|
Açıq poçt / 21.05.2007 13:36 İpoteka krediti ilə bağlı müraciətimə cavab ala bilmirəm
Məktub Salam. Sizə bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının vətəndaşı Səməd Səmədov prezident İlham Əliyevin verdiyi fərmanla təsis olunmuş ipoteka kreditini əldə edə bilmirəm. Kredit üçün aprel ayının 5-də "Kapitalbank"a müraciət etmişəm, ev qimətləndirmədən keçib, tələb olunan bütün sənədlər "Kapitalbank"ın (Əlibayramlı filialından ) Baş ofisinə təqdim olunub (30.04.2007).14 gün ərzində rəsmiləşdirilib cavab verilməsi əvəzinə mənə deyirlər ki, gözlə, növbə çatanda baxarıq. Axı qayda-qanun var. Rəsmiləşmək üçün təsdiq İpoteka Fondunun təyin etdiyi 14 gün ərzində cavab verilməlidir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik göstərəsiniz. Ailəliyəm. Öncədən təşəkkür edirəm. Səməd Səmədov, "Salyan Oil LTD"-də mühəndis Kapital Bankın Strateji inkişaf və marketinq departamentinin cavabı "Kapitalbank"a müraciət edən hər bir şəxsə kredit xüsusiyyətləri öyrənildikdən sonra cavab verilir. Ola bilər ki, hər hansı müraciət edən şəxslə bağlı bu məslələrin aydınlaşdırılmasının çox vaxt tələb etməsi cavab verilməsini gecikdirir. Ancaq "Kapitalbank" həmin şəxsin kredit xussiyyətlərini öyrənib və məlum olub ki, Səməd Səmədov alacağı ipoteka krediti ilə yeni ev tikmək istəyir. İpoteka krediti isə yalnız artıq tikilmiş evlərə verilir. Bu barədə müraciət edən şəxsə yaxın günlərdə rəsmi cavab veriləcək.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|