BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZGünəş
08:03
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Redaktordan / 02.09.2007 16:11
CİB GİR
CİB GİRmək üçün deyil, pul və yaxud da digər qiymətli və qiymətsiz ŞEYləri qoymaq üçündür

    Klassik türk musiqisinin mahir ifaçısı Əhməd Özhanın ölkəmiz haqqında təəssüratlarını, xüsusilə də hava limanında yüksək qonaqpərvərliklə qarşılandığını oxuyanda, heç xəcalət çəkmədim. Çünki mən bilirdim ki, Əhməd Özhan Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədəmlərini qoyan kimi gömrükçülərimiz onun CİBinə GİRməyiblər.

    Başqalarını deyə bilmərəm, amma bizim gömrükçülərimiz çox gözəl bilirlər ki, CİB GİRmək üçün deyil. Xüsusilə də başqalarının cibi. Məgər bizim gömrükçülərimiz bilmirlər ki, cib PUL və digər qiymətli və qiymətsiz ŞEYləri qoymaq üçündür?!

    Bilmirəm, bəlkə də cibdəkiləri yoxlamaq gömrükçülərin işidir, amma onu bilirəm ki, cibdəkiləri sahibindən bütövlükdə və ya bir qismini almaq gömrükçülərin işi deyil. Xüsusilə də, hansısa ölkədə tanınmış şəxsiyyətlərin cibindəkiləri dədə malı kimi bölüşdürmək ümumiyyətlə olmaz. Bunu bizimkilər, yəni gömrükçülərimiz də çox gözəl bilirlər (Nə badə bunu BÖLÜŞDÜRMƏK kimi başa düşəsiniz. Fikrin müəllifi olaraq buna qətiyyətlə etiraz edirəm).

    Bir də axı onlar (gömrükçülər) çox gözəl bilirlər ki, hamının Vətəni kimi, bizim Vətənimiz də ölkəmizin sərhədlərindən başlayır. Ölkəmizə daxil olan hər bir kəsin Vətənimiz haqqında ilk təəssüratları da məhz sərhdlərimizdən içəri daxil olarkən formalaşır. Və bu təəssüratları formalaşdıran təbii ki, ilk növbədə bizim sərhədçilərimiz və gömrükçülərimizdir. Ona görə də onlar özlərini elə aparırlar ki, bir GƏLən bir də gəlMƏk istəsin. Axı biz çox qonaqpərvər millətik. Ölkəmizə gələn qonaqlara o qədər qayğı göstəririk ki, özü varını-yoxunu, həm də ömürünü bizə bağışlayıb gedir. Və xəcalətindən bir də geri dönmür. Daha onu hərifləmək, ona KƏF gəlmək və ya CİBinə GİRmək nəyə lazım. Ona görə də bizdə turizm inkişaf eləmir. Yoxsa elə bilirsiniz ki, bizdə turizmin inkişaf etməməsi qiymətlərin bahalığı və yaxud da bir əcnəbi görən kimi ona KƏF gəlməyimizlə bağlıdır!? Qətiyyən. Məgər biz elə adamlara bənzəyirik?! Adımın başının üstündə Allah var. Adamın dili ağzında quruyar, barmaqları çürüyər belə şeyləri danışıb yazan yerdə. Və yaxud da adamın dilini kəsib, barmaqlarını qırarlar. Və ondan turistlərimiz və şəhərimizin qonaqları üçün elə şorba hazırlayarlar ki, yeməklə doymaq olmaz. Onda bilərsiniz ki, ucuz nədir, lap elə müftə ətdən də dadlı şorba hazırlamaq olarmış.
    Nə isə, deyəsən çox uzatdıq... Sizi də intizarda qoymayıb keçək əsas mətləbə. Klassik türk musiqisinin mahir ifaçısı, məhşur türk aktyoru və müğənnisi Əhməd Özhan Bakıya gələndə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onun və ətrafındakı Türkiyə vətəndaşlarının şəklini çəkiblər. Müqabilində isə hər birindən 10 manat alıblar. Qonaqlarımızın hər biri 5 manat da şəklin çəkilməsini məsləhət görən gömrük işçilərinə veriblər. Açığı azdan-çoxdan bir neçə xarici ölkələrdə olmuşuq. Elə Türkiyənin özündə də. Və bü ölkələrin heç birinin nə aeroportunda, nə də gömrüyndə şəklimizi çəkməyilər. Nə də buna görə, bizdən 10 manat şəkil haqqı, 5 manat da məsləhət haqqı almayıblar. Bizimkitlər niyə belə eləyiblər, başa düşə bilmədim. Bəlkə də, deyirəm, bilmədiymiz yeni bir qaydalar tətbiq olunub!? Yəqin ki, türklər demişkən, bir yanlışlıq olub.

