BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZMəğrib
17:44
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Redaktordan / 27.05.2007 18:16
Respublika bayramının kədər və qürur salnaməsi
Çingiz Rüstəmov

Sabah bayram edəcəyimiz Respublika gününü düşünəndə heç vaxt həyəcanımı saxlaya bilmirəm. Hər şeydən öncə, o günlərdə bütün Cənubi Qafqazda Azərbaycan türklərinin başına gətirilən faciələr sadalandıqca kədərlənirəm. Amma həm də o acı, qan və ölüm saçan dövrün çətinliklərində vəziyyətdən çıxmağı bacaran, millətinə dövlət və bayraq bəxş edən insanların soydaşı olduğum üçün qürur duyuram. 1918-ci ilin 28 may günündə Gəncədə Azərbaycan Xalq Cumhuriyyəti elan olun ərəfədə Cənübi Qafqazın türk-müsəlman əhalisi çox böyük qırğınlardan keçmişdi. Ermənilər İrəvanda azərbaycanlılar yaşayan 199 kəndin, Zəngəzurda 112 kəndin əhalisini qıraraq məhv etmişdilər. Gümrüdə, Naxçıvanda minlərlə dinc azərbaycanlı erməni silahlıları tərəfindən öldürülmüşdü. Azərbaycanın bu tarixi əraziləri Rusiya-Osmanlı cəbhəsində vuruşmaq üçün ruslar tərəfindən səfərbər edilmiş və silahlandırılmış nizami erməni bölüklərinin nəzarəti altında idi. Bakı-Şirvan bölgəsində isə bolşevik Rusiyası tərəfindən səlahiyyət verilmiş nizami erməni bölükləri dinc əhalini qılıncdan keçiriridi. 1918-ci ilin mart ayında Lenin tərəfindən Bakı üzrə xüsusi nümayəndə təyin edilmiş Stepan Şaumyanın əmri ilə ermənilər Bakıda, Şamaxıda, Qubada və Salyanda on minlərlə dinc azərbaycanılını qətlə yetirmişdilər. Həm İrəvan-Zəngəzur bölgəsində, həm Bakı-Şirvan bölgəsində ermənilər hər yerdə silahsız əhalini iclas adı ilə meydanlara, iri binalara yığaraq toplu halda qətl etmişdilər. Əhali də bir vaxt rəiyyətləri olduqları Rusiya imperiyasından miras qalmış erməni hərbçilərini rəsmi məqam sayaraq onların iclas çağırışlarına inanaraq tora düşmüşdü. 1917-ci ildə ömrünü bitirən Rusiya imperiyasından Qafqazın türk-müsəlman əhalisinə əldən alınmış ərazilərin, tapdanmış heysiyyatın acı xatirəsindən başqa heç nə miras qalmamışdı. Ruslar işğal etdikləri Qafqazın türk-müsəlman əhalisini silahdan ayrı tutmaq üçün onları əsgər belə çağırmırdılar. Bu idi 1918-ci ilin 28 may ərəfəsinin gerçəkləri... Azərbaycan türkləri min illərlə yaşadıqları torpaqların müdafiəsinə əli yalın qalxmışdı və bu, torpaqlarımıza göz tikmiş ermənilərin bəzən təəccübünə, bəzən də kinayəsinə səbəb olurdu. Gəncədə Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsini şərh edən Stepan Şaumyan həmin günlərdə «Rəsulzadənin Bakını paytaxt kimi qəbul etməsi utopiyadan başqa bir şey deyil. Biz onlardan çox güclüyük, heç bir ordusu olmayan beş-on adam bu şəhəri necə bizdən ala bilər?» deyərək bunu fanatizm adlandırırdı. Böyük öndər Məmmədəmin Rəsulzadə isə xalqa güvənərək «Bizim dövlətin paytaxtı Bakıdır, paytaxtımızı azad etməliyik» deyirdi və ordumuzun qurulmasını vacib görürdü. Azərbaycan ordusunun ilk min əsgəri Gəncədə silahlandı. Həmin əsgərlər üçün silah əldə etmək asan olmadı, onlarla insanın qanı bahasına başa gəldi. Həmin günlərdə erməni-rus bölükləri Tiflisdən dəmiryolu ilə Bakıya, Stepan Şaumyana silah-sursat aparırdılar