Məşhur müğənni 7 uşağı üçün bina tikdirir

İnşası davam edən tikili 2 aydan sonra təhvil veriləcək.
İbrahim Tatlısəsin tikdirdiyi bina
İbrahim Tatlısəsin tikdirdiyi bina

Müğənni İbrahim Tatlısəs bina tikdirir. ANS PRESS-in məlumatına görə, bu barədə müğənni özü "Facebook" səhifəsində yazıb. İnşası davam edən binasının fotosunu da paylaşan İbrahim Tatlısəs binada 7 evi övladlarına verəcəyini bildirib.

“3.5 ay əvvəl təməlini qoymuşduq, indi bu hala gəlib. 2 ay sonra, inşaallah, binanı təhvil götürəcəyik.  Binada 60 ev var, onun 7-ni övladlarım arasında bölmüşəm.  Əhməd, Gülşən, Gülden, Mələk, Dilan, İdo və Elifin bir evi olacaq. Geridə qalanlar isə bizim, yəni inşaatı aparan podratçıların və orada yaşayacaq olanlarındır. Nə tikintidən canım qurtardı, nə də kababçılıqdan. Bunda da bir xeyir var", - deyə Tatlısəs bildirib.

İbrahim Tatlısəs - ərəb və kürd əsilli Türkiyə müğənnisi, bəstəkar, aktyor, televiziya aparıcısı, iş adamıdır. Onun atası ərəb, anası isə kürddür. 

"Ayağında Kundura" türküsü ilə məşhurlaşan Tatlısəs günümüzə qədər qırxdan çox albom çıxarıb, bir çox filmlərdə rol alıb. 19 ildən çox davam edən "İbo Show" televiziya proqramında çalışıb. İ.Tatlısəs Türkiyədən başqa bir çox ölkədə - Qafqazda, Mərkəzi Asiyada, Cənub-Qərbi Asiyada, Avropada - xüsusi ilə Yunanıstan və Kosovada tanınır.

2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb. Çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Ondan sonra müğənni xeyli müalicələr alaraq sağ qala bilib. Lakin hələ də ifaçılıq fəaliyyətinə qayıda bilməyib. 

İbrahim Tatlısəsin xəstəxanadan görüntüsü
İbrahim Tatlısəsin xəstəxanadan görüntüsü
 

Şərhlər