Məşhur aktrisa ana oldu (VİDEO)

Təbii doğuşla dünyaya gələn körpəyə Elisa Güzin adı verilib.
Türkiyənin məşhur aktrisası ana oldu.

ANS PRESS-in məlumatına görə, "Möhtəşəm yüz il" serialının "Mahidevran"ı Nur Fettahoğlu qız anası olub.

Təbii doğuşla dünyaya gələn körpəyə Elisa Güzin adı verilib. Ana və körpənin vəziyyətinin yaxşı olduğu deyilib. Körpə 3 kiloqram 100 qram və 49 santimetr boyunda dünyaya gəlib.

Gənc ana hamilə olduğu üçün "Filinta" serialından ayrılmaq məcburiyyətində qalmışdı.


"Möhtəşəm yüz il"in anonsu

Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində anadan olub. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bacı-qardaşlarının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Aktrisa lisey təhsilini tamamladıqdan sonra işləməyə başlayıb.


Duysburqun xəritəsi

Müxtəlif banklarda vəzifə aldıqdan sonra "Sky Türk"də birja spikerliyi edib. O zaman tanış olduğu, indiki həyat yoldaşı Murad Aysanın təsiri ilə təhsilə davam etməyə qərar verib və hələ də Haliç Universitetində Moda Dizaynı ixtisasında təhsil alır.

N.Fettahoğlu "Kurtlar Vadisi Filistin" filmində Necati Şaşmazla baş rolu paylaşıb.