BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZGünəş
08:03
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Redaktordan / 22.07.2007 01:06
Kazaçok
Çingiz Rüstəmov

Bir ay öncə olardı, günün isti çağları idi, əməkdaşımız Zülfüqar Xeyirxəbər təsadüfən keçdiyi Yasamal qəbristanlığı zonasından xəbəri xəbər dalınca göndərirdi: «İyirmi dəqiqədir ki, Yasamaldakı xristian qəbristanlığı yanır, xəbər verildiyinə baxmayaraq hələ yanğınsöndürən maşınları gəlməyib, hava çox isti olduğundan quru otlar yanır, camaat alovu söndürə bilmir».

Mənsə həmin dəqiqələrdə, Tet Maşanı - bir il öncə ömrünün 80-ci baharında dünyasını dəyişmiş və elə keçən ilin bu günlərində Yasamaldakı xristian qəbristanlığında dəfn etdiyimiz Mariya İvanovna Turkonu xatırladım: «Görəsən, indi Mətbuat prospektinin ətrafında başlayan alov irəliləyib Tet Maşanın Botanika bağının girişinin səmtində olan məzarını haqlamayacaq ki?»- deyə öz-özümə düşünürdüm. Zülfüqarın bir az sonra gələn ikinici xəbərindən sonra narahatlaığım getdi: «Yanğınsöndürənlər gəldi, alovun qarşısı alındı».

Qəribə insan idi Tet Maşa, Stavropolun Koçubey rayonunda, ukraynalılara məxsus bir qəsəbədə doğulan və qızlıq soyadı Parfenova olan Tet Maşa həyatının çox hissəsini İkinci dünya savaşı illərində gəldiyi Bakıda keçirmişdi. Turko soyadını da burda Volqaboyundan gəlmiş mərhum həyat yoldaşından almışdı. Sonradan əldə etdiyi soyadından ayrıla bilmirdi Tet Maşa. «Turko soyadı mənə çox doğmadır, bir az da məni sizlərə yaxınlaşdırır, hara, hansı idarəyə gedirəm, soyadıma görə məni istiqanlı qarşılayırlar» deyirdi Tet Maşa. Türklərə sevgisi vardı Tet Maşanın. «Atam sizin aşıq musiqisinə çox qulaq asırdı, bəzən saatlarla başını əlləri ilə turaraq sazı dinləyirdi» deyirdi. Böyük ehtimalla Tet Maşanın atası kumık və ya qaraçay türklərinin komzasının, yəni qopuzunun səsini dinləyirmiş. Bəlkə də, Tet Maşanın atasının saza bağlılığı anasının Rusiya kazaklarından olması ilə bağlı imiş, hər halda, genlər musiqi zövqünə də təsir edir. Amma Tet Maşa Bakıda yaşasa da bizim musiqi ilə çox bağlı deyildi, rus musiqisini daha çox dinləyərdi. Yəni özbəöz slavyan idi.

