|
Redaktordan / 16.05.2007 19:29 Ay baba, kül başına...
Rövşənlə Yaşarın həbsi ilə bağlı üzücü düşüncülər
Ötən həftə nəvəm anadan oldu. İlk üç gündə təbrikləri eşidərək daxilimdə yaranan yeni hissləri duyurdum. Dördüncü gündən başlayaraq sevincimi kədər əvəzlədi. Ona görə yox ki, baba olmuşam. Məni fikrə salan nəvəyə miras qoyacağım əzablı Azərbaycandır. Nəvəmi nələr gözləyir? Görünür, əzab-əziyyətdən başqa daha heç nə. Uşaq 16 yaşına çatanda 2023 il olacaq. 2020-ci ildən oyana Azərbaycanda neft yataqlarının kəskin boşalması, bunun arxasınca inflyasiyanın və qiymətlərin dəfələrlə artması dövrü başlayacaq. Bu azmış kimi, qorxuram ki, bu gedişlə gələcək nəsli həll olunmamış Qarabağ problemi də gözləyir. Biz əldən verdiyimiz torpaqların azad olunmasını cavanlara tapşırası olacağıq. Budur, buqün “Müxalifət” qəzetinin iki əməkdaşı Rövşən Kəbirli və Yaşar Ağazadəni də məhkəmə zalındaca həbs etdilər. Bununla zindanda olan Azərbaycan jurnalistlərinin sayı yeddiyə çatdı. Demək, Vətəndə demokratik quruluşu indi doğulanlar yaratmalı olacaq. Belə olan təqdirdə, nəvəmin mənə deyəcəyi bir söz qalır: “Bəs siz vaxtınızda nə etmisiz, baba?”
Kamal Əli
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|