Dünyanın ən qapalı ölkəsində bir ilk

Sloveniyalı qrup Pxenyanda konsert verməyə razılaşıb.
Şimali Koreyada bir ilk yaşanacaq. İlk dəfə olaraq sloveniyalı musiqi qrupu bu ölkədə konsert verəcək. ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, rok qrup "Laibach"ın konserti 19-20 avqust tarixlərinə planlaşdırlıb.

Konsert paytaxt Pxenyanda baş tutacaq. Qrupun mətbuat katibi Morten Traavik açıqlamasında konseri 2 mindən çox izləməsinin nəzərdə tutulduğunu deyib. Konsertdə qrupun albomlarında yer alan parçalarla yanaşı, Koreya xalq mahnıları da yer alacaq.

Onun sözlərinə görə, qərb Şimali Koreyanı xarici aləmdən təcrid edilmiş hesab edir. "Əslində bura dünyaya daha açaıq bir ölkədir. Bizim qrupumuz haqqında da əsilsiz xəbərlər yayılır. Həm Şimali Koreya, həm də "Laibach" səhv başa düşürlər".

Qeyd edək ki, bu qrup konsertlərində səhnəyə hərbi formada çıxır. Bəzi yerlərdə onlar faşizmə dəstək verməkdə ittiham edilir.



Qrup çoxları tərəfindən faşizmi yaymaqda ittiham edilir.


"Laibach" 1980-ci ildə Yuqoslaviyada - Sloveniyanın Trbovlje şəhərində Dejan Knez, Srecko Bajda, Andrej Lupinc, Tomaz Hostnik və Bine Zerko tərəfindən qurulub. Adını Sloveniyanın paytaxtı Lyublyananın almanca tərcüməsindən götürüb.

Qrup "Queen" "Europe" və "The Beatles" kimi əfsanəvi qrupların mahnıları ilə yanaşı, Sebastian Bax, Ricard Vaqner kimi klassiklərin də əsərlərinə müraciət edir.


Qrupun ifası.