Rusiya XİN-nin qadın rəsmisi rəqsi ilə coşdurdu

Zaxarova: "Burada işi və belə istirahət təşkil edənlərin hamısına təşəkkür edirəm."
Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə verdiyi vədinə əməl edərək Rusiya- ASEAN sammitində “Kalinka” rəqsini oynayıb. ANS PRESS-in məlumatına görə, iki gün davam edəcək sammit Soçidə keçirilir.

"Mariya “master-klas” verməyə söz verib"

Nömrəni elan edən aparıcı “bu mahnı yalnız Rusiya sakinlərinin deyil, Çelsi azarkeşlərinin, həm də bir çox əcnəbilərin sevimlisidir”, - deyə bildirib. Bundan sonra mahnı səslənib və Mariya Zaxarova səhnəyə rəqs etməyə çıxıb.

“Əcaib atmosfer. Soçi – möhtəşəm yerdir. Burada işi və belə istirahət təşkil edənlərin hamısına təşəkkür edirəm”,- deyə  Mariya Zaxarova sammiti işıqlandıran jurnalistlərə bildirib. Zaxarova tədbirdə bayram konsertinin iştirakçılarının alqışları altında “Kalinka”nı oynayıb.

“Əlbəttə, bu mütləq ekspromtdur, amma o öz növbəsində müəyyən əsasa malik idi”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib. Zaxarova bildirib ki, jurnalistlər üçün oynamaq ideyası konsertin məşqi zamanı ortaya çıxıb. Mariya “master-klass” verməyə və 15 santimetr dabanlı ayaqqabılarla rəqs etməyi bütün arzu edənlərə öyrətməyə söz verib.

 

Şərhlər