On gün öncə tələsik toy edən müğənni hamilədir

Hamiləlik albom planlarını təxirə salıb.
Gülşən və Ozan Çolakoğlu
Gülşən və Ozan Çolakoğlu

Beş illik bərabərlikdən sonra sürpriz şəkildə evlənən Türkiyənin tanınmış müğənnisi Gülşən hamilədir. ANS PRESS-in məlumatına görə, iyun ayının əvvəllərində Gülşən nişanlısı bəstəkar Ozan Çolakoğlu ilə nikaha daxil olub.

Cütlük planlarını pozaraq evlilik tarixini 1 ay önə çəkib. Tanınmışlar Türkiyənin Barselonadakı baş konsulluğunda nikaha daxil olublar. Toyda cütlüyün 10 yaxın adamı iştirak edib. 

Cütlük mart ayında nişanlanmışdı.

Hələlik körpənin neçə həftəlik olduğu bəlli deyil. Görünür, hamiləlik müğənninin planlarına da təsir edəcək. Belə ki, ifaçı albom çıxarmağı planlaşdırırdı. Lakin bu plan qeyri-müəyyən müddətə kimi təxirə düşüb. Amma o, qısa müddət ərzində sevənlərini sinqlla sevindirə bilər.

Gülşən və həyat yoldaşı
Gülşən və həyat yoldaşı
 

Şərhlər