Xoşqədəm övladlığa götürmək istədiyi uşaqdan danışdı (VİDEO)

Doğuş məhz bu uşağa görə İstanduldan Bakıya gəldi
ANS-in efirdən yayımlanan “Sən tək deyilsən” verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı tamaşaçılara həyatı ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Xoşqədəm Hidayətqızı bir müddət öncə verlişə gələn bir xanım uşağını övladlığa vermək niyyətində olduğunu deyib. X.Hidayətqızı həyat yoldaşı Doğuşla məsləhətləşib və qərara gəliblər ki, uşağı övladlığa götürsünlər.

"Bu vaxt uşağın atası ortaya çıxdı və övladını heç kimə verməyəcəyini dedi. Buna görə həm mən, həm də Doğuş çox sevindik. Veriliş bitəndən sonra uşağın atası mənə yaxınlaşaraq bildirdi ki, əgər uşağı övladlığa götürmək istəyirsinizsə, onun nənəsilə deyil, mənimlə razılaşmalısınız”.

“Sən tək deyilsən” verlişində qonaq kimi iştirak edən Doğuş da məsələyə münasibətini bildirdi: “Belə bir vəziyyətdə biz üzülürük, bundan isə daha çox uşaq üzülür".

Xoşqədəm Hidayətqızı onu da bildirdi ki, hazırda Doğuş İstanbulda yeni albom üzərində işləyir, amma o, uşağa görə işlərini yarımçıq qoyaraq Azərbaycana gəldi.