Zülfüqar Xeyirxəbər

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
11:50 Əfqanıstan və Pakistanda zəlzələ olub
11:37 Səməd Vurğun adına Rus Dram Teatrında yanvar ayında nümayiş etdiriləcək tamaşalar
11:34 Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi buzda sürüşərək dünyasını dəyişib
11:31 Azərbaycan millisinin iki futbolçusu Almaniyaya gedir
11:23 "Azərreyl" Lüksemburq millisini məğlub edib
11:11 İsrailin hərbi əməliyyatları nəticəsində 500-dən çox fələstinli həlak olub (Fotoreportaj)
11:06 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:40 Azərbaycan millisi bu gün Belarusla qarşılaşacaq
10:16 Paytaxtda quldurluq edən iki qardaş tutulub
10:03 Binə qəsəbəsində avtomobil iki nəfəri vurub
04.01.2009
18:25 Hadisə, “Fənərbaxça”nın ispan futbolçusu Daniel Qüiza ilə mesajlaşdığı barədə şayiələrə aydınlıq gətirib
17:37 David Vilya: "“Valensiya”da qalacam!"
17:01 Aşağı və yuxarı ətrafların travması diaqnozu ilə xəstəxanalara 36 paytaxt sakini müraciət edib
16:50 “Azərreyl” Avstriya millisini məğlub edib
16:35 BMT İsrailin Qəzzada həyata kecirdiyi əməliyyatlarla bağlı bəyanat qəbul edə bilmədi
16:23 Vayn Bridge “Çelsi”ni “Mançestr Siti”yə dəyişdi
16:09 Yardımlı rayonunda məscid yanıb
15:58 Dakar Rallisinin ilk mərhələsi başa çatıb
15:43 Avropa Birliyi alternativ marşrutları müzakirə edəcək
15:26 Separatcılar rəsmi Tiflisin nəzarəti altında olan rayonun polis postlarına atəş açıblar
15:07 Bu gün axşam hava yağmursuz keçəcək
14:47 İsrail ordusu havadan və dənizdən Qəzzanı bombalamaqda davam edir
14:29 Bağdadda imamların dəfn olunduğu mavzoleyin qarşısında terror aktı törədilib
14:25 Qırğızıstanın cənubunda yeraltı təkanlar qeydə alınıb
13:58 MOİK "Qalatasaray"ın futbolçusunu almaq istəyir
13:40 Taliban silahlıları əsir götürdükləri «Əl-Cəzirə» telekanalının müxbirini azad ediblər.
13:25 Ağcabədi rayonunun beş kəndi yeni ildə içməli su ilə təmin olunub
13:11 "Barselona" açılış matçında qələbə qazandı
12:54 Kosovada etnik alban və serblər arasında iğtişaşlar davam edir
12:35 Joze Maurinyo: "Zədədən sonra o daha hamının tanıdığı Oven deyil"
12:15 İndoneziyanın şimal sahillərində 7,6 bal gücündə zəlzələ baş verib
11:42 Murray Nadalı məğlub etdi və çempion oldu
11:00 İraqın baş naziri Nuri Əl-Maliki İranda səfərdədir
10:44 İsrailin Qəzza sektorunu bombalamasına qarşı dünya ölkələrində etiraz aksiyaları davam edir
10:33 İsrail hərbiçiləri Qəzza zolağında yerüstü əməliyyata başlayıblar
10:22 Türkiyənin baş naziri Səudiyyə Ərəbistanına səfər edib
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^