Bu gün xalq artisti Arif Babayevin ad günüdür

Xalq artisti 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb
Bu gün Azərbaycanın Xalq artisti Xanəndə Arif Babayevin ad günüdür. Arif Babayev 20 fevral 1938-ci ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə başlayıb. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alıb. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Hazırda Milli Konservatoriyanın muğam kafedrasının müdiridir. 1998-ci ildə «Şöhrət ordeni»nə layiq görülüb. Xalq artistidir.