Məşhur yazıçı ölkəsindən üz döndərdi

Coan Roulinq Avropa İttifaqında qalması üçün aktiv mübarizə aparırdı.
Coan Roulinq  - yazıçı
Coan Roulinq - yazıçı

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkədə qalmaqallara səbəb olub. ANS PRESS-in məlumatına görə, məşhur yazıçı “Harri Potter” kitablarının müəllifi Coan Roulinq Britaniya ilə sağollaşıb.

Yazıçı tvitter hesabında “Əlvida, Britaniya” yazıb. Roulinq tam olaraq nə demək istədiyini  izah etməyib. Dünyada məşhur “Harri Potter” kitablarının müəllifi Britaniyanın Avropa İttifaqında qalması üçün aktiv mübarizə aparırdı.

43 il Avropa İttifaqının tərkibində olmuş Böyük Britaniyada Aİ-dən çıxıb-çıxmamaq barədə referendum iyun ayının 23-də olub. Seçicilərin 52 faizə yaxını qurumdan çıxmağa səs verib. Yalnız 48% ittifaqın tərkibində qalmağa üstünlük verib.

Referendum fonunda funt-sterlinq valyuta bazarlarında kəskin şəkildə ucuzlaşıb.

 

Şərhlər