Erbilin 19 yaşlı sevgilisi (VİDEO)

Şoumen iştirak etdiyi bütün yerlərə 19 yaşlı sevgilisi ilə birgə təşrif buyurur.
Bir müddətdir Türkiyənin məşhur aktyoru və şoumeni Mehmet Ali Erbilin yanında olan əsmər gözəlin kimliyi bəlli olub.

ANS PRESS-in məlumatına görə, bu qız Erbilin yeni sevgilisi Feyza Durmazoğludur.

Məşhur şoumen bir neçə vaxtdır ki, iştirak etdiyi bütün yerlərə 19 yaşlı Feyza ilə birgə təşrif buyurur. Erbil həmçinin axşam gəzintilərində də yeni sevgilisi universitet tələbəsi olan Feyza Durmazoğlu ilə birgə gedir.



Türkiyə mətbuatı cütlüyün yaxınlarda münasibətlərini rəsmiləşdirəcəyini bildirib. 59 yaşlı Erbilin İstanbulda universitetdə oxuyan Durmazoğlu ilə təxminən bir aydır birlikdə olduğu iddia edilir. Verilən xəbərə görə, məşhur şoumenin özündən 40 yaş kiçik olan gənc sevgilisinə tez-tez güllər yollayaraq ona sevgi jesti etdiyi qeyd olunur.


Feyza Durmazoğlu

Keçən il Erbilin Zeynep Ece Akenginlə sevgili olduğu barədə xəbər yayılmışdı. Zeynep Ece Mehmet Ali Erbillə eşq yaşadığı xəbərləri "Instagram" hesabında şərh etmişdi: "Yayılan xəbərlərə görə, sakit qalmayacağam. Bir şərh verim ki hər kəs rahat olsun. Həyatımdakı tək adam Mehmet Ali Erbil və elə olmağa da davam edəcək".



Türkiyənin ən məşhur şoumenlərindən olan Erbilin həmçinin bir müddət moldovalı model Nihaviya ilə görüşdüyü bildirilirdi.