və bu xəbər Goranboyda Aslan bəy Səfikürdskiyə çatmışdı. Aslan bəy əli yalın camaatı başına yığaraq Dəliməmmədli stansiyasında qatarı dayandırmışdı. Silahları vermək istəməyən ermənilər goranboyluları pulemyot atəşinə tutub yüzlərlə insanı şəhid etmişdilər. Lakin ən sonda qatar ələ keçmişdi və Aslan bəy həmin silahları Gəncəyə gətirmişdi. Gəncədə silahlanan minə yaxın Azərbaycan əsgəri o vaxt Qafqazı xilas etməyə gəlmiş Osmanlı islam ordusunun min əsgərinə qoşulmuşdu və ilk hədəf olaraq Şamaxının azad olunması qarşıya məqsəd qoyulmuşdu. Yol boyu əli silah tutan bütün gənclər də bu orduya yazılmışdı və Şamaxıda xilaskar türk-islam ordusunun əsgər sayı üç minə çatmışdı. Həmin günlər Bakı camaatı da şəhəri əldən verməmək üçün çox böyük mübarizə aparırdı, şəhər məhəllə-məhəllə müdafiə olunurdu. Ermənilər şəhərin düzənlik məhəllərin nəzarətə götürsələr də İçərişəhərə, Çəmbərəkəndə, Dağüstü məhəlləyə girə bilməmişdilər. Əli yalın Abşeron əhalisi də bacardığı qədər müdafiə olunurdu, şəhər əhalisi bağ evlərinə çəkilmişdi və Bakının əli silahlı oğulları Maştağanı müdafiə mərkəzi seçərək, istehkamlar qurub erməniləri kəndlərə doğru buraxmırdılar. Gəncədən gələn ordu Abşeronu kəndbəkənd azad edərək sonra şəhər uğrunda döyüşə başladı. Bakı və Abşeron xilaskar Azərbaycan ordusuna 5 min silahlı oğul verdi və şəhərə hücum edən ordumuzun 8 min əsgəri vardı. 8 minlik Azərbaycan ordusu Bakıya yığılmış və sayı 30 mindən çox olan erməni-rus bölüklərini darmadağın etdi. Böyük öndər Məmmədəmin Rəsulzadə yüzillik rus işğalına baxmayaraq Azərbaycan türklərinin dövlətçi və dövlətə layiq olduğunu sübut etdi. Qısa müddətdə generallar Şıxlinski və Mehmandarovun rəhbərliyi altında 40 minlik nizami Azərbaycan ordusu quruldu, ölkə ərazisi yavaş-yavaş nəzarətə götürlüdü, Qarabağdakı erməni-daşnak üsyanları yatırıldı. Ermənistan və Gürcüstana onların nəzarətində olan tarixi Azərbaycan torpaqları olan Göyçə-Vedi, Kars-İqdır, Borçalı-Batum ərazilərinin geri qaytarılması barədə diplomatik tələblər təqdim edildi. Azərbaycan tolerant və dünyəvi bir dövlət qurmağı bacardı, bütün milli azlıqların belə təmsil olduğu parlament respublikası quruldu, parlamentdə hətta 11 erməni deputat var idi. İki illik Xalq Cumhuriyyəti Azərbaycan türklərinin taleyində yeni dövr açdı, 11 yanvar 1920-ci ildə dünyanın iri dövlətləri Şərqin ilk müsəlman respublikasının dövlət müstəqilliyini tanıdılar. Sonradan ölkə bolşevik işğalına məruz qalsa da, məhz bu müstəqilliyin hesabına Azərbaycan SSRİ tərkibinə müttəfiq respublika kimi girdi, yəni hüquqi baxımdan müstəqilliyini qoruyub saxladı. Azərbaycan Xalq Cumhuriyyəti bütün Türk Dünyası üçün yeni dövr açdı, 1923-cü ildə çökmüş Osmanlı imperyasının xarabalıqları üstündə qurulmuş Türkiyə Cumhuriyyətinə böyük örnək oldu. Bu günkü müstəqil Azərbaycan Respublikası da sözün bütün mənasında, üçrəngli bayrağı ilə, səkkizgüşəli gerbi ilə Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Təsadüfi deyil ki, böyük öndər Məmmədəmin Rəsulzadə ölənə kimi «Azərbaycanda istiqlal günəşi bir daha doğacaq, bir kərə yüksələn bayraq bir daha enməyəcək» deyirdi.
