|
Açıq poçt / 21.05.2007 18:51 Gədəbəydə məhkəmənin qərarı icra edilmir
Ramin Allahverdiyev 9 ildir ona məxsus torpaq sahsinin harada olduğunu tapa bilmir
Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına (JN-267 KOD 50501004) əsasən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 saylı qərarı ilə 1,04 ha özəl torpaq sahəsi mənim və ailə üzvlərimin mülkiyyətinə verilib. Amma həmin sahənin yalnız kağız üzərində sahibiyik və bu günə qədər onun harada yerləşdiyini bilmirik. Bununla bağlı 24.07.06 tarixində Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişik. İddia ərizəsində mənə məxsus torpaq sahəsinin Gədəbəy Torpaq Şöbəsi tərəfindən faktiki olaraq müəyyən edilməsi və təhvil verilməsi tələb edilmişdi. 11 dekabr 2006-cı il tarixində iddia ərizəsi Gədəbəy rayon Məhkəməsi tərəfindən təmin edilsə də, hələ də icra edilməyib. Aidiyyatı orqanlara dəfələrlə müraciət etsək də, müxtəlif bəhanələrlə məhkəmə hökmünün icrası indiyə qədər yubadılıb. Ramin Allahverdiyev, Gədəbəy rayonu Yenikənd kəndi
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|