Məşhur müğənninin qızı vanna otağında huşsuz tapıldı

O da anasının yolunu gedir
Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, 21 yaşlı Bobbi Kristina Braun mənzilindəki vanna otağında huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya çatdırılıb.

Hyuston özü 2012-ci il fevralın 12-də 48 yaşında Los Ancelesin "Beverli Hilton" otelində vanna otağında ölü tapılmışdı. Ölümün səbəbi kimi ürəyin aterosklerotik xəstəliyi və kokainin istifadəsi göstərilirdi.

Bobbi Kristina Braun anasının ölümündən bir gün sonra xəstəxanaya yerləşdirilmişdi. Məşhur müğənninin qızı da narkotikdən istifadə edir.