Şahzadə Uilyamın sevgi üçbucağı

Şahzadənin işdə məhəbbət macərası yaşadığı iddia edilir.
Bu günlərdə Britaniya mətbuatında ən çox yazdığı məlumat şahzadə Uilyamın yeni eşq macərası yaşamasıdır.

İki ay əvvəl ikinci dəfə ata olan şahzadə hazırda təcili yardım helikopterində pilot kimi çalışır.
Ancaq bir çoxlarını Uilyamın xeyirxaq missiyası deyil, yeni iş yoldaşı maraqlandırır. 33 yaşlı Cemma Maqmillanın və şahzadənin həyat yoldaşı Keyt Midlton arasındaki bənzərlik jurnalistlərin gözündən yayınmayıb.

Bir ay bundan əvvəl ailə həyatı quran Cemma, vaxtının çox hissəsini şahzadə ilə keçirir. Şəkilərdən göründüyü kimi gülərüz həkim özünü kral ailəsinin nümayəndəsi ilə olduqca sərbəst aparır. Paparazzilər onların arasındakı münasibətin dostluqdan daha artıq olduğunu sübut etmek üçün bütün üsullara əl atırlar.


Сemma Mallen - Şərgi İngiltərə Hava təcili yardımının həkimi


Keyt Midlton - Kembric hersoginyası

Kral ailəsində bu ilk insident deyil. Hələ 2013-cü ildə Keyt və Uilyamın boşandığı haqda məlumat yayılıb. Buna səbəb isə şahzadə Uilyamın qardaşı və keçmiş sevgilisi ilə gəzintiyə yollanması idi. Lakin o zaman anlaşılmazlıq aradan qaldırılıb.
Hadisələrin bu dəfə necə cərəyan etməsini zaman gostərəcək.


Keyt Midlton, şəhzadə Uilyam uşaqları şəhzadə Corc və Şarlotta ilə


Şahzadə Uilyam və Keyt Midltonun toyu 29 aprel 2011-ci ildə baş tutub. 2013-cü ildə isə cütlüyün ilk övladı şahzadə Corc dünaya gəlib. Bu ilin may ayında isə kral ailəsində daha bir şahzadə Şarlota Yelizaveta Diana doğulub. Şahzadə Uilyam Böyük Britaniya taxt-tacının ikinci varisidir.