Tet Maşa Bakıdan da ayrılmaq istəmirdi və ayrılmadı. 1990-cı illərin sonlarında Bakıda yaşayan ruslar Rusiyaya köçməyə bir növ biznes məsələsi kimi baxırdılar. Bakıda evlərini çox baha satıb, cənubi və ya mərkəzi Rusiyada ucuz qiymətə evlər alırdılar, əllərində də xeyli pul qalırdı. Tet Maşanın Badamdarda yiyəsi olduğu ev də gündən günə bahalaşırdı. «Gəl bu evi sat, get doğulduğun kəndin düz yanında, Nevınominskdə özünə ev al, bir 30-40 min dollar da cibində qalsın, ömrünün sonuna kimi xərclə, bütün qohum-əqraban ordadır» deyirdilər. Tet Maşa isə getmək istəmirdi. Bir dəfə bunun sirrini soruşduqda cavabı çox sakit oldu: «Mənim dünyam burdadır, mən orda yaşaya bilmərəm. Üç ildə - dörd ildə bir dəfə gedirəm, adamların kobudluğu, bir-biri ilə vəhşi kimi rəftar etməsi məni çox əsəbləşdirir. Bir də ki, gedəcəm, qohumlar da hansısa yollarla əlimdəki pulu alacaqlar, sonra da məni çöldə qoyacaqlar. Mən burda öz evimin ağasıyam. Kimsə də evimi əlimdən almaq niyyətində deyil. Sizin millət ədalətlidir, belə şeylərə getmir, başqalarının bunu etməsinə də imkan vermir». Tet Maşa dünyasını dəyişəndə öz istədiyi kimi dəfn edildi, evinin taleyi də öz istədiyi, vəsiyyət etdiyi kimi həll olundu. Onun rifahlı həyatı türk ədalətinin qeyri-türk olan sadə bir vətəndaşın həyatına təsirinin örnəyi idi.

Tarix yaradan biz türklər onun səhifələrini ədalətimizlə yazmışıq. Ədalət hissi türklərə genetik olaraq aşılanıb. Bəzən heç bir təhsil görməmiş, çöldə at üstündə böyümüş, qılınc tutub baş kəsməkdən başqa iş bilməyən türk bahadırlar elə bir ədalətli addım atıblar ki, dünyanın ən böyük üləmaları belə heyrətə düşüblər. Belə addımların birini ikinci Osmanlı hökümdarı Orxan bəy atıb. 1333-cü ildə atası Osman bəyin vəsiyyəti ilə Bursanı alaraq özünə paytaxt edən Orxan bəy şəhərin mərkəzində məscid tikdirmək istəyirmiş. Məscidin tikilməsi planlaşdırılan yerdə yaşayan əhalidən evlərini satın almağa başlayıb. Yaxşı pul verdiklərindən əhalinin hamısı evini satıb, yalnız bir yəhudi qadın inad edib, kiçik otağını satmaq istəməyib, «Evimi satmaram» deyib. Qiyməti on dəfəyə qədər qaldırıblar, ancaq qadın yenə «satmıram» deyib durub. Orxan bəy qadını çağıraraq evini niyə satmadığını öyrənmək istəyib. Qadınsa «Siz burda məscid tikəcəksiniz, istəmirəm mənim evimin yerində namaz qılınsın»,- deyə cavab verib. Orxan bəyin ətrafındakı üləmalar, əyan-əşrəf «Padişahım, bu qadın bizə düşmənçilik edir. Müsəlmanlara düşmənçilik edənlərin malı və qanı halaldır, sökdür evini getsin» deyiblər.

Orxan bəy «Durun»,- deyir: «Bu qadın bizə düşmənçilik edib nə etdi, silah qurşanıb üstümüzə gəlmədi ki?.. O, vətəndaşdır və mülk sahibidir. Neçəyə istəyər, ona da satar, istəməz, satmaz. Əgər sizin sözünüzə baxıb onun evini əlindən alsam, ədaləti pozmuş olaram. Mən istəmirəm ki, mənim ölkəmdə ədalət bir damcı da pozulsun» deyib. Orxan bəy bir xeyli fikirləşdikdən sonra yolunu tapıb. Qadından «Evinin yerində namaz qılmasalar, sadəcə hovuz olsa, satmaq istəyərsənmi?»- deyə soruşub. Qadın razılaşdıqdan sonra memarlar məsələni həll ediblər. İndi həmin hovuz Bursada Ulu Camedə türk ədalətinin simvolu kimi durmaqdadır.

