BU GÜN07.10.2008
HAVA
BAZAR
NAMAZGecə yarı
00:07
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Xüsusi Reportaj / 10.02.2008 22:03
Şah matəmi, mat bayramı
İranda İslam İnqilabının qələbə çalmasının 29-cu ili tamam olur

Sabah İranda İslam İnqilabının qələbə çalmasının 29-cu ili tamam olur. Maraqladır: adətən bu inqilabın bayram edildiyi gün iranlılar bir-birinə həm mübarəkbadlıq verir, həm də başsağlığı, təsəlli. Bayram qələbə çalmış inqilaba, təsəlli isə o günlər İranın verdiyi qurbanların ruhuna düşür. Bu günü iranlılar müqəddəs Aşura təziyəsi ilə müqayisə edirlər. Şəhadət və hüzn günü kimi. İran dünya xəritəsində getdikcə azalan ideoloji dövlətlərdəndir. Çin, Kuba, Şimali Koreya, bir az Rusiya və daha bir-iki başqa dövlət. İran inqilabının baş verdiyi ərəfəyə qayıdaq. Onda görərik ki, bu gün onun ətrafında dolaşan problemlərin demək olar ki hamısının təməli həmin dövrdə qoyulub. Tehran politolqoları Məhəmməd Rza Pəhləvinin idarəçilik üsulunu şərh edərkən onun hərbi diktaturaya üstünlük verdiyini iddia edir və bildirirlər ki, şah bütün qubernator və səfirləri özünün etibar etdiyi generallar arasından təyin edirdi. Həmin vaxtda İran demək olar ki, feodal qaydaları ilə idarə olunurdu. Bütün bu problemləri aradan qaldırmağa hazırlaşan şah İranın inkişaf planını hazırladığını və ölkədə inqilab etməyə hazırlaşdığını elan edir. Ağ inqilab vasitəsilə o ölkəyə Amerika və ABŞ kapitalını cəlb etmək məqsədilə yeni sənaye kompleksləri salmağı planlaşdırır. Həmçinin feodal sistemini dağıtmaqla torpaq islahatı aparır. ilk vaxtlarda bütün sahələrdə əldə olunan irəliləyişlər diqqət çəkir. Ölkə inkişaf edir, yeni zavodlar açılır, yollar salınır, məktəb və səhiyyə kompleksləri yaradılır. Həmin vaxt İran böyük neft gəlirləri ilə də öyünürdü. Amma, buna baxmayaraq ölkədə aparılan islahatlar xarici kapital hesabına həyata keçirilirdi. Şah bu məqsədlə təkcə Amerikadan 10 milyard dollar kredit alır. İran politoloqları İranın bu inkişafını əslində oğurluq sayırlar. Onların fikrincə, bütün islahatlar paytaxt Tehranda aparıldığından kəndlər dağılırdı. Onlar bütün istehsalat və sənaye sahələrinin Amerika və İngiltərənin əlində cəmləşdyindən inkişafın bu yolunu dövlət müstəqilliyi üçün sərfəsiz, hətta təhlükəli sayırdılar. Eləcə də ölkədə qurulan sənaye komleksinin bütün avadanlıqlarının Avropadan gətirilməsi təqdir olunmur. Çünki bu tendensiya yerli elmin və texnikanın inkişafına əngəl yaradırdı-deyirlər. Bu prosesləri ölkədəki siyasi gərginlik müşayiət edirdi. İranda yaranmaqda olan sosial-siyasi böhran şahın bütün səylərinə baxmayaraq, daha da genişlənir və artıq 70-cı illərin sonlarında özünün son həddinə çatır. Getdikcə daha çox bəlli olurdu kı, yuxarıdan edilən 'Ağ inqilab' və ya şahın İranı dövlətin iştirakı ilə Avropa kapitalizmi yoluna gətirmək və ölkənın sürətli inkişafına nail olmaq kursundan narazı qüvvələrin sayı artır, bir tərəfdə xalqın narazı olduğu şah var, o heç də hər zaman konstitusiya normaları ilə hesablaşmır, hüquq və azadlıqları istədiyi kimi məhdudlaşdırır, o biri tərəfdə isə şahın səhvlərindən bacarıqla istifadə edib ölkədə olduqca güclü bir qüvvəyə çevrilmiş ruhanilər dəstəsi var və bu qüvvəni hüquqları pozulmuş çox böyük narazılar kütləsı dəstəkləyir. Hətta İran ziyalılarının ən savadlı dairələri və onların ardınca gedən tələbə -gənclərin böyük hıissəsi də ölkədə islam qayda-qanunları və ənənələrinin saxlanılması tərəfdarı kimi çıxış edir. Və nəhayət 1978-ci ilin sentyabrında İranda ilk kütləvi aksiyalar başlayır. İndi artıq "Qara cümə" adlandırılan gündə isə İran qoşunları etirazkarlara qarşı silah işlədir. Nəticədə minlərlə adam həlak olur. Narazıların lideri, mühacirətdə olan İmam Xomeynin ölkəyə dönüşü Pəhləvi rejiminin çökməsini sürətləndirir. Və nəhayət 1979-cu il fevralın 11-də inqilab nəticəsində Məhəmməd Rza Pəhləvi devrilir və ailəsi ilə birlikdə ölkədən