd Vurğun adına Rus Dram Teatrında yanvar ayında nümayiş etdiriləcək tamaşalar
11:34 Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi buzda sürüşərək dünyasını dəyişib
11:31 Azərbaycan millisinin iki futbolçusu Almaniyaya gedir
11:23 "Azərreyl" Lüksemburq millisini məğlub edib
11:11 İsrailin hərbi əməliyyatları nəticəsində 500-dən çox fələstinli həlak olub (Fotoreportaj)
11:06 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:40 Azərbaycan millisi bu gün Belarusla qarşılaşacaq
10:16 Paytaxtda quldurluq edən iki qardaş tutulub
10:03 Binə qəsəbəsində avtomobil iki nəfəri vurub
04.01.2009
18:25 Hadisə, “Fənərbaxça”nın ispan futbolçusu Daniel Qüiza ilə mesajlaşdığı barədə şayiələrə aydınlıq gətirib
17:37 David Vilya: "“Valensiya”da qalacam!"
17:01 Aşağı və yuxarı ətrafların travması diaqnozu ilə xəstəxanalara 36 paytaxt sakini müraciət edib
16:50 “Azərreyl” Avstriya millisini məğlub edib
16:35 BMT İsrailin Qəzzada həyata kecirdiyi əməliyyatlarla bağlı bəyanat qəbul edə bilmədi
16:23 Vayn Bridge “Çelsi”ni “Mançestr Siti”yə dəyişdi
16:09 Yardımlı rayonunda məscid yanıb
15:58 Dakar Rallisinin ilk mərhələsi başa çatıb
15:43 Avropa Birliyi alternativ marşrutları müzakirə edəcək
15:26 Separatcılar rəsmi Tiflisin nəzarəti altında olan rayonun polis postlarına atəş açıblar
15:07 Bu gün axşam hava yağmursuz keçəcək
14:47 İsrail ordusu havadan və dənizdən Qəzzanı bombalamaqda davam edir
14:29 Bağdadda imamların dəfn olunduğu mavzoleyin qarşısında terror aktı törədilib
14:25 Qırğızıstanın cənubunda yeraltı təkanlar qeydə alınıb
13:58 MOİK "Qalatasaray"ın futbolçusunu almaq istəyir
13:40 Taliban silahlıları əsir götürdükləri «Əl-Cəzirə» telekanalının müxbirini azad ediblər.
13:25 Ağcabədi rayonunun beş kəndi yeni ildə içməli su ilə təmin olunub
13:11 "Barselona" açılış matçında qələbə qazandı
12:54 Kosovada etnik alban və serblər arasında iğtişaşlar davam edir
12:35 Joze Maurinyo: "Zədədən sonra o daha hamının tanıdığı Oven deyil"
12:15 İndoneziyanın şimal sahillərində 7,6 bal gücündə zəlzələ baş verib
11:42 Murray Nadalı məğlub etdi və çempion oldu
11:00 İraqın baş naziri Nuri Əl-Maliki İranda səfərdədir
10:44 İsrailin Qəzza sektorunu bombalamasına qarşı dünya ölkələrində etiraz aksiyaları davam edir
10:33 İsrail hərbiçiləri Qəzza zolağında yerüstü əməliyyata başlayıblar
10:22 Türkiyənin baş naziri Səudiyyə Ərəbistanına səfər edib
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^