Evlilik proqramında qalmaqal - gəlin keçmiş nişanlısını döydü

Aparıcı verilişi dayandırmalı olub.
Evlilik proqramında qalmaqal
Evlilik proqramında qalmaqal

Türkiyədə evlilik proqramında qalmaqal yaşanıb. ANS PRESS-in məlumatına görə, Türkiyənin ATV telekanalında Esra Erolun aparıcılığı ilə yayımlanan verilişdə Ali Haydar adlı bəy namizəd əvvəlki nişanlısının ən yaxın rəfiqəsi ilə tanış olmaq istəyib. Lakin onun bu istəyi studiyada olan keçmiş nişanlısı tərəfindən birmənalı qarşılanmayıb.

Əvvəlcə cütlük mübahisə edib. Sonra əsəblərinə hakim ola bilməyən gənc qız canlı veriliş zamanı oğlanın üzərinə hücum çəkib. Bundan sonra veriliş yarıda dayandırılıb və reklam yayımlanıb.

Bənzər hadisə may ayında da yaşanıb. "Esra Erolla İzdivaç" evlilik verilişində Özləm adlı qadın evlənmək istədiyi oğlanın keçmişdə görüşdüyü qıza gül göndərildiyini görüb, canlı yayımda əsəbiləşib.

"Səhərdən burada çətinliklə dayanıram. Bu adamı düz qabağımda otuzdurmusuz, sizi təbrik edirəm", - deyən gəlin namizəd söyüş söyərək canlı yayımı tərk edib.

Məsələyə evlilik proqramın aparıcısı Esra Erol müdaxilə edib. 

 

Şərhlər