Leonardo Di Kaprio "Oskar" aldı

Aktyor "Sağ qalmış" filmində canlandırdığı rola görə "ən yaxşı aktyor" nominasiyasında qalib gəlib.
Leonrado Di Kaprio 88-ci "Oskar" mükafatlandırma mərasimində
Leonrado Di Kaprio 88-ci "Oskar" mükafatlandırma mərasimində

Hollivud aktyoru Leonardo Di Kaprio nüfuzlu "Oskar" kinomükafatına sahib olub.

ANS PRESS-in məlumatına görə, Los-Ancelesdə keçirilən 88-ci "Oskar" mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun "Sağ qalmış" filmində canlandırdığı rola görə "ən yaxşı aktyor" nominasiyasında qalib gəlib. Yeri gəlmişkən, rejissor özü də bu il yenidən "Oskar" alıb. 

Mərasimdə ən yaxşı ikinci dərəcəli aktrisa isveçli Alisiya Vikander seçilib. O, britaniyalı rejissor Tom Huperin “Danimarkalı qız” filmində ifa etdiyi roluna görə "Oskar" mükafatına layiq görülüb.

Leonardo Di Kaprionun "Oskar" aldığı an

Leonardo Di Kaprio beş dəfə "Oskar" mükafatına namizəd olub. 1994-cü ildə 19 yaşında olarkən “Qilbert Qreypi nə narahat edir?” filmində canlandırdığı rola görə "ən yaxşı köməkçi kişi aktyoru" kimi namizəd göstərilib. 2005-ci ildə “Aviator”, 2007-ci ildə “Qanlı almaz” və 2014-cü ildə “Uoll-stritdən canavar” filminə görə “Oskar”a namizəd olub. 

Emanuel Lubeski, Leonardo Di Kaprio və Alexandro Qonsales İnyarritto selfi çəkdirərkən
Emanuel Lubeski, Leonardo Di Kaprio və Alexandro Qonsales İnyarritto selfi çəkdirərkən

 

ANS PRESS müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını təqdim edir.

Ən yaxşı aktyor - Leonardo Di Kaprio ("Sağ qalmış")

Ən yaxşı film - "Diqqət mərkəzində"

Ən yaxşı aktrisa - Brie Larson "Otaq"

Ən yaxşı kino mahnısı - "Writing's On The Wall" (Sam Smith, James Napier) - "Spektr" 

Ən yaxşı film musiqisi - Ennio Morrikone- "İyrənc səkkizlik" 

Ən yaxşı xarici dilli film- "Şaulun oğlu" - Macarıstan

Ən yaxşı qısa film - "Stutter"

Ən yaxşı ssenari - "Diqqət mərkəzində" 

Ən yaxşı adaptasiya olunmuş ssenari – "The Big Short" 

İkinci planda ən yaxşı aktrisa – Alisiya Vikander, "Danimarkalı qız" 

Ən yaxşı kostyum dizaynı – "Ağılsız Maks: Qəzəb yolu" 

Ən yaxşı tərtibat — "Ağılsız Maks: Qəzəb yolu" 

Ən yaxşı makiyaj və saç — "Ağılsız Maks: Qəzəb yolu" 

Ən yaxşı sinematoqrafiya işi – "The Revenant, Emmanuel Lubezki" 

Ən yaxşı layihə dizaynı – "Ağılsız Maks: Qəzəb yolu", Marqaret Siksel

Ən yaxşı səs işi - "Ağılsız Maks: Qəzəb yolu"

Ən yaxşı səs montajı – "Ağılsız Maks: Qəzəb yolu"
 
Ən yaxşı vizual effektlər - "Maşından"
 
Ən yaxşı qısa animasiya filmi - "Ayı nağılı"
 
Ən yaxşı tammetrajlı animasiya filmi - "Tapmaca"
 
İkinci planda ən yaxşı aktyor - Mark Raylens, "Bridge Of Spies" 

Ən yaxşı qısa sənədli film - "Çayda qız: Bağışlanmağın qiyməti"
 
Ən yaxşı tammetrajı sənədli film - "Emi" (Asif Kapadia)

Ən yaxşı rejissor – "Sağ qalmış", Alexandro Qonsales İnyarritto 

Leonardo Di Kaprio və Keyt Uinslet 88-ci Oskar mükafatlandırma mərasimində
Leonardo Di Kaprio və Keyt Uinslet 88-ci Oskar mükafatlandırma mərasimində
 

Şərhlər