|
Açıq poçt / 26.11.2007 15:25 Bu ağır günlərdə xalqın əksəriyyəti üzünü Sizə tutdu
Mənliyini her şeydən uca tutan insanlara eşq olsun!
ANS Şirkətlər Qrupunun kollektivinin bütün işçilərini ürəkdən təbrik edir, Sizə can sağlığı, əzmkarlıq, mubarizlik arzulayıram. 1991-ci ildən bəri xalqla bir yerdə olduğunuza görə Sizə təşəkkür edirəm. Bu ağır günlərdə xalqın əksəriyyəti üzünü Sizə tutdu. Haqqın, ədalətin səsini Sizdən eşitdi. Çoxları uçun ümid və təsəlli oldunuz. Coxlarına əzmkarlığı, mübarizliyi öyrətdiniz. Çoxlarına öz hüquqlarını tanımağı, özünəhörmət, mənliyi uca tutmağı öyrətdiniz. Belə bir əzmkarlıq və mübarizlik yolunun əsası mənim şəxsən tanıdığım Milli Qəhrəmanımız Çingiz Mustafayev tərəfindən qoyuldu. Bu yolu şərəflə davam etdirdiyinizə görə Sizə bir daha uğurlar arzulayıram. Dərindən düşünsək, əksər tamaşaçılar adından deyə bilərəm ki, buna görə çoxları Sizlərə borcludurlar. Mənliyini her şeydən uca tutan insanlara eşq olsun! Vəli Müslümov.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|