qaçır. Ayəttula Xomneyinin başçılığı ilə müvəqqəti yaradılan inqilabi hökümət həmin ilin dekabrında keçirdiyi referendumla İran İslam Respublikasının əsasını qoyur. Amerika və İngiltərə kimi ölkələrin əli İran neftindən üzülür. Və elə bu vaxtdan etibarən İran iqtisadi embarqolar və digər təzyiq metodları ilə üz-üzə qalır. SSRİ və Birləşmiş Ştatların dolayısı ilə iştirakı ilə başlanan İraq-İran müharibəsi yeni rejim üçün ilk ciddi sınaq olur. "Üç günə Tehranı tutacağam" bəyanatı verən Səddam Hüseyn nəinki dediyini edə bilir, hətta özü çətin vəziyyətə düşür. Bir milyona yaxın şəhid verən İran öz torpaqlarını qoruya bilir. Müharibənin vurduğu ziyanı aradan qaldırmaq, dövləti ayaqda saxlamaq və ölkədə mütəxəssis çatışmazlığı fonunda iri sənaye komplekslərinin süqutuna imkan verməmək məqsədilə Xomneyi rejimi bütün imkanlarından istifadə edir. İndi İran bölgənin iri dövlətlərindən biridir. Özünün peykini orbitə buraxıb. Birləşmiş Ştatlar başda olmaqla bütün aparıcı dövlətlərin etirazına baxmayaraq, öz nüvə proqramını inkişaf etdirir. Tehran nüvə sahəsinin inkişafına bu ilki büdcəsindən 135 milyon dollar ayırıb. Doğrudur, ötən ilin sonunda Birləşmiş Ştatların kəşfiyyatı İranın nüvə silahı əldə etmək istiqamətində apardığı işləri hələ 2003-cü ildə dayandırdığını bəyan edəndən sonra gərginliyin səngidiyi görünür. Amma bu yalnız görünür. Çünki ABŞ  İranla köhnə haqq-hesabını da unutmur. Müqavimət vəziyyəti alan İran isə nəinki nüvə sahəsini inkişaf etdirir, öz maraqları uğrunda hətta İraqda, Fələstində, Livanda belə mübarizə aparır. İran İslam Respublikası qapalı ölkədir. Bütün əks-arqumentlərə baxmayaraq, burada hakimiyyətin iradəsindən kənar mətbuat yoxdur. İnsan haqlarının pozulduğu barədə ardıcıl məlumatlar daxil olur. Ölkə müxalifətinin böyük bir hissəsi İrandan kənarda fəaliyyət göstərir. Amma Tehran bütün bunları özünün eksklüziv mürəkkəb geosiyasi vəziyyəti ilə izah edir. Başlıcası İranda müstəqilliyi qoruyub saxlamaqdır deyə. Doğrusunu isə allah bilir./ANS TV/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
07.10.2008
21:11 İlham Əliyev Vladimir Putinə zəng vurub
20:50 ABŞ hərbi təyyarəsi İranın hava sərhəddini pozub
20:23 Bakıda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin təməli qoyulub
19:51 "Ermənilər hazırda müharibəni təbii sərvətlərə ziyan vurmaqla aparır"
19:22 «Qalatasaray», «Benfika» və «Herta» komandaları ilə səfərdə qarşılaşacaq
19:05 "Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Avropaya inteqrasiya xəttidir"
18:36 ANS PRESS forumunun qonağı "Neftçi" komandasının baş məşqçisi Hans Yürgen Gededir
18:25 Prokurorun Bakı Şəhər İcra Hakimiyyətinin sabiq hüquq məsləhətçisi barəsində kassasiya protesti təmin edilməyib
17:39 "Real Madrid"in heyətində məşq keçəcək 4 azərbaycanlı futbolçu məlum oldu
17:38 Hyustonda 18-ci Beynəlxalq Türk Festivalı keçirilib
17:35 Türkiyə İraqın şimalında “bufer zonası” yarada bilər
17:21 19 il əvvəl törətdiyi cinayətə görə təqsirləndirilən Ağcabədi rayon sakininin məhkəməsi başlayıb
17:08 Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti İstanbulun Bələdiyyə başçısı olacaq
16:47 "Bankların kreditləri dayandırması sahibkarlara güzəştli kreditlərin verilməsinə təsir etməyib"
16:24 “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi Tallində fəxri fərmanla təltif edilib
16:01 Kiyevdə Avropa Şurası ölkələrinin gəclər nazirlərinin konfransı keçiriləcək
15:56 UEFA kuboku qrup mərhələsinin püşkü atıldı (CƏDVƏL)
15:40 "Əgər stadionlara azarkeş gəlməsə, Azərbaycana lap Ronaldonu da gətirsəniz, çempionatın səviyyəsi qalxmayacaq”
15:34 Mingəçevir Şəhər Elektrik Şəbəkəsinin əməkdaşlarına hökm oxunub
15:31 «Dünya Bankının Azərbaycanda apardığı tədqiqatların nəticəsinə görə, mülkiyyətin qeydiyyatı sahəsində Azərbaycan 54 pillə irəliləyib»
15:21 İlham Əliyev Biləsuvar rayonuna səfər edib
15:20 Bakıda müsəlman dövlətlərində təhsilin səviyyəsi müzakirə olunub
