Vəfa Zeynalova: “Kişilər xoşlayırlar…” (FOTO)

"Sevginin ləzzəti qarşılıqlı qısqanclıqdadır"
Aktrisa Vəfa Zeynalova qısqanclıq hisslərindən danışıb

ANS PRESS-in məlumatəna görə, “İncə Maraqlar” verilişində qonaq olan əməkdar artist, aktrisa Vəfa Zeynalova teleaparıcının qısqanclıqla bağlı qonaqlara ünvanladığı sualı cavablandırıb.

“Qısqanc olmasaq, sevməyi bacarmarıq. Hansı kişini qısqanmırlarsa, o kişi aqressiv olur. Kişilər xoşlayırlar onları qadınlar qısqansın. Həm də ki, sevginin ləzzəti qarşılıqlı qısqanclıqdadır. Bu olmasa, həyatın marağı itər.” – deyə V.Zeynalova bildirib.

O, kişilərin “özünə güvənən insan qısqanmaz” fikrinə münasibətini bildirib: “Bu sözlər onlara sərf elədiyi üçün deyirlər. Əllərində bir məqsəd olmasını istəyirlər. “Mən işdəyəm” deyib, istədiyi yerə gedə bilər, evə qayıdanda isə “işdən gəlmişəm” deyirlər. Bu hərəkəti ilə öz qadınını sakitləşdirir.”