BU GÜN06.01.2009
HAVA
BAZAR
NAMAZZöhr
12:50
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Redaktordan / 13.05.2007 17:33
«Eurovision» tumarı
Çingiz Rüstəmov

Helsinkidə keçirilmiş bu ilki «Eurovision» mahnı müsabiqəsi geniş teleizləyici kütləsi üçün bəlkə də sensasion nəticələndi. Yarışa ilk dəfə müstəqil dövlət kimi qatılmış Serbiyanın təmsilçisi Mariya Şerefoviçin serbcə oxuduğu «Molitva» mahnısı rəqiblərini çox geridə qoyaraq birinci oldu. Sensasion olan bu nəticə bir qədər də bizə xoş gəldi. Hər halda ruscaya çox bənzəyən serbcədə oxunan mahnının demək olar ki, sözlərinin 70 faizini anlayırdıq. Həm də müğənni xanım yarışmadan öncə jurnalistlərə atasının türk olduğunu, ən böyük dəstəyi də Türkiyədən gözlədiyini demişdi. Soyadındakı «Şərəf» sözü, həmçinin qaraşın girdə sifəti müğənni xanımın yalan demədiyini, damarında məhz bizim soyun qanını daşıdığını isbatlayırdı. Bütün bunlar öz yerində… Amma məsələyə bir az ədalətlə baxanda serbcə oxunmuş «Molitva»nın baş mükafata layiq olmadığı açıq-aydın gözə çarpırdı. Elə həmin «Eurovision-2007»-də, elə həmin serbcədə «Molitva»dan qat-qat yaxşı mahnılar səsləndi. Məsələn, Sloveniyanı təmsil edən müğənni opera səsi ilə serbcəni anlamayan dinləyicilərin də çox xoşuna gələn möhtəşəm bir ifa nümayiş etdirdi. Onun kompozisiyasının çox gözəl olduğunu İTV-də «Eurovision-2007»-ni canlı şərh edən çox hörmətli bəstəkarımız Vaqif Gərayzadə dəfələrlə vurğulamışdı. İngiliscə oxuyan Boqarıstan təmsilçiləri də çox gözəl oxumuşdular. Onların musiqi kompozisiyası da çox gözəl idi, sanki bolqarların atalarının hardasa min illərin o üzündə türkcə danışdığını isbatlamağa çalışırdılar. Müğənnilər Uzaq Şərq davulları çalır, ağızlarında Altay türklərinə məxsus komısı, yəni ağız qopuzunu səsləndirirdilər. Vaqif Gərayzadənin çox ümid bəslədiyi bir iştirakçı - Moldaviya təmsilçisi də vardı. Xanım həm skrpikada özü ifa etdi, həm də çox geniş diapazonlu səsi ilə çox gözəl olan mahnısını hamının anladığı ingiliscə oxudu. Amma sadaladığımız bu iştirakçıların heç bir «Eurovision-2007» liderləri sırasına çıxa bilmədilər. Qalibiyyəti onlardan xeyli zəif olan «Molitva» götürdü.
Əcaba, Avropada zövqlər bu qədərmi əcaibdir?.. Hər kəsin anladığı ingiliscədə çox yüksək diapazonlu bir səslə oxunan çox gözəl bir musiqi uğur qazana bilmir, əvəzində məhəllə dilində oxunan məhəlli musiqi uğur qazanır?..
Əslində belə deyil, Avropanın musiqi zövqü də, Avropanın duyumu da yerindədir. Sadəcə Avropa İttifaqının rəsmiləri «Eurovision»-a bir siyasi təsir vasitəsi kimi baxırlar. Hansı ölkənin əlindən çörəyini almaq istəyirlərsə, onun başına bir «Eurovision» sığalı çəkirlər. Məsələn, üç il qabaq bu yarışmanı Türkiyə qazanmışdı. Həmin vaxt Kiprin şimalında və cənubunda olan hissələrinin birləşərək bir yerdə Avropa Birliyinin tərkibinə girməsi barədə referendum keçirilmişdi və Türkiyənin «Avropa aşiqi» olan indiki postmodernist-xilafətçi iqtidarı buna razılıq vermişdi. Yəni referendumdan müsbət sonuc çıxsaydı Avropa Birliyi Kiprin şimal hissəsini «hap» edib udacaqdı və adanın şimal sahillərindəki dənizi 52 mil enində nəzarətə götürəcəkdi. Nəticədə, Türkiyənin hərbi gəmilərinin bir sahil şəhərindən o biri sahil şəhərinə getməsi mümkün olmayacaqdı və Türkiyə Ordusunun manevr imkanları dəfələrlə aşağı düşəcəkdi. Türkiyəni o fəlakətdən sadəcə adanın yunan sakinlərində olan türkofobiya xilas etdi. Onlar adanın türk sakinləri ilə bir dövlətdə yaşamaq istəmədilər.