14:54 Pan Gi Mun Gürcüstana dair yeni hesabat təqdim edib
14:49 Prezident seçkisində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatdırılıb
14:37 “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov azadlığa buraxılıb
14:18 Daniel Quiza: "Luis Araqones Fənərbaxçadan göndərilsə bu mənim üçün fəlakət olar"
14:07 Həmyerlisini qətlə yetirən Göyçay sakininə 11 il iş istənilib
13:47 “Kiçik sahibkarlığın inkişafı yolları” mövzusunda konfrans keçirilib
13:00 İranda qadınlar üçün xüsusi avtomobil hazırlanır
12:38 PKK əleyhinə əməliyyatda 23 terrorçu öldürülüb
12:15 Premyer-Liqa klublarının 17 yaş komandaları arasında keçiriləcək turnir start götürür
12:03 «Dövlət və din» ictimai fikir toplusunun yeni sayı çapdan çıxıb
12:01 Bakıda sahibkarlığın inkişaf yolları mövzusunda konfrans keçirilir
11:42 Oktyabrın 8-də qoşunların təmas xəttində monitorinq keçiriləcək
11:41 Ze Roberto "Bavariya"dan gedir
11:27 "Korrupsiya və inhisarçılıqla mübarizənin yenilənməsi kiçik və orta biznesin inkişafına böyük xidmət göstərir".
11:13 Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
10:52 Bakıda gecə klubunda işləyən barmen, xadimə tərəfindən bıçaqlanıb
10:50 «Qafqazdakı vəziyyətdə İrəvan öz zəifliyini və həssaslığını başa düşür, buna görə də Qarabağ probleminin tezliklə həllini istəyir».
10:48 “Azərbaycan doğma diyar” devizi altında II Respublika Azsaylı Xalqların İncəsənəti festivalı keçiriləcək
10:38 Azərbaycanla Moldovanın Dövlət Sosial Müdafiə Fondları arasında saziş imzalanıb
10:30 Bu gündən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yeni sərnişin aviareysləri həyata keçiriləcək
10:29 Qırğızıstanda zəlzələdən ölənlərin xatirəsinə matəm elan olunub
10:19 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub
01:25 Misir prezidenti müxalifətçi jurnalisti əfv edib
00:26 Beynəlxalq Memarlar günü Bakıda ilk dəfə qeyd edilib
06.10.2008
23:59 Zaur Tağızadə əməliyyat olunub
23:20 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işləri ilə bağlı qaydaları sərtləşdirəcək
23:15 İlin 8 ayı ərzində MDB-də orta inflyasiya 17% təşkil edib
22:52 Yəməndə terrorçu qrup ifşa edilib
22:25 Bakıda intihar hadisəsi baş verib
22:04 Seçiciıərin 98,9 faizi şəxsiyyət vəsiqələri ilə təmin olunub
21:47 Macarıstanda qatar qəzası baş verib
21:12 Gözdən əlillərin prezident seçkilərində iştirak etməsi üçün bülletenlər hazırdır
20:28 İSESKO Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu münaqişənin tezliklə sülh yolu ilə həllini gözləyir
20:00 Kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib
19:42 İran hakimiyyəti Avropa Birliyinə məktub göndərib
19:33 Mərkəzi Univermağın dələduzluqda təqsirləndirilən satıcısı azadlığa buraxılıb
18:58 «Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir»
18:37 Əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı bəyanat yayıb
18:03 Seksual xarakterli hərəkətlərdə təqsirləndirilən Sabirabad sakini məhkəmə zalında həbs olunub
18:02 Kişilərdə Rafael Nadal, qadınlarda Yelena Yankoviç 1 nömrədi
17:28 Xəzər dənizinin Azərbaycan sektorunda sahil zolağında 1027 monitorinq keçirib
17:27 Azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi keçirilib
17:27 İlham Əliyev Qırğızıstan prezidentinə başsağlığı verib
17:12 Qızlardan ibarət Azərbaycan U-17 milli komandası sabah İtaliya yığması ilə qarşılaşacaq
17:10 Rəşad Haşımov patriotik mahnıya klip çəkdirib
17:06 Cəlilabada həşərat yağışı düşüb
17:05 Pulların həyatı
17:03 Nizami rayonunda məktəb soyulub
16:45 Sabah UEFA kuboku qrup mərhələsinin püşkü atılacaq
16:42 Dollar bahalaşıb
16:26 Ukraynanın səfiri Məzahir Pənahovla görüşüb
16:20 Qərbi Azərbaycan ziyalıları seçkiqabağı təbliğatla bağlı mətbuat konfransı keçiriblər
15:25 Bu gün islam ölkələrinin ali təhsil və elm tədqiqat nazirlərinin IV beynəlxalq konfransı başlayıb
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^