Azərbaycanlı müğənninin doğuş anının videosu yayıldı

Videonu ailəyə yaxın fotoqraf hazırlayıb.
Azərbaycanın tanınmış müğənnisi İradə İbrahimovanın oğlunun doğum videosu yayılıb.

ANS PRESS-in məlumatına görə, müğənninin ana olması film kimi hazırlanıb. Belə ki, ailəyə yaxın olan fotoqraf ifaçının ana olmasından Əlinin doğum partisinə kimi video çəkib.


İradə İbrahimovanın doğuş anı


İradə İbrahimova ötən ilin sentyabrın 9-da ana olub. Mügənninin bacısı Nigar İbrahimova öz instaqram səhifəsində şəkillər paylaşıb.

"Ali Xoş gəldin! Gözəl Allahım çox sağ ol ki, bizə bu hissləri yaşatdın! Ceyhun səni, bacım İradə səni bu gün üçün təbrik edirəm. Şükür Allahım olmayanlara qismət, bütün xanımlarımız analıq hissini duysun", - deyərək öz sevincini bölüşüb.


Nigar İbrahimovanın instaqram səhifəsi

İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Bu nikahdan onların İpək adlı bir qızı var.