Azərbaycanlı qız Lara Fabianı ağlatdı (FOTO-VİDEO)

Fidan Hüseynova Lara Fabianla birgə “Je t’aime” mahnısını səsləndirib.
Əfsanəvi müğənni Lara Fabian İstanbulda azərbaycanlı qızla duet oxuyub.

ANS PRESS-in məlumatına görə, Lara Fabian Ankaradaki terroru lənətləyərək çox pis olduğunu deyib. O, konserti bu cümlələrlə başlayıb: “Sevgili İstanbul. Eynisini Ankara üçün də söyləməyi istərdim. İnsanlıq yaralanır. Biz həqiqətən bu gün burada olmaq ya da olmamaq haqqında çox düşündük, amma sonra sizinlə birlikdə olmağımın lazım olduğuna qərar verdim. Çünki belə zamanlarda birlikdə olmalıyıq. Bəlkə musiqi sülhü və dözümlülüyü özü ilə gətirər”.

İstanbulda olmağın onun üçün bir zövq olduğunu ifadə edərək “İnanın, türk dilində söyləməyi diləyirəm, amma musiqi yolu ilə ürəyimin dilini anlamanız üçün bu gecə əlimdən gələnin ən yaxşısını edəcəyəm".

Türkiyənin məşhur simalarıda konsertdə tamaşaçı kimi iştirak edib. Aktrisa Tuba Büyüküstün konsertə gecikərək "Mən konsertə gecikmişəm. Məni içəri buraxmayacaqlar" deyərək təmtəlaşla gedib. Konsert zamanı ulduz müğənni 9 yaşlı azərbaycanlı qız uşağı ilə duet oxuyub. Fidan Hüseynova Lara Fabianla birgə “Je t’aime” mahnısını səsləndirib.


Lara Fabian və Fidan Hüseynova


Tuba Büyüküstün

Ötən il Bakıda Heydər Əliyev səhnəsində çıxışı zamanı Fidan Hüseynova onunla birlikdə duet ifa edib.

Oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 102, yaralı sayının 245 olduğunu açıqlamışdı.

Türkiyədə 3 günlük matəm elan olunmuş və ölkədəki bütün bayraqlar yarıya endirilmişdi.