Türkiyədən sonra «Eurovision»un qalibi olan Ukraynada isə Qərbin oyunları «narıncı inqilab»la nəticələndi və Avropanın lakeyləri hakimiyyətə gəldilər. Onların iki illik siyasətinin nəticələri göz qabağındadır: Ukrayna bir-birinə düşmən olan iki ölkəyə Malarossiyaya və Novorossiyaya bölünməyin ərəfəsindədir. Malarossiya Kiyev Rusunun varisi olan bir ərazisidir və orda ənənəvi Ukrayna millətçiliyi hakimidir. Novorossiya isə Yekatrinanın dövründə Rusiya İmperiyasının tərkibinə keçmiş tarixi türk əraziləridir. Novorossiyada əsasən slavyanlaşımış kazak və tatar türkləri yaşayır. Artıq ruhca və tarixi ənənəcə bir-birinə yad olan bu ərazilərin ayrılması qaçılmaz görünür. Bu siyasətin başında Qərbin Avropanın içində Fransadan böyük, texnoloji cəhətdən inkişalı bir dövləti görmək istəməməsi dayanır.
İndi Serbiyanın başına çəkilən tumar isə Kosovo ilə bağlıdır. Bir-iki gündür ki, BMT-də Kosovanın Serbiyanın tərkibindən çıxaraq müstəqillik qazanması məsələsinə baxılır. Bu məsələ Belqradda müəyyən qədər narahatçılığa yol açsa da «Eurovision» bayramı bu odun üzərinə su səpdi.
Allah bizi «Eurovision» uğurundan qorusun. Hər halda, bizim də Kosovo probleminə oxşar Qarabağ problemimiz var…

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
06.01.2009
01:39 Neftçalada canavarların növbəti hücumu olub
00:14 Dünyanın ən varlı 10 adamının varidatı 150 milyard dollar azalıb
05.01.2009
23:44 Ölkədəki soyuq hava şəraiti kənd təsərrüfatına müsbət təsir göstərəcək
22:59 «Naftoqaz» «Qazprom»la danışıqların davam etdirilməsinə tərəfdardır
22:11 Nikola Sarkozi: «Qəzza bölgəsində qan tökülməsi dayanırılmalıdır»
21:20 Millət vəkillərinin Gürcüstana səfəri başlayıb
21:01 Quba-Xınalıq yolunda qar uçqunu baş verib
20:09 Xaçmazda şəriklər arasında mübahisə bıçaqlanma ilə nəticələnib
19:21 Ermənistan silahlı qüvvələri günorta saatlarında atəşkəsi pozub
19:03 Livanda İsrail əleyhinə aksiyada qarşıdurma yaranıb
18:31 ABŞ və Gürcüstan arasında müqavilə yanvarın 9-da imzalanacaq
17:48 Somali quldurları göyərtəsində 2 min ton yanacaq olan gəmini ələ keçiriblər
17:43 Azərbaycan millisi Belarusa məğlub olub
17:42 Qəsdən adam öldürməkdə təqsirləndirilən 73 yaşlı Qobustan rayon sakininin məhkəməsi başlayıb
17:40 MTRŞ-ın bu günkü iclası təxirə salınıb
17:22 TRT erməni dilində telekanal açacaq
17:06 Prezident İlham Əliyev Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
16:26 Pantomima Teatrının yanvar ayı üçün afişası
16:21 İsrail Qəzza əməliyyatına il yarım hazırlaşıbmış
15:53 Kubok oyunlarının vaxtı bəlli oldu
15:51 Son üç ay ərzində Bakı şəhərində 157 nəfər dəm qazından zəhərlənib, onlardan 6 nəfəri dünyasını dəyişib
15:45 Azərbaycan beynəlxalq kinofestivalda təmsil ediləcək
15:44 Ukrayna Rusiya qazının tranzitini qadağan edib
15:07 Sevda Ələkbərzadə: «Sənətdə hələ heç nə etməmişəm»
15:00 Türkmənistanın yeni manatının üzərində Dədə Qorqudun təsviri əks olunub
14:44 Hacıqabul rayonunda bir gündə 26 nəfər dəm qazından zəhərlənib
13:47 İvitsa Oliç "Bavariya" klubu ilə 3 illik müqavilə imzalayıb
13:42 Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişası
13:41 Döyərək adam öldürməkdə təqsirləndirilən dayı və bacı oğlunun məhkəmə baxışı başlayıb
