Şeron Stoun meşə nimfası obrazında

Aktrisa öz füsunkar donuyla pərəstişkarlarını heyran edib,
57 yaşlı Şeron Stoun pərəstişkarlarını öz cazibədar formasıyla təəccübləndirməyə davam edir.

ANS PRESS-in məlumatına görə, Ovsunlanmış bağ mövzusu olan Kaliforniya xeyriyyə balında Stoun meşə nimfa obrazında çıxış edib.


Məşhur aktrisa meşə nimfa obrazında

Məşhur aktrisa növbəti dəfə böyük müvəffəqiyyət qazanıb.

Şeron Stoun məclisə zər və çiçəklərlə bəzədilmiş açıq dekolte paltarda gəlib. Aktrisanın kürəyındə olan böyük qanadlar donun əsas elementinə çevrilib. Hazırda Stoun parlaq olmayan nyud stilində makiyaja ustünlük verib. Bu isə onun üzünün təravətliyini və baxımlığinı vurğulayır. Yaşına baxmayaraq, Şeron Stoun seks-simvol olaraq qalır.