|
Redaktordan / 26.05.2007 19:46 Millət, bayramın mübarək!
Köhnə kişilər demişkən, əvvəllər hər bayramda camaata nəsə bir yaxşılıq edərdilər: ya qiymətləri aşağı salar, ya da talonları ləğv edərdilər. Düzdür, o bayramlar, yəni 9 may, 1 may, 28 aprel qünləri sovetiniydi, amma nə olar, xeyrini ki biz ğörürdük! Dövran dəyişdi, və SSRİ-dən tək bu nostalji hisslər qaldı. Yox, niyə ki – indi də bayramlar var. Sovetin bayramlarına özümüzünkülər də əlavə olunub. Özümüzə xas olan “hədiyyələrlə”. 28 May bayramının ərəfəsində milli hökümətimiz xalqı telefon haggının 2 dəfədən artıq artırılması ilə “təbrik etdi”. Bazar qiymətlərin dayanmadan od tutub yanması öz yerində. Nə yaxşı ki, heç olmasa bayram rəmzlərimizi yaşadırlar. 28 may ərəfəsində prezident Şərqdə ilk demokratik Azərbaycan Respublikasına həsr olunmuş abidəni açıb milləti İstiqlaliyyət bayramı ilə təbrik elədi. Biz də ona qoşularaq Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirik. Gününüz ağ olsun, bazarınız ücüz, ay Azərbaycan milləti! Kamal ƏIi
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|