|
Mədəniyyət / 31.07.2007 18:17 “Mən səni araram” adlı sənədli-musiqili film ekran üzü görəcək
Filmdə əsasən dahi bəstəkarın uşaqlıq və gənclik illəri, royal arxasında musiqi bəstələməsindən söz açılır
Tanınmış sənətkarlar haqqında 90-dan çox ekran əsəri lentə almış Arif Qazıyev bu dəfə dahi bəstəkar Fikrət Əmirov haqqında sənədli-musiqili filmi ilə Azərbaycan film fonduna daha bir əsər əlavə etdi. “Mən səni araram” adlı filminin rejissoru, dahi bəstəkar Fikrət Əmirovun tarixi kadrları ilə yanaşı, onun haqqında ekranlaşdırılan digər iki filmindən də istifadə edib. Filmdə əsasən dahi bəstəkarın uşaqlıq və gənclik illəri, royal arxasında musiqi bəstələməsindən söz açılır. Gəncə çayının təsviri ilə başlayan kinolentdə bəstərəkarın qızı Sevil xanım, nəvəsi Nəzrin xanım və Fikrət Əmirov mahnıları ilə sənətə gələn xalq artisti İlhamə Quliyevanın söhbətləri də öz əksini tapıb. Filim sentyabrda tamaşaçılara təqdim olunacaq./ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|