Məşhur aktyor anasına böyük jest etdi

Di Kaprio Peris Hilton ilə çanta uğrunda mübarizə aparıb.
Leonardo Di Kaprioya - aktyor
Leonardo Di Kaprioya - aktyor

"Sağ qalmış" filmi ilə bu il “Oskar” mükafatı alan ulduz aktyor Leonardo Di Kaprio anasına böyük jest edib. ANS PRESS-in məlumatına görə, aktyor anasına 18 min dollarlıq əl çantası və 6 min dollara ipək şal hədiyyə edib. Aktyor çantanı hərracda alıb.

"Aktyor məşhur müğənni Peris Hilton ilə çanta uğrunda mübarizə aparıb".

Ötən il Kann festivalından sonra Di Kaprio xeyriyyə hərracında iştirak edib. Aktyor məşhur müğənni Peris Hilton ilə çanta uğrunda mübarizə aparıb.

Deyilənə görə, məşhurlar hərrac zamanı çox fəal olublar. Lakin nəticədə çantanın sahibi Leo olub. Xeyriyyə hərracının məqsədi xəstə uşaqlar üçün pul yığmaq idi.

Di Kaprionun anasına hədiyyə etdiyi çanta çanta
Di Kaprionun anasına hədiyyə etdiyi çanta çanta

Bir müddət əvvəl Los-Ancelesdə keçirilən 88-ci "Oskar" mükafatlandırma mərasimində aktyor rejissor Alexandro Qonsaless İnyarittonun "Sağ qalmış" filmində canlandırdığı rola görə "Ən yaxşı aktyor" nominasiyasında qalib gəlib. Leonardo Di Kaprio beş dəfə "Oskar" mükafatına namizəd olub.

1994-cü ildə 19 yaşında olarkən “Qilbert Qreypi nə narahat edir?” filmində canlandırdığı rola görə "Ən yaxşı köməkçi kişi aktyoru" kimi namizəd göstərilib. 2005-ci ildə “Aviator”, 2007-ci ildə “Qanlı almaz” və 2014-cü ildə “Uoll-stritdən canavar” filminə görə “Oskar”a namizəd olub.

Di Kaprio və anası İrmelin İnderbirken
Di Kaprio və anası İrmelin İnderbirken
 

Şərhlər