İndi bizlər - Ön Asiya, Qafqaz, Orta Asiya və Cənubi Avropanın sərhədlərə və otaqlara parçalanmış türkləri bəzən özümüzdən asılı olmayaraq, dünyanın Vaşinqtonu, Moskvası, bəzən hətta Pekini və Ər-Riyadı ilə hesablaşmalı oluruq, ənənəmizə uyğun siyasət yeridə bilmirik. Amma zaman gələcək və biz bir olacağıq. Onda Altaydan Dunaya, Uraldan Həmədana bütün Turan coğrafiyasında yaşayan hər kəs - türk və ya qeyri-türk üzərində qurdbaşı dalğalanan qutsal Türk Bayrağını ədalət simvolu olaraq görəcək.

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
11:50 Əfqanıstan və Pakistanda zəlzələ olub
11:37 Səməd Vurğun adına Rus Dram Teatrında yanvar ayında nümayiş etdiriləcək tamaşalar
11:34 Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi buzda sürüşərək dünyasını dəyişib
11:31 Azərbaycan millisinin iki futbolçusu Almaniyaya gedir
11:23 "Azərreyl" Lüksemburq millisini məğlub edib
11:11 İsrailin hərbi əməliyyatları nəticəsində 500-dən çox fələstinli həlak olub (Fotoreportaj)
11:06 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:40 Azərbaycan millisi bu gün Belarusla qarşılaşacaq
10:16 Paytaxtda quldurluq edən iki qardaş tutulub
10:03 Binə qəsəbəsində avtomobil iki nəfəri vurub
04.01.2009
18:25 Hadisə, “Fənərbaxça”nın ispan futbolçusu Daniel Qüiza ilə mesajlaşdığı barədə şayiələrə aydınlıq gətirib
17:37 David Vilya: "“Valensiya”da qalacam!"
17:01 Aşağı və yuxarı ətrafların travması diaqnozu ilə xəstəxanalara 36 paytaxt sakini müraciət edib
16:50 “Azərreyl” Avstriya millisini məğlub edib
16:35 BMT İsrailin Qəzzada həyata kecirdiyi əməliyyatlarla bağlı bəyanat qəbul edə bilmədi
16:23 Vayn Bridge “Çelsi”ni “Mançestr Siti”yə dəyişdi
16:09 Yardımlı rayonunda məscid yanıb
15:58 Dakar Rallisinin ilk mərhələsi başa çatıb
15:43 Avropa Birliyi alternativ marşrutları müzakirə edəcək
15:26 Separatcılar rəsmi Tiflisin nəzarəti altında olan rayonun polis postlarına atəş açıblar
15:07 Bu gün axşam hava yağmursuz keçəcək
14:47 İsrail ordusu havadan və dənizdən Qəzzanı bombalamaqda davam edir
14:29 Bağdadda imamların dəfn olunduğu mavzoleyin qarşısında terror aktı törədilib
14:25 Qırğızıstanın cənubunda yeraltı təkanlar qeydə alınıb
13:58 MOİK "Qalatasaray"ın futbolçusunu almaq istəyir
13:40 Taliban silahlıları əsir götürdükləri «Əl-Cəzirə» telekanalının müxbirini azad ediblər.
13:25 Ağcabədi rayonunun beş kəndi yeni ildə içməli su ilə təmin olunub
13:11 "Barselona" açılış matçında qələbə qazandı
12:54 Kosovada etnik alban və serblər arasında iğtişaşlar davam edir
12:35 Joze Maurinyo: "Zədədən sonra o daha hamının tanıdığı Oven deyil"
12:15 İndoneziyanın şimal sahillərində 7,6 bal gücündə zəlzələ baş verib
11:42 Murray Nadalı məğlub etdi və çempion oldu
11:00 İraqın baş naziri Nuri Əl-Maliki İranda səfərdədir
10:44 İsrailin Qəzza sektorunu bombalamasına qarşı dünya ölkələrində etiraz aksiyaları davam edir
10:33 İsrail hərbiçiləri Qəzza zolağında yerüstü əməliyyata başlayıblar
10:22 Türkiyənin baş naziri Səudiyyə Ərəbistanına səfər edib
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^