Məşhur cütlük boşanma xəbərlərinə belə cavab verdi

Beyons konsertlərdən və dünya turlarından kənarlaşaraq ailəsi ilə Havay adalarına gedib.
Cey Zi və Beyons (arxiv)
Cey Zi və Beyons (arxiv)

Dünyada məşhur cütlük boşanma xəbərlərinə ailəvi şəkil paylaşaraq cavab verib. ANS PRESS-in məlumatına görə, ifaçı Beyons və həyat yoldaşı reper Cey Zi övladları ilə birlikdə istirahətə gedib.

Beyons konsertlərdən və dünya turlarından kənarlaşaraq ailə ilə Havay adalarına gedib. İfaçı sosial şəbəkədə əri ilə səmimi şəkillər paylaşıb. Xoşbəxt müğənni rəngli geyimdə sahildə ailəsi ilə oyun oynayır.

Beyons və Cey Zi Havay adalarında.
Beyons və Cey Zi Havay adalarında.

Bir müddət əvvəl Beyonsun sonuncu albomu "Lemonade" qalmaqala səbəb olub. İfaçı albomundakı hər mahnısında xəyanətdən, sevgidən və qısqanclıqdan bəhs edib.  

Cey Zinin dizayner Reyçel Roy ilə eşq yaşadığı iddia olunub. Beyonsun fanatları sosial şəbəkədə dizaynerə qarşı aksiya keçirərək onun ünvanına təhqiramiz sözlər yazıb. R.Roy hətta tədbirlərin birində çıxışından imtina edib. Dizayner bütün söz-söhbətlərə son qoymaq üçün yayılan şayiələrə cavab verib.

O, bütün yayılan məlumatları təkzib edib: "Yayılan məlumatların hamısı kökündən yalandır. Mənim "İnstaqram" səhifəm digərləri üçün meydan olub. Məni təhqirdən əlavə öldürməklə təhdid edirlər. Mənim iki qızım var. Ailə bağlılığına və sevgiyə hörmət edən insanam".

Beyons, Cey Zi və qızı Blu Ayvi
Beyons, Cey Zi və qızı Blu Ayvi

Daha sonra məyus olmuş fanatlar britaniyalı müğənni Rita Oraya hücum ediblər. İddiaya görə, reper Beyonsa Rita Ora ilə xəyanət edib. Lakin ifaçı tvitter hesabında yayılan məlumatları təkzib edib: "Mən heç vaxt “sarı mətbuat”a fikir verməmişəm. Lakin mənim barəmdə yayılan məlumatların hamısı yalandır. Mən Beyonsa hörmət edirəm və gəlin onun yeni albomunu dinləyərək həzz alaq".

Beyons - ifaçı
Beyons - ifaçı
"Lemonade" albomun anonsu
 

Şərhlər