Seksual aktrisa ən çox qazanan oldu (FOTO)

"Forbes" jurnalı tərəfindən ilin ən gəlirli aktrisası seçilib.
“Aclıq oyunları”nın ulduzu Cenifer Lourens 2015-ci ilin ən gəlirli aktrisası seçilib

ANS PRESS-in məlumatına görə, dünyanın ən seksual qadınlarından hesab olunan 25 yaşlı Cenifer Lourens “Forbes” jurnalı tərəfindən ilin ən çox qazanan aktrisası seçilib. Cenifer Lourens karyera pilləkənində sürətlə inkişaf edir, onun iş qrafiki 1 il qabaqcadan müəyyən olunur. Məşhur cütlük Ancelina Coli(17) ilə Bred Pit(16) ilk onluğa düşə bilməyiblər.

İlk onluğa Skarlet Yohanson da daxil olub:

9-cu yer Çeninq Tatum
8-ci yer – Sandra Bullok
7-ci yer – Hyu Cekman
6-cı yer – Tom Kruz
5-ci yer – Dueyn Conson
4-cü yer – Bredli Kuper
3-cü yer – Leonardo Di Kaprio
2-ci yer - Robert Dauni


Skarlet Yoxanson

Cenifer Lourens bir neçə dəfə dünyanın ən istəkli qadını seçilib. 2011-ci ildə "People" jurnalı dünyanın ən gözəl qadınlar arasında aktisanı 13-cü pilləyə yerləşdirib. O, bir neçə dəfə qırmızı xalıda yıxılıb. Müvazinətini itirərək xalıda yıxılan aktrisa "Aclıq oyunları" filminin Madriddə keçirilən təqdimatında iştirak edib. Lourensin başına ilk belə hadisə 2013-cü ildə “Oskar” mükafatlandırması zamanı gəlib. Həmin il o "Mənim sevgilim dəlidir" filmindəki roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.