13:10 QAT: "Biz fələstinlilərin haqq işini dəstəkləyir və İsrail rejiminin törətdikləri vəhşilikləri qətiyyətlə pisləyirik"
13:03 "Xəzər-Lənkəran" Antalyaya yollanıb
12:58 Avropa Birliyinin nümayəndə heyəti bu gün Yaxın Şərqə rəsmi səfər edəcək
12:52 İsrail prezidenti Şimon Peres bəyan edib ki, ölkəsi Qəzzada hərbi əməliyyatları dayandırmayacaq
12:27 Yaxın iki-üç gün ərzində respublikada hava şəraiti qeyri-sabit keçəcək
12:19 Bu gün əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı MTRŞ-ın iclası olacaq
12:16 Pan Ki Mun, Qəzzada baş verən hadisələrlə əlaqədar Qüdsdə olan Yaxın Şərq koordinatoru Robert Serrini geri çağırıb
12:10 Neftin qiyməti artıb
12:09 Badri Kvaratsxeliya "Standard" klubun baş məşqçisi olacaq
12:03 Azərbaycan silahlı qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edəcəklər
11:50 Əfqanıstan və Pakistanda zəlzələ olub
11:37 Səməd Vurğun adına Rus Dram Teatrında yanvar ayında nümayiş etdiriləcək tamaşalar
11:34 Qusar rayon Yanğından Mühafizə Xidmətinin rəis əvəzi buzda sürüşərək dünyasını dəyişib
11:31 Azərbaycan millisinin iki futbolçusu Almaniyaya gedir
11:23 "Azərreyl" Lüksemburq millisini məğlub edib
11:11 İsrailin hərbi əməliyyatları nəticəsində 500-dən çox fələstinli həlak olub (Fotoreportaj)
11:06 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:40 Azərbaycan millisi bu gün Belarusla qarşılaşacaq
10:16 Paytaxtda quldurluq edən iki qardaş tutulub
10:03 Binə qəsəbəsində avtomobil iki nəfəri vurub
04.01.2009
18:25 Hadisə, “Fənərbaxça”nın ispan futbolçusu Daniel Qüiza ilə mesajlaşdığı barədə şayiələrə aydınlıq gətirib
17:37 David Vilya: "“Valensiya”da qalacam!"
17:01 Aşağı və yuxarı ətrafların travması diaqnozu ilə xəstəxanalara 36 paytaxt sakini müraciət edib
16:50 “Azərreyl” Avstriya millisini məğlub edib
16:35 BMT İsrailin Qəzzada həyata kecirdiyi əməliyyatlarla bağlı bəyanat qəbul edə bilmədi
16:23 Vayn Bridge “Çelsi”ni “Mançestr Siti”yə dəyişdi
16:09 Yardımlı rayonunda məscid yanıb
15:58 Dakar Rallisinin ilk mərhələsi başa çatıb
15:43 Avropa Birliyi alternativ marşrutları müzakirə edəcək
15:26 Separatcılar rəsmi Tiflisin nəzarəti altında olan rayonun polis postlarına atəş açıblar
15:07 Bu gün axşam hava yağmursuz keçəcək
14:47 İsrail ordusu havadan və dənizdən Qəzzanı bombalamaqda davam edir
14:29 Bağdadda imamların dəfn olunduğu mavzoleyin qarşısında terror aktı törədilib
14:25 Qırğızıstanın cənubunda yeraltı təkanlar qeydə alınıb
13:58 MOİK "Qalatasaray"ın futbolçusunu almaq istəyir
13:40 Taliban silahlıları əsir götürdükləri «Əl-Cəzirə» telekanalının müxbirini azad ediblər.
13:25 Ağcabədi rayonunun beş kəndi yeni ildə içməli su ilə təmin olunub
13:11 "Barselona" açılış matçında qələbə qazandı
12:54 Kosovada etnik alban və serblər arasında iğtişaşlar davam edir
12:35 Joze Maurinyo: "Zədədən sonra o daha hamının tanıdığı Oven deyil"
12:15 İndoneziyanın şimal sahillərində 7,6 bal gücündə zəlzələ baş verib
11:42 Murray Nadalı məğlub etdi və çempion oldu
11:00 İraqın baş naziri Nuri Əl-Maliki İranda səfərdədir
10:44 İsrailin Qəzza sektorunu bombalamasına qarşı dünya ölkələrində etiraz aksiyaları davam edir
10:33 İsrail hərbiçiləri Qəzza zolağında yerüstü əməliyyata başlayıblar
10:22 Türkiyənin baş naziri Səudiyyə Ərəbistanına səfər edib
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^