Nənələr Bakıda kino çəkəcək (FOTO,VİDEO)

Filmdə qrupun bütün üzvləri öz təəssüratlarını bölüşəcəklər.
2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinin yarışmasının iştirakçıları “Buranovskiye babuşki” qrupu haqqında sənədli film çəkiləcək.

ANS PRESS-in məlumatına görə, sənədli film yarışmaçıların Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinə necə hazırlaşdıqlarından bəhs olunacaq.

"Qızlar" ("Devoçki") adlı filmdə qrupun üzvləri 2012-ci ildə Bakıda keçirilmiş mahnı müsabiqəsinə hazırlığın gedişi və “Baku Crystal hall”da çıxışlarından bəhs edəcəklər.

Filmdə qrupun bütün üzvləri öz təsüratlarını bölüşəcəklər. Udmurtiya mətbuatının yazdığına görə, film qrupu Bakı səfərində müşayiət etmiş məşhur fotoqraf Vladimir Şirokov və Natalya Kiselyova tərəfindən çəkilir. Filmin promo roliki artıq internetdə yayılıb.


"Qızlar"- sənədli filminin tanıtım çarxı


2012-ci ilin may ayında Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinə 42 ölkə qatılıb. Ermənistan yarımfinal püşkləri reallaşdırıldıqdan təxminən yarım ay sonra yarışmada iştirakdan imtina edərək cərimələnib.

Müsabiqənin qalibi 372 xalla İsveç təmsilçisi Lorin olub. Udmur nənələri müsabiqədə 2-ci yeri tutub.


"Buranovskiye babuşki" - Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində



Lorin - Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi