Məşhur müğənni səhnədə hönkür-hönkür ağladı

Rihannanın göz yaşları tökməsinin səbəbləri məlum deyil.
Rihanna - ifaçı
Rihanna - ifaçı

Dünyaca məşhur ifaçı Rihanna səhnədə göz yaşlarını saxlaya bilməyib. ANS PRESS-in məlumatına görə, İrlandiyanın paytaxtı Dublində konsert verib. 30 dəqiqə gecikən 28 yaşlı Rihanna səhnəyə çıxaraq şousuna "Love the Way you Lie" mahnısı ilə başlayıb.

İfaçı birdən hönkür-hönkür ağlamağa başlayıb. Rihannanın göz yaşları tökməsinin səbəbləri məlum deyil. İfaçının sosial şəbəkədəki hesablarındakı minlərlə fanat “Ririni konsertdə ağladan nə olub?” sualları verib. Bəzi izləyicilərin fikrincə, ifaçının ağlamasının səbəbi konsertdəki tamaşaçıların onun mahnılarının sözlərini əzbər bilməsidir. İddia olunur ki, Rihanna təsirlənərək ağlamağa başlayıb. 

Rihanna səhnədə göz yaşlarını saxlaya bilməyib.

Rihannanın ilk "Pon de Replay" adlı albomu 2005-ci ildə işıq üzü görüb. Albom "Billboard Hot 100"də 2-ci yerə qədər yüksəlib və böyük uğur əldə edib. 2006-cı ildə isə müğənni "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxarıb. Bu albom sayəsində Rihanna bir çox mükafat alıb və albomdakı "SOS" mahnısı "Billboard Hot 100"də 1-ci yerə qədər yüksəlib. 

Rihanna və Eminem - "Love The Way You Lie"
 

Şərhlər