Dünyaca məşhur reper 50 Cent konsert zamanı həbs edilib. Karib dənizi sahilində yerləşən Sent-Kid adasında 40 min tamaşaçı önündə qeyri-etik sözlər işlətdiyinə görə reperi polislər yaxalayıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hələ konsertdən öncə təşkilatçılar 50 Cent-ə on minlərlə tamaşaçı qarşısında vulqar kəlmələr işlətməyə icazə verməyib. Qoyulmuş şərtə baxmayaraq reper "PİMP" mahnısını ifa edərkən bir neçə dəfə söyüş söyüb. Deyilənə görə, 50 Cent heç bir vulqar kəlmə işlətməyib. Səslənən söyüşlər isə repin musiqisində (minusunda) olub.
Reperin təmsilçisinin sözlərinə görə, cərimə ödənildikdən sonra 50 Cent azadlığa buraxılıb. Təqsirkar özü isə növbəti dəfə Sent-Kidsə səfər edəcəyi halda bütün qeyri-etik kəlmələri ABŞ-da qoyub gələcəyini pərəstişkarlarına çatdırıb.