İbrahim Tatlısəs jurnalistlərə kabab çəkdi

3 yaşlı qızı Tatlısəsi necə ağlatdı?
İbrahim Tatlısəs manqal başında
İbrahim Tatlısəs manqal başında

"Çox yaxşıyam, bundan sonra ağlamaq yox, ancaq gülmək var". ANS PRESS-in məlumatına görə bu sözləri Türkiyənin məşhur müğənnisi, türk şou-biznesinin imperatoru hesab olunan İbrahim Tatlısəs mətbuat nümayəndələrinin şərəfinə verdiyi şam yeməyi zamanı deyib. 

Yüksək əhval ruhiyyəsi ilə diqqət çəkən türk "imperator"u jurnalistləri özünün hazırladığı kababa qonaq edib.

Daha sonra müğənni yemək əsnasında 2011-ci ildə başına gələn silahlı hücumda yanında olan və yaralanan köməkçisi Damla Buket Çakıcı ilə yenidən birlikdə işləyəcəklərini açıqlayıb.

İbrahim Tatlısəs manqal başında
İbrahim Tatlısəs manqal başında

"Damla xanım daha əvəllər mənim köməkçim, menecerim və mətbuat katibim olub. Ona iş təklif etdik. Allah razı olsun o da qəbul etdi. Yenidən birlikdə işləməyə qərar verdik. İnşallah onunla birlikdə naliyyətlər qazanacağıq". 

Jurnalistlərin "Texnologiya və sosial mediya ilə aranız çox yaxşıdır" deməsinə müğənni "Hardan hara... Televizor açmağı bacaramayan adam indi sosial mediya istifadəçisidir" - deyə cavab verib.

İbrahim Tatlısəs manqal başında
İbrahim Tatlısəs manqal başında

Yeni albom çıxarmaq niyyətində olmadığını, lakin 4 yeni mahnı üzərində işlədiyini söyləyən İbrahim Tatlısəs elə bu məkanda oğlu İdonun studiya açdığını bildirib. "Elə mahnılarımı aşağıda studiyada oxuyub yuxarıda dinləyəcəyəm".

Keçmiş həyat yoldaşı Ayşegül Yıldızdan olan qızı Elif Ada ilə bağlı danışan İbrahim Tatlısəs ən kiçik olduğu üçün onun yerini bir başqa olduğunu bildirib. "O mənim qızıl balacamdır. Bütün uşaqlarımı sevirəm. Amma onu çox fərqli. Ən balaca olduğu üçün onun yeri başqadır" - deyə Tatlısəs qızı Elif Ada haqqında danışarkən bildirib. 

İbrahim Tatlısəs mediya mıənsubları ilə şam yeməyində
İbrahim Tatlısəs mediya mıənsubları ilə şam yeməyində

Keçirdiyi silahı hücumdan sonra bir qolu işləməyən müğənni qızı Adanın anasına "atam məni sevmir" deməsinə çox üzüldüyünü söyləyib. Yaxın zamanda Tatlısəs ABŞ-a müalicə almağa gedəcəyini bildirib.

"Tək üzüntüm var, o da sevənlərimin üzülməsi. Ona görə daha da güclü olmalıyam. Elif Ada anasına mənim onu sevmədiyimi söyləyib. Anası niyə belə düşündüyünü soruşanda "atam məni qucaqlamır deyib". Tək qolumla qucaqladığım üçün onu sevmədiyimi sanır. Anası bunu mənə söylədikdən sonra iki qolumu birləşdirib onu qucaqladım. Çox xoşbəxt oldum".

İbrahim Tatlısəs və qızı Elif Ada
İbrahim Tatlısəs və qızı Elif Ada
 

Şərhlər