Bayrağınız həmişə yüksək, bayramınız mübarək olsun, azərbaycanlılar!

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
16:57 «20 yanvar» faciəsinin 19-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
16:54 Çində bir qadın quş qripindən ölüb
15:55 Ərdoğan: "Gürcüstan üçün verilən reaksiya Qəzzaya qarşı nə üçün göstərilmir?"
15:47 Aşura günü Bakının bir neçə məscidində qanvermə aksiyası keçiriləcək
15:37 “İbrus" teatrında “İvan Buninin axırıncı döyüşü” tamaşası nümayiş etdiriləcək
15:09 Mal-qara oğurluğu ilə məşğul olan dəstə üzvləri tutulub
15:05 İsraildə 70 min iranlı tələbə kamikadze olmaq istəyir
14:58 Azərbaycanda məskunlaşan 70 min Axıska türkünün 40 mini geri dönmək üçün müraciət edib
14:56 Filippində bir qrup aksiya iştirakçısı Qəzzada törədilən qırğınlara öz etirazlarını bildiriblər
14:52 Avropa komissarı Qəzzadakı humanitar vəziyyətin faciəvi olduğunu bildirib
13:45 Qvatemalada 34 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsi baş verib
13:30 “Aşura günü qanunsuz aksiya və yürüşlərin keçirilməsinə yol verilməyəcək”
13:19 Neft dünya birjalarında 48 dollara satılıb
13:16 Türkiyə hökuməti şair Nazim Hikmətin vətəndaşlıq hüququnu bərpa etdi
12:49 Fransa hərbi-dəniz donanmasının Ədən körfəzində keçirdiyi əməliyyat nəticəsində 19 dəniz qulduru tutulub
12:40 Bu gün BMT Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar iki günlük müzakirələrə başlayacaq
12:25 Türkmənistan-Çin yeni magistral qaz kəmərinin tikintisi ilə bağlı işlər sürətlənib
12:23 Rusiya Türkiyə, Bolqarıstan, Yunanıstan və Makedoniyaya qaz nəqlini dayandırdı
12:12 Aşura mərasimi ilə əlaqədar olaraq Lənkəranda qanvermə aksiyası keçirilib
11:58 Bu ildən magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək
11:51 Dakar Rallisinin növbəti yarış günü pilotlar 695 km-lik məsafədə yarışıblar
11:32 10 gün sonra internet xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş rəqəmsal kanallardan istifadə tarifləri aşağı salınacaq
11:28 Bu il Azərbaycanda inflyasiya 15-17 faiz təşkil edəcək
11:24 İsrailin Qəzzada apardığı quru əməliyyatında 26-sı uşaq olmaqla 100 nəfər ölüb (Fotoreportaj)
11:16 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:53 Bu gün Türkiyə Böyük Millət Məclisində Qəzzadakı vəziyyət müzakirə ediləcək
10:28 İsrail tankları Xan Yunis şəhərinə giriblər
10:24 Azərbaycan filmləri Almaniyada nümayiş etdiriləcək
10:20 Bu gecə Nəsimi rayon ərazisində ana və azyaşlı qızı bıçaqlanıb (Yenilənib)
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
11:50 Əfqanıstan və Pakistanda zəlzələ olub
11:37 Səməd Vurğun adına Rus Dram Teatrında yanvar ayında nümayiş etdiriləcək tamaşalar
11:34 Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi buzda sürüşərək dünyasını dəyişib
11:31 Azərbaycan millisinin iki futbolçusu Almaniyaya gedir
11:23 "Azərreyl" Lüksemburq millisini məğlub edib
11:11 İsrailin hərbi əməliyyatları nəticəsində 500-dən çox fələstinli həlak olub (Fotoreportaj)
11:06 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^